Paşinyan Rusiyaya səfər edib .....                     Sədərək gömrüyündə DƏRƏBƏYLİKDİR... .....                     Kişi "WhatsApp"da başqa şəxslə yazışan arvadını döydü, 1500 manat cərimələndi .....                     Putin 2027-ci ilin fevralınadək danışıqlara getməyəcək .....                     Ev almaq istəyənlərin nəzərinə .....                     “Laçını bu şəbəkənin əlindən qurtarın!” .....                     Ölübsə, necə tibbi yardım göstərəcək? .....                     Avropa ABŞ-sız böyük savaşa hazırlaşır .....                     Britaniya XİN əməkdaşlarının elektron poçtları ələ keçirilib .....                     Deputatın şirkəti DÖVLƏTƏ BORCLUDUR .....                     "Azərbaycanın təklifini blokladıq, Paşinyan çoxluğu itirdi" .....                     Gizli şəbəkənin dəhşətli əməlləri... .....                     Kamaləddin Qafarov səhiyyə naziri olmaq istəyir? .....                     Balakişi müəllim prosesə daha realist baxır... .....                     Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! .....                     Dübəndi sahilində FACİƏVİ DURUM... .....                     "Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." .....                     Benzin qıtlığı yaşayan Rusiyanın .....                     Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır .....                     "Ağılsız müharibədən ağıllı çıxış olmur" .....                     Zay məhsul satıb, aradan çıxırlar... .....                     İflic duruma düşən elektron məhkəmə sistemi .....                     Gələcəkdə belə əsərlər yarana bilərmi? .....                     Erməni adı altında Avropaya sığınan... .....                     Zəlzələn “mübarək”, İqbal Ağazadə! .....                     Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir .....                     Zülfəlinin buldozerin ağzına verdiyi TARİX .....                     Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... .....                     Günün fotosu: .....                     Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... .....                     Girişi pullu, çıxışı boş ümid dünyası! .....                     İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb .....                     Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... .....                     Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? .....                     AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur .....                     MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... .....                     Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib .....                     Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR .....                     Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi .....                     Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb .....                 

"HAKİMİYYƏT QƏRBDƏN DƏSTƏK ALA BİLƏCƏK"
Tarix: 20-05-2013, 11:53 | Çap et
"HAKİMİYYƏT QƏRBDƏN DƏSTƏK ALA BİLƏCƏK"
KXCP sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət” qəzetinə müsahibə verib. Müsahibəni olduğu kimi DİA.AZ-ın oxucularının diqqətinə çatdırırıq.

- Mirmahmud bəy, Milli Şura ətrafında baş verən proseslərlə bağlı düşüncənizi öyrənmək istərdik. Bu ideyanın reallaşması istiqamətində aparılan danışıqları qənaətbəxş hesab edirsinizmi və KXCP indiki məqamda bu danışıqlarda yer alırmı?

- Biz bununla bağlı cəmiyyətə öz mövqeyimizi çatdırmışıq. Bütün bunların xaricində heç bir fikrimiz yoxdur və əlavə açıqlama vermək istəmirik. KXCP-nin baş verənlərlə bağlı mövqeyi açıqdır və bu mövqe ölkə mətbuatında özünü aydın şəkildə büruzə verir.

- Necə hesab edirsiniz, müxalifətin birlik cəhdləri nəticə verəcəkmi?

- Müxalifətin seçkilərə vahid namizədlə gedib-getməyəcəyi məsələsini zaman göstərəcək. Bu barədə indidən hansısa rəy vermək o qədər də düşgün olmaz. Lakin bu gün baş verən proseslər fonunda görünür ki, bu məsələ hələ ki, öz həllini tapmayıb. Hesab edirəm ki, müxalifətin birləşməsi məsələsindən öncə həyata keçirilməsi gərəkən addımlar var.

- Bu addımlar nədən ibarətdir?

- Zənnimcə, müxalifət birləşməmişdən öncə saflaşmalı, ayrılmalı, təmizlənməlidir. Yalnız bundan sonra birlik haqqında fikir yürütmək olar. Bu gün müttəfiqlər belə bir-biri ilə münaqişədə, ziddiyyətdədirlər. Bu gün onlar ölkə mətbuatında bir-birləri haqında təhqiramiz ifadələr işlətməkdə və ya öz adamlarını danışdırmaqdadırlar. Belə olan təqdirdə isə birlik məsələsi əlbəttə arxa plana keçir. Bütövlükdə isə, şübhəsiz ki, birlik məsələsinin zamanı nəinki çatıb, hətta vaxtı ötüb belə. Yaxınlaşmaqda olan prezident seçkiləri də müxalif qüvvələri bir araya gətirə bilmir. Bu, göz qabağındadır və bunu inkar etmək mümkün deyil.

- Ümumilikdə, seçkilərlə bağlı proqnozunuz nədən ibarətdir? Sizcə builki seçkilərdə hansı nəticə ilə üzləşəcəyik?

- Bu vaxta qədər bizim bildiyimiz, eşitdiyimiz yalnız bir proqnoz olub ki, bu da hava haqqında proqnozdur. Sovet dönəmində hava ilə bağlı səsləndirilən proqnozlar da doğru çıxmırdı. Müstəqillik qazandıqdan sonra isə deyəsən hava proqnozları da özünü doğrultmaqdadır. Siyasi prqonozlar və təhlillər isə Azərbaycanda artıq özünü doğrultmur. İstər ictimai-siyasi münasibətlər, istər əxlaqi-mənəvi dəyərlərin aşınması baxımından bu belədir. Bundan başqa, daha bir qəribəlik ondan ibarətdir ki, əslində seçki ilə bağlı nəticələrin necə olacağını hər kəs bilir. Yadınızdadırsa, Heydər Əliyev də 1998-ci ilin prezident seçkilərində nəticəni gözləmədən özü dedi ki, 76% səs toplamışam. Halbuki, hələ MSK seçkilərin nəticəsini açıqlamamışdı və məntiqlə H.Əliyev neçə faiz səs topladığını bilə bilməzdi. Lakin buna baxmayaraq, MSK-nı qabaqladı və 76% səs topladığını elan etdi. Seçkilərin nəticəsinin necə olacağına gəlincə, hesab edirəm ki, bu, MSK-da həyata keçiriləcək saxtakarlığın miqyasından və hakimiyyət daxilindəki əhval-ruhiyyədən asılı olacaq. Bu səbəbdən də indidən seçkinin nəticəsi ilə bağlı hansısa proqnoz vermək çətindir.

- Sizcə qarşıdakı prezident seçkilərində Rusiya və Qərbin mövqeyi nədən ibarət olacaq? Hakimiyyət beynəlxalq ictimaiyyətdən lazımi dəstəyi ala biləcəkmi?

- Hakimiyyət beynəlxalq dəstəyi nə ilə almaq lazımdırsa, onunla da alacaq. Əgər bu dəstəyi Avropa Şurasından almaq lazımdırsa, Avropa Şurasından alacaq, əgər Avropa Şurasının başında dayanan şəxsdən almaq lazımdırsa, o zaman həmin şəxsdən alacaq və s. Şübhəsiz, alınmayan, satılmayan adamlar da olacaq. Onlar da bu məsələdə öz mövqelərini ortaya qoyacaq, ədaləti müdafiə edəcəklər. Lakin hesab etmirəm ki, hakimiyyətin bu cəhdləri uzun müddət üçün səmərə versin. Ən azından ona görə ki, artıq bizim bildiyimiz qədər Qərb və ABŞ da məlumatlıdır. Onlar Azərbaycanda baş verən proseslərlə bağlı bəlkə bizdən də çox məlumatlıdırlar. Onlar yavaş-yavaş bu sirləri açmaqdadırlar. Bank hesabları ilə bağlı informasiyaların yayılması, daşınmaz əmlakla bağlı məlumatların açıqlaması, “kürü diplomatiyası”, iqtidardaxili münasibətlər və s. ilə bağlı faktların elan edilməsi söylənilənlərə sübutdur. Doğrudur, bu məlumatlar bizə onsuz da məlum idi. Lakin Qərb də öz növbəsində bunu açıqladı. Bütün bunlar o deməkdir ki, bazarlaşma şərt olacaq. Əgər olacaqsa da, bu, hakimiyyətə baha başa gələcək. Doğrudur, neft pulları imkan verir ki, ölkə iqtidarı hakimiyyətin ömrünü uzatmağa nail olsun. Hesab edirəm ki, iqtidar hər halda buna nail olacaq. Vasitəçi isə böyük ehtimalla yenə də Türkiyə Cümhuriyyətinin bugünkü rəsmiləri olacaq.

- Seçki öncəsi və ya seçki prosesi zamanı elə bir məqam yetişə bilərmi ki, öz namizədliyinizdən kiminsə xeyrinə imtina edəsiniz?

- Bu məsələ həll edilməsi mümkün olan bir məsələdir. Çünki bu həyatda yalnız ölümə çarə yoxdur. Qalan hər şeyin bir çarəsi var. Ola bilsin ki, bu gün ölkə siyasətində üzdə olanlardan fərqli olaraq, hamı bir araya gələ və kiminsə dəstəklənməsi məsələsi meydana çıxa. Əgər bu gün bu yoxdursa, o demək deyil ki, sabah da olmayacaq. Əgər sabah belə bir situasiya olarsa, o zaman öz namizədliyimdən imtina edə bilərəm. Bunun heç bir problemi yoxdur. Lakin bu gün Azərbayacn siyasətində güzəştə gedəcəyimiz kimsəni görmürük. Əgər yuxarıda qeyd etdiyimiz kimi bir situasiya formalaşarsa, o zaman biz güzəştə gedə bilərik.

- Son vaxtlar gənc siyasi fəalların həbsi ilə bağlı cəmiyyətin və eyni zamanda siyasi partiyaların ortaya qoyduğu münasibəti adekvat hesab edirsinizmi?

- Hesab edirəm ki, siyasi partiyaların bu məsələdə nümayiş etdirdikləri mövqe baş verən həbslərə adekvatdır. Hər halda bu məsələdə siyasi partiyaların fəaliyyətini inkar etmək olmaz. Bundan artıq onlar nə etməlidirlər ki? Üsyan etməli deyillər ki? Proseslərə bütün siyasi partiyaların eyni vaxtda reaksiya verməsi çətindir. Çünki onlardan birinin toplantısı bir az tez olur, digərininki bir qədər gec olur və s. Bu və bu kimi amillər bu məsələdə rol oynayır. Lakin hesab edirəm ki, məsələnin başqa tərəfinə diqqət çəkmək lazımdır. Niyə gənclər həbs olunur? Niyə internetdə tənqidə görə qanunvericilikdə dəyişikliklər edildi? Bax, bu məsələlərə aydınlıq gətirmək, bu haqda düşünmək lazımdır.

- Bu suallara sizin cavabınız nədən ibarətdir?

- Mənim zənnimcə, Azərbaycanda baş verən ictimai-siyasi proseslər çərçivəsində yeni qüvvələr, yeni adlar meydana gəlməkdədir. Bütün bunlar isə hakimiyyət tərəfindən tam kəşf edilib öyrənilməyib. Odur ki, hakimiyyət prosesləri qabaqlamaq üçün bu şəxslərə və qüvvələrə qarşı cəza üsullarından istifadə edir. Lakin bütün bunlara baxmayaraq ki, yəqin ki, proseslərin qarşısını bununla almaq mümkün olmayacaq, müəyyən gəlişmə, müəyyən inkişaf olacaq. Bu, artıq indidən özünü hiss etdirir. Hesab edirəm ki, qarşıda gəncliyin gəlişi, yüksəlişi var. Bu inkişafın qarşısını isə almaq, bu yüksəlişə mane olmaq mümkün deyil. Əslində bu gün həbs edilən gənclərin hazırda onları müdafiə edən siyasi partiyaların, ictimai təşkilatların müdafiəsinə faktiki olaraq ehtiyacları yoxdur. Bu, sadəcə olaraq həbsdəki gəncləri müdafiə edən şəxslərin özlərinə lazımdır. Həbs olunanların belə bir müdafiəyə qətiyyən ehtiyacı yoxdur.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Rusiyaya səfər edib
Bu gün, 09:21
Sədərək gömrüyündə DƏRƏBƏYLİKDİR... - NARAZILIQ VAR...
Bu gün, 09:20
Kişi "WhatsApp"da başqa şəxslə yazışan arvadını döydü, 1500 manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:19
Putin 2027-ci ilin fevralınadək danışıqlara getməyəcək - FT
Bu gün, 08:08
Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!
Bu gün, 08:06
“Laçını bu şəbəkənin əlindən qurtarın!” –Qazidən Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Bu gün, 07:47
Ölübsə, necə tibbi yardım göstərəcək? - İllərdir müzakirə olunan maddə
Bu gün, 07:43
Avropa ABŞ-sız böyük savaşa hazırlaşır
Bu gün, 07:34
Britaniya XİN əməkdaşlarının elektron poçtları ələ keçirilib - "The Daily Telegraph"
Bu gün, 07:32
Deputatın şirkəti DÖVLƏTƏ BORCLUDUR - BU DA FAKT...
Bu gün, 06:39
"Azərbaycanın təklifini blokladıq, Paşinyan çoxluğu itirdi" - Ermənistanda təşviş
Bu gün, 06:34
Gizli şəbəkənin dəhşətli əməlləri... - qanunsuz fəaliyyət, dağılan ailələr, məhv olan gənclik
Bu gün, 06:30
Kamaləddin Qafarov səhiyyə naziri olmaq istəyir? - Tibbi təhsili yoxdur
Bu gün, 06:25
Balakişi müəllim prosesə daha realist baxır... - ONA GÖRƏ DƏ...
Bu gün, 05:00
Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! - "Naxçıvan şəxsi biznes meydanı deyil!"
Bu gün, 04:56
Dübəndi sahilində FACİƏVİ DURUM... - FOTOFAKT
Bu gün, 04:32
"Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." - MÜRACİƏT
Bu gün, 04:26
Benzin qıtlığı yaşayan Rusiyanın BELARUS NƏFƏSLİYİ
Bu gün, 04:14
Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır - KİV
Bu gün, 04:11
"Ağılsız müharibədən ağıllı çıxış olmur" - partiya sədri
Bu gün, 04:07
Zay məhsul satıb, aradan çıxırlar... - AXI NİYƏ?..
Bu gün, 04:02
İflic duruma düşən elektron məhkəmə sistemi - BU NƏDİ BELƏ?
Bu gün, 03:53
Gələcəkdə belə əsərlər yarana bilərmi? - ARAŞDIRMA
Bu gün, 03:45
Erməni adı altında Avropaya sığınan... - Hansı ədaləti axtarır...
Bu gün, 03:41
Zəlzələn “mübarək”, İqbal Ağazadə! - REPLİKA
Bu gün, 03:37
Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir - Üzv olmasa belə...
Bu gün, 03:32
Zülfəlinin buldozerin ağzına verdiyi TARİX - və aldadılan vətəndaş, susan hüquq...
Bu gün, 03:23
Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... - BELƏ ÇIXIR...
Bu gün, 03:08
Günün fotosu: - MALƏSƏF...
Bu gün, 02:59
Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:55
Girişi pullu, çıxışı boş ümid dünyası! - Xərçəngdən DAHA AMANSIZ
Bu gün, 02:44
İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb - “Bloomberg”
Dünən, 11:01
Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... - NƏ BAŞ VERİR?
Dünən, 10:57
Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Dünən, 10:55
AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Dünən, 09:44
MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Dünən, 09:35
Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Dünən, 09:03
Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Dünən, 08:38
Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Dünən, 08:30
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Dünən, 08:23
Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Dünən, 08:20
İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Dünən, 08:11
Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Dünən, 08:07
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Dünən, 08:05
Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:56
İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Dünən, 07:52
"Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Dünən, 07:43
Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Dünən, 07:40
Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Dünən, 07:37
"Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Dünən, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru