Putinin Ukraynadan sonrakı ŞOK planı .....                     Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb .....                     "Qeyri-peşəkar xidmət göstərilir.." .....                     SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... .....                     Tum aldı... içindən siqaret kötüyü çıxdı .....                     "Kapital Bank": bunlar sələmçidən də betərdilər... .....                     Həddindən artıq planlaşdırılmış uşaqlıq .....                     "Əgər "Kristal" belə bir şirkətlə əməkdaşlıq edirsə..." .....                     Ramik Əşrəfovun ört-basdır etməyə çalışdığı YAŞIL TERROR .....                     “Canlı Nostradamus”dan daha bir iddia: .....                     “A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? .....                     Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: .....                     "Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" .....                     "Plastcon Group" MMC BAĞLANDI: .....                     “Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” .....                     Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? .....                     Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? .....                     Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR? .....                     Netanyahu ilə aramızda fikir ayrılıqları olur .....                     ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? .....                     İranla Ermənistan eyni layihədə... .....                     Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib .....                     Səhiyyə Nazirliyi mebel və peyvənd alır .....                     Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? .....                     Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir .....                     Putin yeni cəbhə qurur .....                     İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? .....                     Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... .....                     “Badamlı” zavodunda oğurluq .....                     "Modenis" MMC "MPAY" MMC-yə qoşulur .....                     Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi .....                     Azərbaycana Paşinyan yox, sülh lazımdır .....                     Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı .....                     Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti .....                     Erməni millətçiliyi kartı yenidən işə salınır .....                     Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü .....                     “Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” .....                     Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil .....                     FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi .....                     Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək .....                 

Oqtay Şirəliyevin LAYİQLİ DAVAMÇISI... - Naziri tay niyə dəyişirdilər ki...
Tarix: 6-06-2023, 08:24 | Çap et
Oqtay Şirəliyevin LAYİQLİ DAVAMÇISI...
Ölkədə ürək xəstəliklərinin müalicəsi ilə məşğul olan elm ocağında - Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürəkağrıdan durum yaranıb.

İllərdir ki, burada saç ağardan həkimlər, elmi işçilər, professorlar az qala özləri ürək xəstəliklərinə mübtəla olublar.

Buna səbəb isə 2018-ci ildə İnstituta direktor təyin olunan Gülnaz Dadaşovanın bu elm ocağına gətirdiyi "islahatlar", yeni "qanunlar"dır.

Bəs bu "qanunlar" nədən ibarətdir?

Həkimlərin bildirdiyinə görə, Gülnaz Dadaşovanın "yeni strategiyası" heç də Kardiologiya İnstitunun elmi reytinqini qaldırmaq, burada göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltmək, tibbi personal üçün normal iş atmosferi yaratmaq, bu vacib səhiyyə ocağının maddi- texniki bazasını genişləndimək deyil.

Nə məsələdirsə, direktor bu sadaladıqlarımızın tamamilə əksinə hərəkət edir. Əlbəttə, kimlərsə bunu ümumi sözlər, hətta qərəzli mövqe kimi qəbul edə bilər. Lakin faktlara nə deyirsiniz? Özü də hazırda bu institutda çalışan, yaxud min bir hiylə ilə oradan uzaqlaşdırılan nüfuzlu alimlərin, professorların açıqladığı faktlara?

Gəlin, onların dediklərinə diqqət yetirək. Məsələn, 20 ilə yaxın Kardiologiya İnstitutunda çalışan professor Elman Ələkbərovun. İnstitut rəhbərliyi onun icbari tibbi sığorta ilə işləmək istəməməsi səbəbindən öz istəyi ilə işdən ayrıldığını bildirib.

Bəs Elman Ələkbərov nə deyir?

O, doğrudanmı, respublikadakı ən böyük infarkt şöbəsinin rəhbərliyindən yalnız bu səbəbə görə gedib?

Elman müəllim bu yaxınlarda Mediçina.az saytına verdiyi müsahibəsində bu barədə bunları deyib: "Heç vaxt işimdən, yerimdən narazı olmamışam. Amma son 2 ildə infarkt şöbəsinin rəhbəri kimi tematik xəstələri qəbul etməyə və elmi işləri aparmağa şərait yox idi. Bizi birinci mərtəbəyə endirib, bir otağa salıb dedilər ki, bütün xəstələri qəbul edəcəksiniz.

Kiçik, dar otaqda 6 həkimin hərəsi bir gündə 30 xəstə qəbul edirdi. Ağız deyəni qulaq eşitmirdi. Biz adi kardioloq həkim deyilik, Elmi-Tədqiqat İnstitutu da poliklinika deyil. Nə yaşıma, nə titullarıma, nə elmi adma hörmət qoyurdular. Dünyanın harasında belə bir sistem var? Elmi Şuranın professoru xəstənin birini 1 manat 20 qəpikdən qəbul etməməlidir.

Çox basırıq idi, xəstələr qapını itələyib açırdılar, bizim elmi işlə məşğul olmağa vaxtımız olmurdu. Mən də bir neçə dəfə məsələni direktora dedim. Gah dedi ki, göstəriş Səhiyyə Nazirliyindən gəlib, sonra TƏBİB-in üstünə atdı. Sonra dedi, İcbari Tibbi Sığorta belə deyir ki, pandemiyadır, düzələr, bir az dözün. Mən öz şəxsiyyətimə hörmət edən adamam.

Bir müddət səbr etdim, sonra gördüm ki, yox, şərait yoxdur və olmayacaq. Ona görə ərizəmi yazdım. Həqiqəti deyirəm, sıxışdırma olmadı, məni saxlamaq istədilər. Kim məni çıxara bilər? Hətta ərizəmi yubatdılar. Amma özləri elə şərait yaratdılar ki, gedək. Elə yerdə işləmək mənə yaraşmazdı. Söz də demək olmur. Hamı özünü ağıllı hesab edir".

Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Elman müəllim yaradılan dözülməz şəraitə tab gətirməyib İnstitutdan ayrılan yeganə elmi işçi deyil. Kardiologiya İnstitunun bir neçə peşəkar mütəxəssisi "Burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə işləyən Gülnaz Dadaşovanın despotik idarəçiliyinə dözməyərək, iş yerlərini dəyişməyə məcbur olublar.

Qalanlar isə özlərini alim, elmi işçi, həkim kimi deyil, xüsusi rejimli düşərgədəki məhbuslar kimi hiss edirlər. Hətta 22 ildir ki, burada çalışan, Pribaltikada təhsil alan, Riqa Elmlər Akademiyasında və Rusiyada işləmiş kəskin miokardlar üzrə mütəxəssis, reanimatoloq Nurlana Rüstəmova Bakupost.az-a açıqlamasında "İnstitutda alimlərin özlərini qul kimi hiss etdiklərini" bildirib:

"Həkim və elmi işçi kimi hüquqlarımız tapdalanır. Biz özümüzü həkim və alim kimi hiss etmirik. O həkimlik qüruru, ləyaqəti, rahatlığı yoxdur. Özümüzü qul kimi hiss edirik.

Bizim elmi şöbəmizdə heç kimə tematik xəstə verilmir. İnstitut elə bil bazardır. Adi klinik xəstəxana kimi fəaliyyət göstərir.

Əvvəl işə sevinə-sevinə, qürurla gedirdiksə, indi səhər açılanda xofla, stresslə gəlirik ki, bu gün nə eşidəcəyik. Təsəvvür edin, reanimasiya işçisinə də töhmət verirlər. Onun işi onsuz da gərgindir. Deyirlər, sənin nə xidmətin var? Neynəmisən? İnsan 20 ildir reanimasiyada işləyib. Bu xidməti bilməyən, elmi işçi ilə həkimi ayırmayan insandan nə gözləmək olar?

Direktor bütün bu təzyiqləri adamları vasitəsilə etdirir. Özü heç kimlə üz-göz olmur. Onun qəbuluna düşmək mümkün deyil. Gedirsən, gah yoxdur, gah deyirlər, "adam var, get, sonra gəl”. Hamını süründürür. Təkcə məni yox, məndən də qocaman, üstün professorları gözlədir.

5 dəqiqəlik görüşlərdə hər kəs ürək sözünü deyə bilmir. Çünki bilir ki, dinləyən olmayacaq. İnsanlar qorxusundan bilmir, nə etsin. Çünki bu 4 il ərzində o qədər insanlar işdən çıxmağa məcbur edilib ki..."

Gülnaz Dadaşovanın İnstituta gətirdiyi "yeniliklər"dən biri də elmi işçilərin kabinetlərini palataya çevirməsi olub. Nurlana Rüstəmova da bunu etiraf edib:

"Heç nə yaxşılığa doğru dəyişməyib. Kabinetləri palata ediblər. Bütün şöbələrdən fond pulu toplanır. 4-5 ay əvvələ qədər bizim şöbədən də fond pulu yığılırdı. Guya əyər-əskikləri düzəldəcəklər. O boyda institutun pulu yoxdur? Amma yenə də tualet yox, palatalar bərbad, pəncərə qulpları qırıq, kondinsioner yox, sabunu xəstə gətirir, tualet kağızı yox, salfet yox. Lampanı güclə dəyişirlər. Hətta bəzən həkimlərə deyirlər ki, hər xəstə üçün fonda 5 manat pul ödənməlidir, tualeti təmir edirlər. Elə bilin ki, orta məktəb kimi. Mən deyərdim, ondan da betər, kənd xəstəxanası kimi. Həkimlər üzünə üz bağlayıb, xəstəyə deyir ki, 5 manat ver. Deyə bilməyən cibindən verir. Kardiologiya İnstitutunda elm adına bir şey qalmayıb. Adi xəstəxanadır, elm adı ilə maskalanıb".

Bütün bunlar Kardiologiya İnstitutu işçilərinin mətbuata açıqlamalarının çox cüzi bir hissəsidir. Bundan daha kəskin tənqidlər son 5 ildə dəfələrlə Kardilogiya İnstitunun dəhlizlərində, kabinetlərdə, Elmi Şurada baş verib. Hətta elmi işçilərin hüquqlarının pozulması, işdən qanunsuz çıxarılma ilə bağlı məhkəmə çəkişmələri belə baş verib.

Daim pressinq altında olan işçilərin bir qismi Səhiyyə naziri Teymur Musayevə rəsmi müraciət də ünvanlayıblar.

Müraciətin aqibətinin necə sonuclandığı isə çox maraqlıdır.

Mediada gedən yazılar və Kardiologiya İnstitunun əməkdaşlarının müraciətindən sonra Səhiyyə naziri Teymur Musayev Kardiologiya İnstituna yoxlama komissiyası göndərilib.

Məlumatlara görə, on günə yaxın davam edən yoxlamalar zamanı İnstitutdakı nöqsanlarla bağlı səsləndirilən fikirlərin böyük əksəriyyəti təsdiqini tapıb. Lakin nədənsə Səhiyyə Nazirliyi bu yoxlamaların nəticəsini açıb-ağartmayıb. Müraciət edən KİV-lərə isə bunun "planlaşdırılmış daxili monitorinq" olduğu bildirilib.

Hətta bu yoxlamalardan sonra da Gülnaz Dadşova öz qanunsuz əməllərini dayandırmayıb. Belə ki, İnstitutda VİP palatalar yaradan və onları günü 40-50 manatdan olmaqla imkanlı xəstələrə verən direktor Səhiyyə Nazirliyinin yoxlamaları zamanı bu qanunsuzluğa müvəqqəti fasilə versə də, hazırda həmin palataların yenidən fəaliyyət göstərdiyi bildirilir.

Məlumata görə, yoxlamalardan sonra Gülnaz Dadaşova bu "əməliyyatı" müvafiq şöbələrin həkimləri vasitəsilə həyata keçirir. İnstitut rəhbərinin təkcə bu palatlardan ayda 7-10 min manat arasında xalis qazanc əldə etdiyi bildirilir.

Nurlana Rüstəmovanın dediyi "fond pulu" əməliyyatı da yoxlamalardan sonra davam etdirilir. Məlumatlara görə, elə bu yaxınlarda xəstələr üçün göndəriş talonlarının çap edilməsi məqsədilə institutda həkimlərdən 10 manatdan pul toplanılıb. Halbuki institut dövlət büdcəsindən maliyyələşir və bu məqsədlə dövlət özü pul ayırır. Bəs, o zaman Gülnaz Dadaşova nədən gah tualet təmiri, gah hansısa blankları çap etmək üçün həkimlərdən fond pulu yığır.

Ümumiyyətlə, o, bu və digər qanunsuzluqları kimə arxayın olaraq həyata keçirir? Səhiyyə naziri Teymur Musyaev niyə həyatının xeyli hissəsini Kardiologiya İnstituna həsr edən professorlarin şikayətlərini görməzdən gəlir?

Görünür, bunun səbəbini 5 il əvvəl Gülnaz Dadaşovanın Kardiologiya İnstituna necə direktor təyin olunmasında axtarmaq lazımdır. Belə ki, KİV-də yayılan məlumatlara görə, Gülnaz Dadaşova keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev ilə "qudalıq” münasibətlərindən yaralanaraq bu məqama yüksəlib:

"Gülnaz Dadaşova ”Sobsan” boya şirkətinin rəhbəri Cavid bəyin əmisi qızıdır.

Sabiq nazir O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da "Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə, sabiq nazir qohumluğu daha da möhkəmləndirmək üçün Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolunu ağ rəngə boyayıb".

Belə çıxır ki, keçmiş nazir Oqtay Şirəliyev indiki nazir Teymur Musayev üzərində hələ də təsirini saxlayır?

Bunu iddia edə bilməsək də, hər halda nazir Kardiologiya İnstitunda baş verən nöqsanlarla əlaqədar tədbir görmək əvəzinə, bu günlərdə G.Dadaşovanın təyinatının müddətini uzatmaq barədə əmr imzalayıb.

Məsud Turan
//arqument.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!
Bu gün, 08:19
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Bu gün, 08:17
"Qeyri-peşəkar xidmət göstərilir.." - burda pullar yoxa çıxır...
Bu gün, 08:11
SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... - İLGİNC İDDİALAR
Bu gün, 08:03
Tum aldı... içindən siqaret kötüyü çıxdı - FOTO
Bu gün, 07:53
"Kapital Bank": bunlar sələmçidən də betərdilər... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:46
Həddindən artıq planlaşdırılmış uşaqlıq - AKTUAL
Bu gün, 07:35
"Əgər "Kristal" belə bir şirkətlə əməkdaşlıq edirsə..." - İctimai fəaldan şikayət
Bu gün, 07:23
Ramik Əşrəfovun ört-basdır etməyə çalışdığı YAŞIL TERROR - BU DA FAKT...
Bu gün, 07:12
“Canlı Nostradamus”dan daha bir iddia: - Yeni müharibə olacaq
Bu gün, 07:02
“A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? - Qubada tikinti özbaşınalığı
Bu gün, 06:56
Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
Bu gün, 06:49
"Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" - ETİRAZ
Bu gün, 06:44
"Plastcon Group" MMC BAĞLANDI: Dövlətə 60 min manatdan çox MALİYYƏ YÜKÜ QALDI
Bu gün, 06:22
“Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” - deputat
Bu gün, 06:20
Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? - GƏLİŞMƏ
Bu gün, 06:17
Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? – Hərbi ekspert səbəbləri açıqladı
Bu gün, 06:14
Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:12
Netanyahu ilə aramızda fikir ayrılıqları olur - Vens
Bu gün, 06:05
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
Bu gün, 06:02
İranla Ermənistan eyni layihədə... - GƏLİŞMƏ
Bu gün, 05:59
Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib - KİV
Bu gün, 05:57
Səhiyyə Nazirliyi mebel və peyvənd alır – 2.7 milyon xərclənəcək
Dünən, 18:03
Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? - AKTUAL
Dünən, 18:02
Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir
Dünən, 17:55
Putin yeni cəbhə qurur - Azərbaycanın adı...
Dünən, 17:40
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Dünən, 17:34
Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
Dünən, 17:23
“Badamlı” zavodunda oğurluq - Pulları götürən öz əməkdaşı imiş
Dünən, 17:19
"Modenis" MMC "MPAY" MMC-yə qoşulur
Dünən, 17:12
Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi
Dünən, 17:11
Azərbaycana Paşinyan yox, sülh lazımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı
Dünən, 17:02
Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
Dünən, 16:59
Erməni millətçiliyi kartı yenidən işə salınır - Politoloq
Dünən, 16:48
Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü - dövlətlə HALALLAŞMAQ yoxdur?
Dünən, 16:45
“Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” - ETİRAZ VAR...
Dünən, 16:41
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
Dünən, 16:40
FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi - DETALLAR
Dünən, 16:37
Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək - YIĞINCAQ
Dünən, 16:35
“Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? - Xalq artistindən cavab
Dünən, 16:32
Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO
Dünən, 16:29
Abbas Əraqçi Pakistana səfər edəcək - “The Nations”
Dünən, 16:22
Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: - Fələstin Tehranın gündəmində qalır
Dünən, 15:30
Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub
Dünən, 15:09
General rəisi vəzifəsindən azad etdi - BUNDAN SONRA...
Dünən, 15:08
TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı - REAKSİYA
Dünən, 13:09
Dövlət Agentliyinin Kommunikasiya şöbəsinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:05
Qatarla hər gün orta hesabla 141 azərbaycanlı turist Gürcüstana gedib
Dünən, 13:02
Pandemiyadan sonra biletlərin qiymətini qaldırdıq - İlqar Mustafayevin MƏHKƏMƏSİ
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru