Azərbaycanın evini yıxan futbol qumarı... - İntihara aparan daha bir yol...
Tarix: 23-04-2015, 10:01 | Çap et
 Futbol mərc oyunlarına maraq göstərənlərin sayı durmadan artır. Mərc oyunları arasında "Topaz" xüsusi yer tutur. "Topaz" istifadəçilərinin böyük hissəsinin gənclərdən ibarət olması cəmiyyəti narahat edən məsələdir. Çünki bu gənclər günlərinin əksər saatlarını kitab oxumağa, biliklərinin artırılmasına, idmana deyil, məhz "Topaz"da itirir. Hələ acınacaqlısı budur ki, 18 yaşına çatmayan şəxslərin “Topaz”dan istifadə etməsinə qadağa olduğu halda, azyaşlı və yeniyetmələr də bu oyunlarda iştirak edirlər.
Vertikal.az bildirir ki, ki, tibb elmində qumara qurşanan insanlar xəstə sayılır. Psixiatriyada В«ludomaniyaВ» adlanan bu ruhi xəstəliyin Azərbaycanda minlərlə daşıyıcılarının olması heç kimdə şübhə doğurmur. “Topaz”ın reklamlarının telekanallara ayaq açması isə xəstəliyi epidemiya vəziyyətinə gətirib. Belə xəstələr daimi olaraq müxtəlif uduşlu oyunlarda iştirak edir, böyük uduş əldə edəndə də, mütəmadi olaraq uduzanda da oyundan çıxa bilmir, getdikcə daha çox vaxtını, vəsaitini və düşüncəsini buna həsr edir və bütün hallarda nəhayət, iflasa uğrayır.
Xəstəlik yüksək dərəcədə psixoloji yoluxma potensialına malikdir. Belə xəstələrlə yoldaşlıq edənlər də dərhal bu xəstəliyə yoluxurlar. Həmçinin uduşlu oyunların reklamı və kütləviləşməsi də insanların bu xəstəliyə yoluxmasında böyük rol oynayır. Xəstəliyin sosial fəsadlarına gəlincə, bunların sırasına, başlıca olaraq, müflisləşmə, ailədaxili münasibətlərin pozulması, ailələrin və şəxsi həyatın dağılması, oynamaq üçün pul əldə etmək naminə cinayət yollarına baş vurulması və intihar kimi rəngarəng nəticələr daxildir.
Vertikal.az bildirir ki, “Topaz”dan istifadə edənlərin əksəriyyətinin psixoloji problemlərinin olduğunu ekspertlər də təsdiqləyir. Onların sözlərinə görə, bu xəstələr patoloji yalan danışır, evdən pul oğurlayır. Bu isə onların şəxsiyyət kimi formalaşmasına ciddi zərbədir: “Hazırda “Topaz” çox geniş təbliğ olunur. Bu reklamlara yeniyetmələr, uşaqlar baxır. Onlar oyun oynayaraq daha rahat yolla pul qazanacaqlarını düşünürlər. Amma bu, sadəcə görüntüdür. Sonradan uduzurlar, gözləntiləri özünü doğrultmur. “Topaz”da uduzduğuna görə, depressiyaya düşən, intihar edən, ailə üzvlərinə basqı edən, oğurluğa əl atanlar az deyil. Çünki istədikləri məbləği əldə edənə qədər mübarizə aparır, hətta evlərinin əşyalarını da satırlar. Bu cür oyunların reklamı yeniyetmələrə xüsusilə pis təsir edir, ailə ilə problem yaşayırlar”.
Yeniyetmələr düşünür ki, televiziyada reklam edilirsə, demək normaldır. Ona oyun kimi baxırlar, əslində isə bu oyun kimi təqdim edilən qumardır. Sadəcə, oyun fonu yaradılır. Bu oyuna əl atanlarda məsuliyyət hissi azalır. Asan yolla pul qazanmağa meylli olurlar. Xüsusən də, ətrafındakılar “Topaz” oynayırsa, bu zaman yeniyetmələr asanlıqla bu yola əl atırlar. Bu yolla da məqsədsiz nəsil yetişir və bu da onları uçuruma aparır.
Qeyd edək ki, Azərbaycanda qumarxanaların fəaliyyətinə mərhum prezident Heydər Əliyev tərəfindən qadağa qoyulmuşdu. Sabiq prezident qumarın cəmiyyətdə hansı fəsadlara yol açdığının fərqində olaraq, rəsmi səviyyədə qumarxanaları bağlatdırdı. Ancaq nədənsə mərc adı altında fəaliyyət göstərən “Topaz”ın daha qorxulu qumarxana olduğunun hazırda o qədər də fərqində deyillər, əksinə, bu qumar növünün daha geniş fəaliyyəti üçün “yaşıl işıq” yandırırlar.
Və burada ağrıdan bir məqam da ondan ibarətdir ki, biz azərbaycanlılar futbolu meydanda yox, meydandankənarda oynamağa üstünlük verərək sevdik...
Vüsal HACIOĞLU (Vertikal.az)

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06 |
|
|
|
| • 8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04 |
|
|
|
| • Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01 |
|
|
|
| • “Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56 |
|
|
|
| • Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40 |
|
|
|
| • ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34 |
|
|
|
| • Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32 |
|
|
|
| • Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30 |
|
|
|
| • "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24 |
|
|
|
| • ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22 |
|
|
|
| • Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20 |
|
|
|
| • Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18 |
|
|
|
| • Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13 |
|
|
|
| • Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42 |
|
|
|
| • Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28 |
|
|
|
| • "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25 |
|
|
|
| • NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22 |
|
|
|
| • “Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06 |
|
|
|
| • Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59 |
|
|
|
| • Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55 |
|
|
|
| • Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51 |
|
|
|
| • AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09 |
|
|
|
| • ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06 |
|
|
|
| • Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03 |
|
|
|
| • Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01 |
|
|
|
| • Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58 |
|
|
|
| • "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54 |
|
|
|
| • Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51 |
|
|
|
| • Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49 |
|
|
|
| • Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51 |
|
|
|
| • Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50 |
|
|
|
| • Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38 |
|
|
|
| • DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36 |
|
|
|
| • Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33 |
|
|
|
| • “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28 |
|
|
|
| • Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14 |
|
|
|
| • Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06 |
|
|
|
| • Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
| • Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58 |
|
|
|
| • Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
| • II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49 |
|
|
|
| • Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46 |
|
|
|
| • Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46 |
|
|
|
| • "Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43 |
|
|
|
| • Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40 |
|
|
|
| • Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37 |
|
|
|
| • Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35 |
|
|
|
| • Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dünən, 15:12 |
|
|
|
|