Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                     Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir .....                     Adil Əliyev yaxşı başçı olsaydı... .....                     Anar Bayramovdan yeni təyinat .....                     "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? .....                     Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi .....                     “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır .....                     Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... .....                     Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” .....                     “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” .....                     Xark adasında İrana məxsus tanker hədəfə alınıb .....                     Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək .....                     Rusiya Azərbaycanın tərəfində olacaq .....                     “Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? .....                     "Ailəli qadınlar məndən açıq geyinirlər" .....                     Azərbaycanlı uşaq ögey atasını öldürdü .....                     Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər .....                     ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər .....                     “Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi .....                     ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU .....                     “Ermənistanda zəhərli ideologiya hələ də qalır” .....                     Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir .....                     Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? .....                     Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir .....                     Azad Rzayevin şirkəti dövlətə borclandı .....                     Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər .....                 

ELŞAD ABDULLAYEV PREZİDENTDƏN İSTƏNİLDİ
Tarix: 18-07-2013, 11:50 | Çap et
ELŞAD ABDULLAYEV PREZİDENTDƏN İSTƏNİLDİ
ABU-NUN TƏLƏBƏLƏRİ İLƏ BAĞLI FRANSUA OLLANDA ŞOK MÜRACİƏT EDİLDİ

DİA.AZ: - Tanınmış vəkil, ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Ramiz Zeynalov Fransa Respublikasının Prezidentinə müraciət hazırlayıb. DİA.AZ bildirir ki, həmin müraciət Elşad Abdullayevin Fransada pul gücünə təmin etdiyi hüzuru pozacaq qədərində əhəmiyyətə balik olduğundan böyük rezonans yaradıb.

Beləliklə, müraciətdə deyilir:

-Çox hörmətli cənab Prezident Fransua Olland!

Bildirirəm ki, mən Azərbaycanda və Rusiyada uzun illər peşəkar vəkil kimi fəaliyyət göstərmişəm və Azərbaycan Vəkillər kollegiyasının üzvüyəm, dünyanın bir çox ölkələrinin Vəkillik İnstitutları ilə əmkdaşlıq şəraitində fəaliyyət göstərirəm.

Onu da nəzərinizə çatdırıram ki, mən bu ilin fevral ayından В«Azərbaycan Beynəlxalq UniversitetiВ» adlı özəl təhsil müəssisəsinin Tələbələrinin Hüquqlarının Müdafiəsi Komitəsinin sədriyəm. Bu Komitənin yaradılmasına səbəb isə həmin universitetin sabiq rektoru, bir müddətdir Fransada mühacir kimi yaşayan Elşad İslam oğlu Abdullayevin qanunsuz hərəkətlərinin, korrupsiya əməllərinin qurbanı olan on minlərlə tələbə və onların valideynlərinin pozulmuş hüquqlarının bərpasıdır.

Məlumat üçün bildirirəm ki, Azərbaycan Beynəlxalq Universiteti (ABU) 1997-ci ildə təsis olunmuşdur və hər dəfə 5 il müddətinə fəaliyyəti üçün Azərbaycan Təhsil Nazirliyindən lisenziya almışdır. Lakin fəaliyyəti dövründə adı çəkilən təhsil müəssisəsindəki qanunsuz fəaliyyət barədə yuxarı dövlət orqanlarına dəfələrlə şikayətlər edilmiş, Təhsil Nazirliyi tərəfindən bir neçə dəfə ABU-nun rəhbəri Elşad İslam oğlu Abdullayevə xəbərdarlıq edilmişdir. Bu xəbərdarlıqlara səbəb isə ABU-ya qanunsuz tələbə qəbulu, kütləvi surətdə saxta diplom satışı, tələbələrdən semestrlərdə (imtahanlarda) kütləvi pul yığılıb rüşvət alınması, nəhayət, saxta yolla hazır diplomların satışı olmuşdur. Vəziyyət o dərəcədə acınacaqlı olmuşdur ki, qanunsuz əməllərindən çəkinmək əvəzinə, Elşad İslam oğlu Abdullayev ABU-da qohum-əqrabadan ibarət mütəşəkkil cinayətkar dəstə yaratmış, özünün qardaşlarını, bacı uşaqlarını, qaynatasını, qayınlarını, qaynənəsini, xanımını, digər qohumlarını bu prosesə cəlb etmişdir.

Bununla kifayətlənməyən ABU rektoru hətta, paralel olaraq Rusiyada qanunsuz olmaqla ABU-nun Moskva, Dubay filiallarını yaratmış, Azərbaycandakı cinayətkar fəaliyyətini orada da davam etdirmişdir.

Nəhayət, vəziyyətin kritik olduğunu, valideyn və tələbələrdən kütləvi şikayətləri əsas tutan Azərbaycan Təhsil Nazirliyi 2010-cu ildə ABU-nun fəaliyyətini dayandırmış, lisenziyasını ləğv etmişdir.

Bunun ardınca isə Ukrayna DİN-dən Azərbaycan Baş Prokurorluğuna daxil olmuş məxfi sənədlərdən bəlli olmuşdur ki, Elşad İslam oğlu Abdullayev uzun illər ərzində özünə məxsus В«ABU KlinikaВ»da qanunsuz olaraq insan orqanlarının transplantasiyası ilə də məşğul olmuşdur. Bu fakt üzrə Azərbaycan Baş Prokurorluğunda E.Abdullayevə qarşı cinayət işi başlanmışdır. Lakin bundan duyuq düşən Elşad islam oğlu Abdullayev dərhal Fransaya qaçmış, orada özünü dövlət tərəfindən təqib olunmuş kimi təqdim edərək mühacir kimi yaşamağam başlamışdır. Halbuki E.Abdullayev özü Dövləti vəzifələrdə çalışmış, hakim Yeni Azərbaycan Partiyasının ən fəal üzvlərindən biri olmuş, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının hüquq sektorunun müdiri olmuş, Heydər Əliyev İrsini Öyrənmə Mərkəzinin direktoru olmuşdur və s. Yəni, hakimiyyətin himayəsində və təminatında olan, hakim partiyanın fəallarından olub Siyasi Şurasında təmsil olunmuş bir şəxsə qarşı hakimiyyətin təzyiqi və ya təqibi mümkünsüzdür. O, sadəcə, bu yolla Fransa hökumətini aldatmağa çalışmışdır və təəssüflər olsun ki, buna qismən də nail ola bilmişdir.

Bundan əlavə, E.Abdullayevin barəsində hazırda rüşvət verməyə cəhd cinayəti üzrə də barəsində cinayət işi istintaq olunur.

E.Abdullayevin Fransanın tanınmış alimi Gi Brebanın РЃfransanın inzibati hüququВ», Rusiyann tanınmış professoru A.N.Kozırinin В«Beynəlxalq inzibati hüquqВ» adlı elmi əsərlərini oğurlayıb öz adına çıxması barədə də Azərbaycanda qalmaqal yaranmış, hətta Rusiyalı alim Kozırin özünün növbəti dərsliyində bu barədə qəzəblə açıqlama vermiş, Rusiya TN-nə şikayət vermişdir. E.Abdullayevin bu plagiat hərəkətləri onun doktorluq elmi işində də baş vermişdir. Bununla bağlı Azərbaycanda müstəqil jurnalist araşdırması nəticəsində toplanmış materiallar Rusiya TN-ə göndərilmişdir və bununla bağlı nazirlikdə yaradılmış Xüsusi İşçi Qrup 2011-ci ilin dekabrın 21-də həmin doktorluq işini ləğv etmişdir. Bu barədə rəsmi sənədləri Sizə təqdim edirik.

Cənab Prezident!

Nəhayət, bildirmək istəyirəm ki, rəhbəri olduğum Azərbaycan Beynəlxalq Universiteti Tələbələrinin Hüquqlarının Müdafiəsi Komitəsi 16 fevral 2013-cü il tarixdə təsis olunaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 29/89, mənzil 7 ünvanda fəaliyyət göstərməkdədir. Fəliyyət göstərdiyi dövr ərzində komitəyə minlərlə ABU-nun tələbələri və onların valideyinləri müraciət edib, çoxsaylı zərərçəkən-aldadılmış tələbələr komitəyə ərizə verərək qanunsuzluq törətmiş ABU-nun rəhbərliyinə qarşı ciddi tədbirlərin görülməsini tələb ediblər. Ərizələr üzrə toplanmış izahat və digər sənədlər aidiyyəti üzrə araşdırma aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinə göndərilib.

Bundan başqa, ABU-nun “Moskva” filialında В«təhsil almışВ», daha doğrusu, aldadılmış mindən çox tələbə haqqında elektron daşıyıcısında məlumat, RF-nın Dağıstan Respublikasında müxtəlif təhsil müəssisələrindən köçürülmüş 100-ə yaxın tələbənin siyahısı Korrupsiyaya qarşı mübarizə idarəsinə təqdim edilmişdir.

Müraciətlər təhlil edilərkən müəyyən olunub ki, Elşad Abdullayevin başçılıq etdiyi, qayınatası Hüseyn Əhmədovun, qardaşı Eldəniz Abdullayev və qeyrilərinin daxil olduğu ABU adı altında korrupsiya şəbəkəsinin fəaliyyəti tələbələrin və onların valideyinlərinin maddi vəziyyətinə, sosial statusuna, şəxsiyyətlərinə baxmayaraq, universitetə qəbuldan başlayaraq, buraxılış imtahanlarına qədər Elşad Abdullayev üçün maksimal dərəcədə qanunsuz gəlir əldə etməyə, onun və ailəsinin varlanmasına yönəlib. Aparılmış istintaq yolu ilə aşkar olunmuşdur ki, təkcə E.Abdullayevin ABU-da 1 prorektoru olmuş 87 yaşlı qayınatası H.Əhmədovun adına ümumi dəyəri on milyon dollarla ölçülən 20 mənzil, bağ və digər mülklər vardır (Rəsmi təsdiqləyici sənədləri təqdim edirəm).

Elşad Abdullayevə və onun başçılıq etdiyi ABU adlı korrupsiya yuvasına “təhsil vermək” anlayışı yad olub. Tələbələrin qaçqın və ya məcburi köçkün, kasıb ailənin nümayəndəsi olması mütəşəkkil dəstənin üzvlərini öz çirkin niyyətlərinə nail olmaqdan çəkindirməyib. Məsələn, işğal olunmuş Kəlbəcər rayon qaçqını, Sumqayıt şəhərində məskunlaşmış Həsənov Nazim Çingiz oğlu 2005-cı ildə 2500 ABŞ dolları rüşvət verməklə ABU-nun maliyyə-kredit fakültəsinə daxil olub, təhsil haqqını ödəməklə bərabər, hər semestr imtahanlarına görə 250 ABŞ dolları, diplom almaq üçün 2009-cu ildə 1500 ABŞ dolları korrupsiya şəbəkəsinə daxil olan şəxslərə verib, buna baxmayaraq bu günə qədər diplom ala bilməyib.

Ağdam rayon qaçqını, Bərdə rayonunda məskunlaşmış Hümbətov Şamo Hümbət oğlu verdiyi 2000 manat rüşvət müqabilində ABU-nun riyaziyyat-informatika fakültəsinə qəbul edilmiş, hər semestr imtahanlarına görə ondan 200 manat, dövlət imtahanlarına görə isə 1.000 manat alınsa da, ali təhsil alması barədə diplom bu günə qədər verilməyib. Təhsil haqqı da nəzərə alınmaqla qaçqınçılıq həyatı yaşayan Şamo Hümbətovdan Elşad Abdullayevin rəhbərlik etdiyi korrupsiya şəbəkəsi tərəfindən ümumilikdə 20.000 manat məbləğində pul alınıb.

Tələbə qəbulu üzrə dövlət komissiyası tərəfindən təşkil olunan test imtahanlarından kənar şəxsləri ABU-ya qəbul edilməsini təmin etmək üçün Elşad Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə Rusiya Federasiyasında, Ukrayna Respublikasında və Gürcüstanda yerləşən müxtəlif təhsil müəssisələri vasitəsilə tələbələrin qəbulunu saxta sənədlər əsasında rəsmiləşdirmiş, bir müddətdən sonra isə tələbələrin ABU-ya köçürülməsini həyata keçiriblər.

Belə ki, Elşad Abdullayevə bilavasitə 3000 ABŞ dolları rüşvət ödəyib, Vahabova Günel Mail qızı 2004-cü ildə test imtahanlarını vermədən RF-nın Dağıstan Respublikasının Dərbənt şəhərində yerləşən Stalski adına RF-nın Açıq Sosial Universitetinin “bədən tərbiyyəsi” fakultəsinə rəsmiləşdirilərək, sonradan ABU-ya həmin fakultənin 2-ci kursuna köçürülmüş, hər semestrə 150 manat, dövlət imtahanlarına görə 1.000 manat ödəyən Günel Vahabova digər minlərlə tələbə kimi diplomsuz qalıb.

Komitəyə müraciət edən tələbələrin bir qismi isə universitet bağlanıldığı üçün təhsilini başa çatdıra bilməyiblər. Bu sıradan olan “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakultəsinin tələbəsi Cavadov Vüsal Məzahim oğlu 2007-ci ildə test imtahanlarından kənar ABU-ya qəbul olunarkən bilavasitə Elşad Abdullayevə sonuncunun iş otağında 5.000 manat məbləğində pul verib, hər semestr imtahanlarına görə 400-500 manat rüşvət şəkilində ödəyib. Son nəticədə Vüsal Cavadov təhsilini başa vura bilməyib, ailəsinə isə çox ciddi mənəvi və maddi ziyan dəyib.

Elşad Abdullayevin və onun rəhbərlik etdiyi korrupsiya mütəşəkkil dəstənin törətdikləri qanunsuzluqları əks etdirən çoxlu sayda digər misalları da çəkmək olar.

Komitəyə müraciət edən tələbə və valideyinlərin sözlərindən məlum olub ki, ABU-da Elşad Abdullayevin rəhbərliyi altında fəaliyyət göstərən korrupsiyalaşmış mütəşəkkil dəstənin üzvləri xırda məsələləri belə ödənişli əsaslarla həll ediblər. Tələbələrə məcburi qaydada lazım olmayan kitabların, müxtəlif tədbirlərə biletlərin satışı həyata keçirilib, hətta tələbə bileti və qiymət kitabçası 40 manat alındıqdan sonra verilib, buraxılan dərsləri qeydə alınmamasına görə mütləq qaydada pul alınıb.

Komitənin fəaliyyət göstərdiyi dövr ərzində ABU-da baş verən korrupsiya halları və Elşad Abdullayevin qanunsuz hərəkətləri barədə Korrupsiyaya qarşı mübarizə İdarəsinə məlumat verməklə yanaşı, Fransa səfirliyinə, Fransa Xarici İşlər Nazirliyinə, “Euronews” telekompaniyasına, Avropa İnsan haqları Məhkəməsinə müraciət edilmiş və müvafiq təsdiqedici sənədlərin surətləri göndərilmişdir.

Çox hörmətli cənab Prezident!

Azərbaycanda hər kəsə məlumdur ki, Fransa Avropada demokratik dəyərlərə xüsusi önəm verən, insan azadlıqları və hüquqlarının pozulmasına qarşı çıxan, ədalətin və haqqın bərqərar olunması üçün səy göstərən bir dövlətdir. Lakin Elşad İslam oğlu Abdullayev kimi bir korrupsionerin və cinayətkarın Fransa kimi bir demokratik dəyərlər beşiyi olan ölkədə cəzasız yaşaması Azərbaycan ictimaiyyətində təəssüf hissi ilə qarşılanır və Fransa hökumətinə, Fransa dövlətinin demokratik dəyərlərinə, qanunlara hörmət imicinə olan inamı heçə endirir.

Odur ki, bir vəkil və hüquqşünas olaraq, xahiş eldirəm, müraciətimə həssas yanaşılaraq, Elşad İslam oğlu Abdullayevin Fransada cəzasız yaşayıb-fəaliyyət göstərməsinə imkan verilməsinin qarşısı alınsın və o, Azərbaycanın hüquq mühafizə orqanlarına təhvil verilsin.

Dərin hörmət və inamla:

Ramiz Zeynalov,

Azərbaycan, Bakı şəhəri

17 iyul 2013-cü il








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
Dünən, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
Dünən, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
Dünən, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
Dünən, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
Dünən, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
Dünən, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
Dünən, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Dünən, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
Dünən, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
Dünən, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
Dünən, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
Dünən, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
Dünən, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
Dünən, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
Dünən, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
Dünən, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
Dünən, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
Dünən, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Dünən, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
Dünən, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
Dünən, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
Dünən, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
Dünən, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
Dünən, 11:16
Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
Dünən, 10:58
Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
Dünən, 10:55
“Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:52
"Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
Dünən, 10:40
Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
Dünən, 10:36
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
Dünən, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
Dünən, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
Dünən, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Dünən, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Dünən, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Dünən, 08:28
Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
Dünən, 08:25
Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir - İNCƏLƏMƏ
Dünən, 08:22
Azad Rzayevin şirkəti dövlətə borclandı - 248 min manatdan çox...
Dünən, 08:20
Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər - "Politico"
Dünən, 08:18
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? - ŞƏRH
Dünən, 08:16
44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır – prezident yeni rəqəmi dedi
Dünən, 08:15
Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” - Ekspert deyir ki...
Dünən, 08:13
Onları teatrın dedi-qodusu ayırdı... - “Həyatda mənimki gətirmədi”
Dünən, 08:05
Bayramovun "sərəncamı" icra olunacaqmı? - GƏLİŞMƏ
Dünən, 08:00
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Dünən, 07:54
Ukrayna və Rusiya arasında HAVA DURUMU... - Görünəni odur ki...
Dünən, 07:10
Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur... - ÇÜNKİ...
Dünən, 07:07
"Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." - partiya sədri
Dünən, 07:03
"Filiala getdim və nəticə yoxdur..." - GİLEY
Dünən, 07:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru