RUSİYADA DAHA BİR MİLYARDERİMİZ HƏBS OLUNA BİLƏR
Tarix: 14-08-2013, 13:31 |
Çap et
İLYA ƏLİYEVİN İŞİNDƏ YENİLİK VAR
DİA.AZ: - Bu ilin may ayında Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən və Azərbaycanda deputat Adil Əliyevin biznes ortağı kimi tanınan İlya (İlham) Əliyevlə bağlı açılmış cinayət işinin hədəf miqyası böyüyə bilər. Bu barədə Rusiyanın xəbər portalları məlumat yayıb.
DİA.AZ-ın xəbərinə görə, məlumatlarda bildirilir ki, iş adamı Sertolovo-Kolesnikova qarşı sui-qəsd cəhdində, azərbaycanlı sahibkar Elkin Cəfərovun qətlində və daha bir neçə sifarişli qətldə ittiham olunan İlya Əliyevin Rusiyadakı obyektlərinə, həmçinin «Finar Qrupp» şəbəkəsinə aid restoranlara əl qoyula bilər və bu barədə müsadirə qərarının çıxarılmasına tədarük görülür.
DİA.AZ-ın bildirdiyinə görə, eyni zamanda İlya Əliyevin azadlıqda qalan cinayət ortaqlarının da təqibi planlaşdırılır ki, bu sırada Sankt-Peterburqda yaşayan və Azərbaycanda da yaxşı tanınan milyarder Vaqif Məmişovun da hədəfə çevriləcəyi istisna olunmur.