Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır .....                     Xocavənddə traktor minaya düşdü .....                     8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür .....                     Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? .....                     “Qala Sığorta”da 19 milyon manatlıq azalma .....                     Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: .....                     ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır .....                     Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb .....                     Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı .....                     ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə .....                     Sülh prosesində hələ son mərhələyə çatmamışıq .....                     Dünya bazarlarında neft bahalaşıb .....                     Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA .....                     Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... .....                     Eyfel qülləsindən xaricdə təhsilə: .....                     "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." .....                     NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR .....                     “Nüvə baharı” başlayır? .....                     Başçı Gəncənin BAŞINI BURAXIB... .....                     Bərdədə baş həkim QOÇULUQ EDİR .....                     Elnur Baimov mövqeyini dəyişir? .....                     AAYDA-nın tərəzi məntəqələrindən şikayət .....                     Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN .....                     ADY qatarlarında naməlum QİDALAR .....                     Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... .....                     Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir .....                     Dollarımız aşıb-daşır .....                     "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var .....                     Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur .....                     Pensiya ilə bağlı gözlənilən qərar .....                     Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu .....                     Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi .....                     Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                     Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? .....                     Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? .....                     Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır .....                 

Sıravi vətəndaşlar "Gəncəbank"ın əli ilə necə müflisləşdirilir... - Cavid Qurbanovun bankına qarşı VİDEOİTTİHAM
Tarix: 1-05-2015, 10:36 | Çap et
Sıravi vətəndaşlar "Gəncəbank"ın əli ilə necə müflisləşdirilir...
“Mən Rusiya vətəndaşıyam. 2001-ci ildə “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzova mülkümü, biznesimi zorla əlimdən alıb, özümü də ölkədən çıxarıblar. Bu gün də məni hədələyirlər. Mən Rusiyaya qovulana qədər Azərbaycan vətəndaşı olmuşam. Məni əmlakımdan, biznesimdən məhrum etməklə yanaşı Pərvanə Novruzova faktiki vətənimdən, vətəndaşlığımdan da məhrum etdi”. Gunxeber.com-un məlumatına görə, bunu Gəncə sakini Natalya Kərimova vəkili Ceyhun Yusifov vasitəsi ilə mətbuata müraciətində yazır. Qadın prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, Rusiyanın Azərbaycandakı səfirinə, hüquq mühafizə orqanlarının rəhbərlərinə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova və digər səlahiyyət sahiblərinə ünvanladığı məktubda “Gəncəbank” Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın əməllərindən yazır. Bankın müşahidə şurasının üzvü C.Qurbanovun atası Qənbər Qurbanovdan kömək istəyir: “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbəri, Qənbər Şəmşiroğluna, Milli Məclisin deputatı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qənbər oğluna. Hörmətli Qəmbər müəllim! Yəqin ki, “Gəncəbank” ASC-nin qadın rəhbəri Pərvanə Cəmilqızının mənim başıma oyun açaraq Gəncədəki mülklərimi ələ keçirməsi barədə ölkə prezidenti cənab İlham Əliyevə, 1-ci xanım Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarına və Rusiyanının Azərbaycandakı səfirliyinə etdiyim müraciətdən məlumatınız vardır. Mən Azərbaycana gəlmək istəmirdim. Araşdıranda ki, Azərbaycan necə bir demokratik ölkə olub və ölkə prezidentinin insanlara və xüsusən də milli azlıqlara göstərdiyi diqqət və qayğı mənim yenidən Azərbaycana gəlməyimə və Pərvanə Cəmilqızı tərəfindən tapdalanmış hüquqlarımın bərpa edilməsi üçün müraciət etməyimə səbəb oldu. Mən ölkə prezidenti cənab İlham Əliyevə çox inanıram. Azərbaycan onun sayəsində regionda, mən deyərdim ki, dünyada söz sahibi olan ölkə həddinə çatmış və ən nümunəvi tolerant ölkədir. 2001-ci ildə mənə imkan vermədilər ki, o zamnkı prezident Heydər Əliyevin qəbuluna düşüm. Ona görə ki, mənim mülklərimi ələ keçirtmək məqsədilə Pərvanə Cəmilqızı iki azyaşlı qızımın başına oyun açdırmaq hədəsi ilə məni ölkədən çıxmağa vadar etdi. Mən dediyim kimi, Azərbaycana gəlməmişdən araşdırdım ki, Sizin də həmin bankda səhmləriniz var. Sizin kim olduğunuzu araşdırdım. Gördüm ki, Azərbaycanda hörmət edilən el ağsaqqalı və ədalətli insansınız. Mən bu sözləri səmimi hislərimlə yazıram. Düzdür, Sizin 2001-ci ildə həmin bankda səhmləriniz olmamışdır. Ancaq keçmişi cinayətkar qrupu maliyyələşdirən və rəhbəri Pərvanə Cəmilqızı yetirən bir bankda Sizin səhmlərinizin olması məni çox təəccübləndirdi. Sonra fikirləşdim ki, bu hadisələrdən Sizin xəbəriniz olmaz. Çünki Siz böyük bir elin, Kəlbəcərin ağsaqqalı, Azərbaycan xalqının ürəyində xoş bir yeriniz olan bir insan və ən əsası “Dədə Şəmşir” Ocağının yetirməsisiniz. “Dədə Şəmşir” öz əsərlərində daima haqqı və ədaləti təmsil etmiş və həmişə də bu cür haqsızlıqlara baş əymədən ömür sürmüşdür. Mən hesab edirəm ki, onun övladı və nəvəsi də bu cür insandı. Sadəcə, mənim Sizdən bir xahişim var ki, bu işin ədalətli şəkildə araşdırılmasında maraqlı olasınız. Kimsəsiz və sahibsiz bir rus qadınının başına açılmış bu oyunlara göz yummayacağınızdan əminəm. Mənim sonda bir xahişim də var: vaxtınızdan 5 dəqiqə ayırıb məni dinləyəsiniz”.
N.Kərimova məktubunda yazır ki, “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzova onun biznesini, mülklərini zorakılıqla ələ keçirib: “Milliyətcə rusam. Mahir Kərimovla 1982-ci ildə ailə həyatı qurmuşuq. 2 qızım var. O dövrdə həyat yoldaşım hərbiçi idi və biz Gəncə şəhərindəki hərbi şəhərcikdə yaşayırdıq. Həyat yoldaşım 1988-ci ildə Qarabağ müharibəsi başlayandan sonra, 1991-1994-cü il tarixədək Tərtər və digər rayonunda döyüşlərdə iştirak edib. Atəşkəs elan olunduqdan sonra polis orqanlarında fəaliyyətə başlayıb. 1998-ci ildə Gəncə İcra Hakimiyyətinin sərəncamı ilə Qarabağ müharibəsi iştirakçısı olan yoldaşıma sahibkarlıq fəaliyyəti göstərmək üçün Gəncə şəhəri, H.Əliyev prospekti 87 ünvanında torpaq sahəsi ayrıldı. Borc-xərc taparaq həmin ünvanda gözəllik salonu tikdirdik. Anam Yelena Drobıyşeyevskaya Rusiyadakı mülklərini sataraq Azərbaycana gəlmişdi. Obyektin tikintisinə xərclədiyimiz pulların böyük hissəsini də bizə o vermişdi. 2000-ci ilin sentyabr-oktyabr aylarında gözəllik salonunu tam tikdirib başa çatdırdım. Adını da adıma uyğun ”Nataşa” salonu qoydum. Salonun rəsmi açılış mərasimi də keçirildi. Həmin açılışda Gəncə şəhərinin rəsmi şəxsləri, o cümlədən icra başçısı E.Babayev və polis rəisi Qərib Həsənov da iştirak etdilər. Açılışın videosu hazırda əlimdədir. Həmin salondan 20-22 ailə dolanırdı. 1 il həmin salonu mən özüm işlətmişəm”.
N.Kərimova yazır ki, bu gün “Afrodita” adlanan salonun ön hissəsi o dövrdə şüşədən olub və bu səbəbdən yay aylarında salonda dözülməz istilik yaranıb: “2001-ci ilin yayında hazırda ”Gəncəbank” ASC-nin idarə heyətinin sədri Pərvanə Novruzova salona gəldi. Salon həddindən çox isti idi. Pərvanə Novruzova kondisioner quraşdırmağı məsləhət gördü. Dedim ki, binanın tikilməsi üçün aldığım borcları hələ qaytara bilməmişəm. Borcları ödədikdən sonra kondisioner alacağam. O da dedi ki, “bacın ölməyib ki, mən sənə pul verərəm, 5 il müddətində yavaş-yavaş qaytararsan.
Pərvanə Novruzovanın bu addımı mənə yaxşılıq etmək məqsədi ilə atdığını düşündüm. Onun idarə etdiyi bankdan 5 il müddətinə 5 min dollar pul götürdüm, girov kimi də aldığım kondisionerləri qoymuşdum. Bir gün Pərvanə banka yoxlama gəldiyini, ona görə də yoxlama gedənədək həmin kredit müddətinin 3 aylıq etməsini məndən xahiş etdi. 1 həftə, 10 gün sonra yəni yoxlama gedəndən sonra yenidən dəyişdirib 5 illik edəcəyini söz verdi. Aradan bir ay keçməmiş mənim üstümü kəsdi ki, nə olur olsun, pulu qaytar, nə 5 il, pulu 3 ay ərzində qaytarmalısan. Qaytarmayacağım təqdirdə salonu məndən zorla alacağını bildirdi. 1 gün sonra “Gəncəbank”ın rəhbəri Pərvanə Novruzova və yanındakı 3 maşın qolçomaqla salona gələrək salonun şüşələrini sındırıb içəri daxil oldular. Onunla gələnlər mənə işgəncə verdilər. Çölə atıb qapının kilidlərini də dəyişdirib obyektimi zorla əlimdən aldılar. Pərvanənin həddindən çox nüfuzlu və təhlükəli bir adam olduğunu bildirib rayondakı dövlət idarələri şikayətlərimi qəbul etmədilər”.
N.Kərimova müraciətində yazır ki, həyat yoldaşı şərlənmək təhlükəsi qarşısında ölkədən gedib. Onun özü isə zorakılıqlara məruz qalıb: “Səhəri gün salonun qabağında olan zaman Pərvanənin adamları məni zorla bir maşına qoyub Gəncədən qırağa apardılar. Ölümlə hədələyib həmin günün sonunadək bir zirzəmidə saxladılar. Gecə yarısı Gəncəyə qaytarıb tanımadığım bir yerdə tulladılar. Soruşa-soruşa birtəhər gəlib evimi tapdım. Azyaşlı qızım Esmira məni bu halda görüb qorxudan ağlamağa başladı. Qərib Həsənovun qabağını kəsib başıma gələnləri ona danışdım. O da dedi ki, “bilirəm, o salon sənindi, açılışında mən də olmuşam, amma Pərvanə Novruzova çox təhlükəli adamdır. Çoxlu pulu var və məni də Gəncədən didərgin salar. Ən yaxşısı, get cənab prezidentin qəbuluna düş, yoxsa ayrısının buna gücü çatası deyil”. Rəisin dilindən bu sözləri eşitmək məni qorxuya saldı. Oradan çıxıb, birbaşa Gəncə şəhər prokurorunun qəbuluna gəldim. Orada məni prokurorun köməkçisi qəbul etdi. O da dedi ki, Pərvanə Novruzovaya bizim gücümüz çatmır. O, Gəncədə çox adamın başına bu cür oyun açır. Daxil olan şikayətləri qorxudan qeydiyyata belə ala bilmirlər. Həmin gün axşam məni evimdən məcburi qaydada çıxarıb Pərvanənin yanına apardılar. Dedi ki, Nataşa, sən bu gün Qəribdir nədir, nə bilim prokurordu nədi, onun yanına getmisən. Sən bil ki, rəis yox, mən nə desəm o olacaq”.
N.Kərimova Gəncədə gizli işgəncə zirzəmisinə salındığını qeyd edir: “Yenə məni bir zirzəmiyə salıb olmazın işgəncə verdilər. İşgəncə verə-verə deyirdilər ki, hamı bizdən it kimi qorxur, sən burda yiyəsiz, sahibsiz adam, bizə nə edə bilərsən. İki gün ac-susuz məni həmin zirzəmidə saxladılar. Sonra buraxdılar ki, get fikirləş, salonun sənədlərinin Pərvanə xanımın adına keçir, sənədlərə imza at. Razılaşmadım. Çünki bilirdim ki, əvvəl-axır cənab prezident mərhum Heydər Əliyevin qəbuluna düşəcəm. Ancaq 2 gün sonra təkrar olaraq məni və azyaşlı qızım Esmiranı da bir maşına qoyub apardılar tamam başqa bir sahibsiz və yiyəsiz yerə. Orada Pərvanəni də gördüm. Dedi ki, bu ölkədə bank sahibi 2-3 nəfər adam var, biri də mənəm. Yanındakı adamlara azyaşlı qızımı zorlamaq əmri verdi. Mən əvvəlcə buna inanmadım. Düşündüm ki, bu qədər də qəddar olmazlar ki, azyaşlı uşağın başına oyun açsınlar. Sonra baxdım ki, qızımın əynindəki paltarı cırmağa başlayırlar. Belə olan halda nə qədər yalvadımsa, mümkün olmadı ki, olmadı. Axırda bu cür hərəkətə dözə bilməyib məndən nə desələr onu edəcəklərini bildirdim. Pərvanə mənə dedi ki, ”sən qızını da götür, bu ölkədən çıx, bu ölkədə sənə yer yoxdur”. Azyaşlı qızımın başına oyun açacaqlarının real olduğunu, hüquq mühafizə orqanlarının hərəkətsizliyini görüb ölkədən çıxmağa razılaşdım. Pərvanənin qolçomaqları bizi Bakı Dəmiryol vağzalından yola saldılar”.
N.Kərimova Rusiyadan 1 həftə əvvəl geri döndüyünü və mülklərinin geri qaytarılmasını tələb etdiyini yazır.
C.Yusifov deyir ki, N.Kərimovanın müraciətlərindən sonra qadını hədələməyə başlayıblar, ona qarşı cinayət işi başladılacağını bildiriblər. Vəkil baş verən qanunsuzluqlarla bağlı yaxın günlərdə mətbuat konfransı keçiriləcəyini və şok faktlar açıqlayacağını da söyləyib.
Qeyd edək ki, “Gəncəbank”dakı qanunsuzluqlarla bağlı zaman-zaman çoxlu şikayətlər olub. diaaz.space həmin şikayətlərdən birinin videosunu təqdim edir.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25
Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40
ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30
"Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01
Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58
"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54
Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51
Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru