SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... .....                     Tum aldı... içindən siqaret kötüyü çıxdı .....                     "Kapital Bank": bunlar sələmçidən də betərdilər... .....                     Həddindən artıq planlaşdırılmış uşaqlıq .....                     "Əgər "Kristal" belə bir şirkətlə əməkdaşlıq edirsə..." .....                     Ramik Əşrəfovun ört-basdır etməyə çalışdığı YAŞIL TERROR .....                     “Canlı Nostradamus”dan daha bir iddia: .....                     “A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? .....                     Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: .....                     "Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" .....                     "Plastcon Group" MMC BAĞLANDI: .....                     “Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” .....                     Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? .....                     Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? .....                     Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR? .....                     Netanyahu ilə aramızda fikir ayrılıqları olur .....                     ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? .....                     İranla Ermənistan eyni layihədə... .....                     Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib .....                     Səhiyyə Nazirliyi mebel və peyvənd alır .....                     Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? .....                     Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir .....                     Putin yeni cəbhə qurur .....                     İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? .....                     Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... .....                     “Badamlı” zavodunda oğurluq .....                     "Modenis" MMC "MPAY" MMC-yə qoşulur .....                     Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi .....                     Azərbaycana Paşinyan yox, sülh lazımdır .....                     Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı .....                     Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti .....                     Erməni millətçiliyi kartı yenidən işə salınır .....                     Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü .....                     “Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” .....                     Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil .....                     FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi .....                     Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək .....                     “Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? .....                     Nigar Fərhadın əri HƏBS EDİLDİ .....                     Abbas Əraqçi Pakistana səfər edəcək .....                 

`Texniki Universitet İŞİ` də bir ayrıca hüquqi araşdırma mövzusudur... - İTTİHAM VAR!
Tarix: 3-07-2023, 09:01 | Çap et
`Texniki Universitet İŞİ` də bir ayrıca hüquqi araşdırma mövzusudur...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də
yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində
yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar
rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir".
Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Sual oluna bilər: “Tərtər işi” adı ilə tanınan hadisələrin təhsilimizə nə dəxli var?
4-5 il əvvəl əhali arasında əvvəlcə pıçapıçla şayiələr, sonra isə daha ucadan söhbətlər
yayılmağa başladı ki, ordumuzda əsassız olaraq bir çox əsgərlər və zabit kadrlar düşmənlə əlbir
olmaqda, casusluqda, satqınlıqda, vətənə xəyanətdə günahlandırılaraq, görünməz işgəncələrə məruz
qalmış, ittiham edilərək, həbs edilmiş, müxtəlif müddətdə həbs cəzasına məhkum olunmuşlar. Hətta
işgəncələrə dözməyərək, ölənlər də olublar. Doğrusu adamın bunlara inanmağı gəlmirdi, bu
xəbərlərin düşmən şayiələri və təxribatları olmasını, ordumuzu ləkələmək məqsədi ilə yaydıqlarını
düşünürdük. Amma sonra reallıq bu şayiələrdən daha dəhşətli oldu. Müxtəlif kütləvi informasiya
vasitələrində, internet saytlarında bu hadisələr haqqında adlar göstərilməklə konkret faktlar, ayrı-
ayrı məhkəmələr və araşdırmalar haqqında məlumatlar dərc olunmağa başladı. Məlum oldu ki, heç
bir əsas olmadan öz oğullarımıza qarşı, o cümlədən 2016-cı il aprel döyüşlərinin qəhrəmanlarına
qarşı, günahsız əsgər və zabitlərimizə qarşı reallıqda daha dəhşətli ədalətsizliklər, insan ağlına
sığmayan qəddarlıqlar baş verib, onlardan 15-20 nəfəri isə hətta işgəncələrə dözməyərək, həlak
olublar. Sonra bu cinayətlər araşdırılaraq, ədalət bərpa edilib, günahsız insanlara bəraət verilərək,
həbsdən azad olunublar. Məlumdur ki, bu hadisələr indi kütləvi məlumat vasitələrində “Tərtər işi”
adı ilə adlandırılır. Aydındır ki, bu işlər elə-belə, təsadüfi, kortəbii surətdə baş verməyib, mütəşəkkil
qrup tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilib. Məqsəd isə ordumuzu zəiflətmək, onun
mübarizə əzmini və inamını qırmaq, torpaqlarımızın azad edilməsinin qarşısını almaq olub. İndi
ölkəmizdə heç kim üçün sirr deyil ki, bu mütəşəkkil cinayətkar qrupun başında kim dayanıb. Onun
ordumuzun keçmiş baş qərargah rəisi olduğu, ona göstərişlərin haradan gəldiyi, onun hansı dövlətin
siyasi maraqlarını təmsil etdiyi indi hamıya məlumdur. Onun cinayətkar əmr və göstərişlərini isə
çox yüksək səviyyəli zabitlərin yerinə yetirdiyi və onların da adları məlumdur.
Keçən müddətdə artıq bir çox digər məsələlərə də aydınlıq gəlib. Yəni müzəffər Ali Baş
Komandanın rəhbərliyi altında ordumuz 44 günlük müharibədə torpaqlarımızı azad etdikdən,
Rusiya-Ukrayna müharibəsinin artıq 16 aydır ki, davam etməsindən və demək olar ki, 3-cü Dünya
müharibəsi həddinə çatmaqda olmasından, Rusiyanın keçmiş imperiyasını bərpa etmək planlarının
aydınlaşmasından, xəyanətkar cənub qonşumuzun maskasını ataraq, əsl sifətini üzə çıxarmasından
və Azərbaycana qarşı açıq təxribatlara keçməsindən, Fransanın da ermənipərəst sifətinin aşkara
çıxmasından sonra ölkəmiz ətrafında gedən siyasi proseslərin əsl miqyası üzə çıxmışdır. İndi
aydındır ki, ölkəmizə qarşı həyata keçirilən siyasi təxribatların miqyası bizim əvvəl təsəvvür
etdiyimizdən daha genişdir və daha mütəşəkkildir. Burada əsas faktor Rusiyanın keçmiş imperiyanı
bərpa etmək yolunda sözdən işə, real addımlara – silahlı mübarizəyə keçməsidir və heç kim üçün
sirr deyil ki, ordumuzdakı sözügedən təxribatların da təşkilatçısı məhz Rusiya olmuşdur.
Həm də heç kim üçün sirr deyil ki, ölkəmizə qarşı bu siyasi təxribatlar və gizli mübarizə
yalnız hərbi və siyasi sahədə deyil, digər strateji əhəmiyyətli sahələrdə də aparılır. Həmin sahələrdə
uzun müddət bu təxribatlara və gizli mübarizəyə başçılıq etmiş, Şimal qonşumuzun gizli
maraqlarını təmsil etmiş, ölkəmizdə Rusiyanın 5-ci kolonuna rəhbərlik etmiş insanın da adı indi
hamıya məlumdur – Ramiz Mehdiyev. Ramiz Mehdiyevin uzun müddət hansı vəzifəni tutduğu və
hansı səlahiyyətlər sahibi olduğu haqqında da danışmağa ehtiyac yoxdur. O, həmin vəzifədən
kənarlaşdırılaraq, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini tutsa
da, sonra bu vəzifəni də tərk etsə də, sirr deyil ki, hələ də onun komanda üzvləri və vəzifələrə
gətirdiyi şəxslər müxtəlif strateji əhəmiyyətli strukturlarda səlahiyyət sahibidirlər və Şimal
qonşumuzun maraqlarını təmsil etməkdə davam edirlər".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Qeyd: DİA.AZ-dan yazı oğurlayanda çalışın Allah görməsin...







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... - İLGİNC İDDİALAR
Bu gün, 08:03
Tum aldı... içindən siqaret kötüyü çıxdı - FOTO
Bu gün, 07:53
"Kapital Bank": bunlar sələmçidən də betərdilər... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:46
Həddindən artıq planlaşdırılmış uşaqlıq - AKTUAL
Bu gün, 07:35
"Əgər "Kristal" belə bir şirkətlə əməkdaşlıq edirsə..." - İctimai fəaldan şikayət
Bu gün, 07:23
Ramik Əşrəfovun ört-basdır etməyə çalışdığı YAŞIL TERROR - BU DA FAKT...
Bu gün, 07:12
“Canlı Nostradamus”dan daha bir iddia: - Yeni müharibə olacaq
Bu gün, 07:02
“A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? - Qubada tikinti özbaşınalığı
Bu gün, 06:56
Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
Bu gün, 06:49
"Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" - ETİRAZ
Bu gün, 06:44
"Plastcon Group" MMC BAĞLANDI: Dövlətə 60 min manatdan çox MALİYYƏ YÜKÜ QALDI
Bu gün, 06:22
“Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” - deputat
Bu gün, 06:20
Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? - GƏLİŞMƏ
Bu gün, 06:17
Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? – Hərbi ekspert səbəbləri açıqladı
Bu gün, 06:14
Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:12
Netanyahu ilə aramızda fikir ayrılıqları olur - Vens
Bu gün, 06:05
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
Bu gün, 06:02
İranla Ermənistan eyni layihədə... - GƏLİŞMƏ
Bu gün, 05:59
Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib - KİV
Bu gün, 05:57
Səhiyyə Nazirliyi mebel və peyvənd alır – 2.7 milyon xərclənəcək
Dünən, 18:03
Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? - AKTUAL
Dünən, 18:02
Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir
Dünən, 17:55
Putin yeni cəbhə qurur - Azərbaycanın adı...
Dünən, 17:40
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Dünən, 17:34
Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
Dünən, 17:23
“Badamlı” zavodunda oğurluq - Pulları götürən öz əməkdaşı imiş
Dünən, 17:19
"Modenis" MMC "MPAY" MMC-yə qoşulur
Dünən, 17:12
Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi
Dünən, 17:11
Azərbaycana Paşinyan yox, sülh lazımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı
Dünən, 17:02
Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
Dünən, 16:59
Erməni millətçiliyi kartı yenidən işə salınır - Politoloq
Dünən, 16:48
Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü - dövlətlə HALALLAŞMAQ yoxdur?
Dünən, 16:45
“Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” - ETİRAZ VAR...
Dünən, 16:41
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
Dünən, 16:40
FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi - DETALLAR
Dünən, 16:37
Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək - YIĞINCAQ
Dünən, 16:35
“Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? - Xalq artistindən cavab
Dünən, 16:32
Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO
Dünən, 16:29
Abbas Əraqçi Pakistana səfər edəcək - “The Nations”
Dünən, 16:22
Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: - Fələstin Tehranın gündəmində qalır
Dünən, 15:30
Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub
Dünən, 15:09
General rəisi vəzifəsindən azad etdi - BUNDAN SONRA...
Dünən, 15:08
TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı - REAKSİYA
Dünən, 13:09
Dövlət Agentliyinin Kommunikasiya şöbəsinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:05
Qatarla hər gün orta hesabla 141 azərbaycanlı turist Gürcüstana gedib
Dünən, 13:02
Pandemiyadan sonra biletlərin qiymətini qaldırdıq - İlqar Mustafayevin MƏHKƏMƏSİ
Dünən, 13:00
Məhəmməd Salah "Trabzonspor" formasını geyindi - FOTO
Dünən, 12:57
Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
Dünən, 12:53
Veysəloğlu MMC-nin "Dost Əllər" layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru