Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? .....                     "Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" .....                     Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... .....                     İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... .....                     "Evdə iydən otura bilmirik" .....                     "“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." .....                     Kartdan karta köçürməyə QADAĞA gəlirsə... .....                     Prezidentə müraciət olundu .....                     Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək .....                     Xurafat fanatizmi necə qidalandırır? .....                     Kəndlini kənddə saxlamaq üçün: .....                     Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib .....                     Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi .....                     "Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" .....                     Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU .....                     İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir .....                     ​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses .....                     Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Azərbaycanda 2 gəmiçilik şirkəti .....                     Onlar vəzifədən azad olundu .....                     “Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib .....                     "Unibank"da yeni sədr təyinatı olub .....                     Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək .....                     Nəriman Axundzadə Türkiyə klubuna keçir .....                     Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: .....                     Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? .....                     Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır .....                     Ordumuzun polkovnikinə vəzifə veriləcək .....                     “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” .....                     İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb .....                     Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır .....                     SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni .....                     Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib .....                     “Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” .....                     "Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" .....                     Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Tanınmış aktyor ADY-dan narazı qaldı: .....                     "Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib .....                     Rusiyada ağır vəziyyətdəki azərbaycanlını .....                 

Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR? - Və əslində NECƏ BAŞ VERİR?
Tarix: 18-09-2024, 09:31 | Çap et
Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR?
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında regional tibb mərkəzlərinin direktorları və xəstəxanaların baş həkimləri vəzifələrindən azad edilib.

TNS-ə etibarlı mənbədən daxil olan məlumata görə, Naxçıvanda bu vəzifəli şəxslərin işdən çıxarılması muxtar respublikanın səhiyyə sistemində aparılan yoxlamalarla bağlıdır.

Hazırda Azərbaycan Respublikasının Hesablama Palatası muxtar respublikanın səhiyyə sistemində yoxlamalar aparır. İddia olunur ki, yoxlama zamanı ciddi qanun pozuntuları aşkar edilib.

TNS-in xəbərindən sonra Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tələm-tələsik açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu, struktur dəyişikliyi ilə bağlıdır.

"Bildirmək istəyirik ki, Naxçıvan Muxtar Respublikasında Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TMİB) yaradılır.

Şərur Regional Tibb Mərkəzinin (Şərur, Kəngərli və Sədərək), Culfa Regional Tibb Mərkəzinin (Culfa, Ordubad ) və eyni zamanda Babək və Şahbuz Rayon Mərkəzi xəstəxanalarının və Naxçıvan Mərkəzi Xəstəxanasının direktor və baş həkimlərinin işdən azad olunmalarına səbəb muxtar respublikada Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) yaranmasıdır.

Həmin bu adıçəkilən xəstəxanalar Səhiyyə Nazirliyinin tərkibindən çıxaraq TMİB-in tərkibinə keçəcəklər. Hazırda təhvil-təslim işləri aparılır və bu işlər artıq yekunlaşmaq üzrədir. Məhz sənədləşmə prosesinə görə həmin direktor və baş həkimlər Səhiyyə Nazirliyində işdən azad olunaraq TMİB-də işə bərpa olunacaqlar.

Yəni həkimlər sənədləşmə işlərinin düzgün aparılması üçün Səhiyyə Nazirliyindən çıxıblar, bundan sonra onların əmək kitabçalarına Səhiyyə Nazirliyi deyil, TMİB yazılacaq", - açıqlamada qeyd olunub.

Bəs, əslində nə baş verib?

Səhiyyə Nazirliyi bu açıqlama ilə bir ildən çoxdur, davam edən qanunsuzluğu etiraf edib.

Nazirliyin açıqlamasında qeyd olunduğu kimi, muxtar respublikada TMİB yaradılmır, bu qurum artıq bir ildən çoxdur, fəaliyyət göstərir. Bu fakt onu göstərir ki, nazirlik ictimaiyyətə yalan məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyul 2023-cü il tarixli fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi yaradılıb.

Müəyyən edilib ki, “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsə ümumi rəhbərliyi Ali Məclis sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

Müşahidə Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən, səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Naxçıvan Muxtar Respublikası Komitəsinin sədrindən ibarət tərkibdə formalaşdırılmalı idi.

Tibb Müəssisələrinin İdarəetmə Birliyinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icra direktor həyata keçirməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin nizamnaməsini və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində hazırlayıb Ali Məclisə təqdim etməli idi.

Fərmanla Nazirlər Kabinetinə tapşırılmışdı ki, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyinə veriləcək dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin siyahısını Ali Məclislə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fərmandan irəli gələn vəzifələri həll etməlidi idi.

Bu fərmanın imzalanmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, mühüm dövlət sənədi “havada qalıb” və icra olunmayıb. Tibbi Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərməli olan xəstəxanalara qanunsuz şəkildə Səhiyyə Nazirliyi rəhbərlik edib. Yəni əvvəlki dövrlərdə olduğu kimi, Naxçıvan yenə “fərqlənib” və muxtar respublikada Azərbaycanın əsas hissəsindən tamamilə ayrı bir idarəçilik sistemi tətbiq olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bu il mayın 8-də keçirilən Ali Məclisin yaz sessiyasının növbəti plenar iclasındakı çıxışında bu məsələyə diqqət çəkərək deyib: “Belə yanaşma qəbuledilməzdir. Artıq 10 aya yaxındır ki, biz muxtar respublikada ən vacib sahə olan səhiyyə sahəsində idarəetməni təmin edə bilmirik. Səbəb Səhiyyə Nazirliyinin və Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Ali Məclis sədrinin fərmanını icra etməməsidir”.

Göründüyü kimi, Ali Məclisin rəhbərliyi səhiyyə sahəsində baş verənlərdən narazı və narahatlığını ifadə edib. Təəssüf ki, Ali Məclis rəhbərliyinin bu haqlı iradından sonra da Səhiyyə Nazirliyi lazımi tədbir görməyib, fərmanın icrası təmin edilməyib.

İddia olunur ki, Hesablama Palatası yoxlama zamanı bunu qüsur kimi qiymətləndirib, Səhiyyə Nazirliyinin rəhbərliyi də nəhayət fərmanı icra etməyə məcbur olub. Naxçıvanda ölkəmizin əsas hissəsindən fərqli idarəçilik sistemi tətbiq olunmasına dövlətimiz imkan verməyib, buna cəhd edənlərin isə “əməyi boşa çıxıb”.

Səhiyyə sistemindəki vəzifəli şəxslərin azad olunmasının struktur dəyişikliyi ilə izah edilməsi absurd və gülüncdür. Həmin tibb müəssisələri naziriliyin tabeliyindən çıxarılıb TMİB-ə veriləndə rəhbər vəzifəli şəxslər də yenidən təyin olunacaqdılar. Bu vəzifəli şəxslərin işdən çıxarılmasının səbəbinin belə izah olunması qanunsuzluğun ifşasıdır.

Bu, bir daha onu göstərir ki, Naxçıvanın səhiyyə sistemi biabırçı formada idarə olunur.

Bu sahədə yarıtmaz idarəçiliyin nəticəsidir ki, səhiyyə sistemi acınacaqlı vəziyyətə salınıb, muxtar respublika əhalisinin sağlamlığı təhlükə altındadır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? - NARAZILIQ VAR...
Bu gün, 03:28
"Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" - keçmiş deputat
Bu gün, 03:12
Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... - SƏBƏB
Bu gün, 03:07
İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... - SİYAHI
Bu gün, 03:05
"Evdə iydən otura bilmirik" - GİLEY
Bu gün, 03:01
"“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." - Nura Suri
Bu gün, 02:54
Kartdan karta köçürməyə QADAĞA gəlirsə... - AKTUAL
Bu gün, 02:28
Prezidentə müraciət olundu - TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 02:23
Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08
Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04
Kəndlini kənddə saxlamaq üçün: - İş, məktəb, pul, ev, əyləncə...
Dünən, 17:59
Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib - Tramp
Dünən, 17:54
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
Dünən, 17:53
"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Dünən, 17:49
Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU - TƏFƏRRÜAT
Dünən, 17:47
İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir - Pezeşkian
Dünən, 17:44
​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
Dünən, 17:42
Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib - KİV
Dünən, 17:35
Azərbaycanda 2 gəmiçilik şirkəti – BAĞLANIR
Dünən, 17:30
Onlar vəzifədən azad olundu - BUNDAN SONRA...
Dünən, 17:27
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib - TƏFƏRRÜAT
Dünən, 17:21
"Unibank"da yeni sədr təyinatı olub - FOTO
Dünən, 17:19
Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək - Elməddin Cəfərovla MÜSAHİBƏ
Dünən, 17:17
Nəriman Axundzadə Türkiyə klubuna keçir
Dünən, 17:15
Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: - Rusiyaya “Ermənistandan dərhal çıx” mesajı verildi
Dünən, 17:12
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:14
Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır - GİLEY
Dünən, 16:05
Ordumuzun polkovnikinə vəzifə veriləcək - DETALLAR
Dünən, 16:00
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - TƏFƏRRÜAT
Dünən, 15:51
İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb - MALƏSƏF...
Dünən, 15:46
Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
Dünən, 15:22
SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni AÇIQLAMA
Dünən, 15:20
Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib
Dünən, 15:12
“Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” - Sərxan Kərəmoğlu
Dünən, 13:28
"Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" - Şeyx Əbdül
Dünən, 13:25
Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 13:23
Tanınmış aktyor ADY-dan narazı qaldı: - “Yekə adamlarsız”
Dünən, 13:20
"Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ?
Dünən, 13:13
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT
Dünən, 13:00
Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi
Dünən, 12:52
Melaniya Paşinyanın mətbuat katibi təyin edildi
Dünən, 12:44
10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar - AXI NİYƏ...
Dünən, 12:42
Komitə sədri bu idarəyə rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:38
Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? - RƏSMİ İZAHAT
Dünən, 12:33
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:27
Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu - Gəncədə kuryoz hadisə
Dünən, 12:25
“Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” - Aqşin Yenisey
Dünən, 12:21
ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ – Bakının narahatlığı
Dünən, 12:19
İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur - İNCƏLƏMƏ
Dünən, 12:03
Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... - NARAZILIQ VAR...
Dünən, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru