DOST Agentliyinin TENDERYEYƏN "dostu"... .....                     Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... .....                     “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi .....                     Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır .....                     Xocavənddə traktor minaya düşdü .....                     8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür .....                     Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? .....                     “Qala Sığorta”da 19 milyon manatlıq azalma .....                     Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: .....                     ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır .....                     Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb .....                     Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı .....                     ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə .....                     Sülh prosesində hələ son mərhələyə çatmamışıq .....                     Dünya bazarlarında neft bahalaşıb .....                     Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA .....                     Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... .....                     Eyfel qülləsindən xaricdə təhsilə: .....                     "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." .....                     NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR .....                     “Nüvə baharı” başlayır? .....                     Başçı Gəncənin BAŞINI BURAXIB... .....                     Bərdədə baş həkim QOÇULUQ EDİR .....                     Elnur Baimov mövqeyini dəyişir? .....                     AAYDA-nın tərəzi məntəqələrindən şikayət .....                     Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN .....                     ADY qatarlarında naməlum QİDALAR .....                     Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... .....                     Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir .....                     Dollarımız aşıb-daşır .....                     "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var .....                     Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur .....                     Pensiya ilə bağlı gözlənilən qərar .....                     Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu .....                     Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi .....                     Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                 

“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar” - QALMAQAL
Tarix: 20-08-2020, 09:36 | Çap et
“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar”
“Halal pulumla torpaq sahəsi alıb, əziyyətlə üzərində obyekt tikmişdim. 3 il əvvəl icra məmurları gəlib kottecləri möhürlədilər. 3 ildir ki, obyektə yaxın gedə bilmirəm, məhkəmə yollarında qalmışam”. DİA.AZ-ın məlumatına görə, Masallı rayonu, Qəriblər kəndinin sakini İlqar İmamyarov iddia edir ki, ona məxsus olan və elə həmin kəndin ərazisində fəaliyyət göstərən istirahət mərkəzi əlindən alınıb.

İlqar İmamyarov deyir, 2007-ci ildə yaxın qohumları olan İldırım Allahyarov və Xudayar İmamyarov ona meşə zolağında 87 min manata 1 hektar torpaq sahəsi satıb. O da həmin torpaq sahəsində yüngül konstruksiyalı evlərdən, ofisdən və mətbəxdən ibarət istirahət mərkəzi yaradıb. 2017-ci ildən obyektə yaxın düşə bilmir. Narazı vətəndaş problemin səbəblərindən özü danışır: “O vaxt mənə müvəqqəti olaraq alqı-satqı müqaviləsi verdilər, notarial qaydada təsdiqlənmiş müqavilə... Dedilər ki, torpaq sahəsi bankda girovdadır, kredit çəkmişik, 6 aydan sonra krediti bağlayıb torpağı girovdan çıxaracağıq. Onda torpaq sənin adına keçəcək. 6 ay ötdü, vaxtın tamamında sənədi tələb edəndə, sənəd təqdim edə bilmədilər. Elə həmin vaxt mənə aydın oldu ki, torpaq sahəsi onların şəxsi mülkiyyəti olmayıb, məni aldadıblar, sahə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır. Masallının Meşə İdarəsinin müdiri ilə danışdılar ki, mənə həmin ərazi üçün sənəd versin. O da mənə həmin əraziyə görə Masallı Rayon Meşə İdarəsinin adından müqavilə verdi. Həmin sənəddən sonra hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqaviləni təzələyirdim. Ərazidə 300 min manatlıq əmlak tikdim, ailəvi istirahət mərkəzi yaratdım, 10 ilə yaxın istifadə etdim. 83 nəfərin imzası ilə akt da var ki, o kottecləri orada mən tikdirmişəm və istifadə etmişəm. Həmin imzalar arasında ərazinin bələdiyyə sədrinin, rayonun Ağsaqqallar Şurasının sədrinin də imzası var”.

İlqar İmamyarovun sözlərinə görə, obyektin yaxınlığında fəaliyyət göstərən “Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası”nın sahibi İldırım Allahyarov (torpağı ona satan şəxs) 2017-ci ildə Masallı Rayon Məhkəməsinə müraciət edib: “Bu torpağı mənə satan yaxın qohumum İldırım Allahyarovun istirahət mərkəzi həmin torpağın qonşuluğunda yerləşir Ekologiya və Təbii Sərvətlər Nazirliyi mənə sahənin cizgilərini çəkib sənəd şəklində vermişdi və bildirmişdi ki, bu ərazinin “İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası”na aidiyyəti yoxdur. Bu ərazi sənin istifadənə verilib və heç kim bu əraziyə iddia edə bilməz. Mən qurduğum istirahət mərkəzini 10 il işlətdikdən sonra torpağa iddia etməyə başladı. Məni məhkəməyə verdi, iddia qaldırdı ki, guya bu ərazi ona məxsusdur, ərazinin məndən alınaraq ona qaytarılması tələbini qoydu. Halbuki, hakim də görürdü ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ilbəil müqaviləni təzələmişəm, müqavilələr üzrə ödənişlər etmişəm. Torpağı mənə 2007-ci ildə satan İldırım Allahyarov bundan 4 il sonra - 2011-ci ildə həmin torpağa görə saxta Çıxarış əldə etmişdi. Sənədin saxta olduğu göz qabağında idi, təqdim etdiyi heç bir sənədin kökü yoxdur, buna baxmayaraq hakim gözünü kor, qulağını kar eləyib onun xeyrinə qərar çıxartdı. 2017-ci ilin mayında icra məmurları gəlib obyektimi möhürlədi, o vaxtdan istifadə edə bilmirəm”.

3 il əvvəl “Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası” MMC Masallı Rayon Məhkəməsində İlqar İmamyarovun məhdud məsuliyyətli cəmiyyətinə məxsus istirahət evlərini zəbt etməsinə dair iddia qaldırıb. İddia təmin olunub. İlqar İmamyarovun məhkəmə qətnaməsdinin ləğv edilməsi üçün apelyasiya şikayəti verib, təmin olunmayıb.

Ötən il isə İlqar İmamyarov Şirvan İnzibati-İqtisadi Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia qaldırıb. İdarə tərəfindən “Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası” MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini tələb edib. Lakin bu iddia da təmin olunmayıb.

İlqar İmamyarov deyir, ərazidən istifadə etmədiyinə görə, ərazidəki əmlak da sıradan çıxıb: “Mən o istitarəht mərkəzini yaratmaq üçün atamın maşınını satmışdım, Bakıdakı əmlakımı satmışdım... Təzə işıq transfotmatoruna bir ətək pul vermişdim, baxımsızlıqdan sıradan çıxır, kotteclər dağılır, prezident sahibkarlara dəstək üçün hər cür imkan yaradır, ancaq məhkəmələr kökü olmayan, saxta sənədlərə əsaslanıb çıxardıqları qətnamələrlə sahibkarın əlini-qolunu qırır. Bu istirahət mərkəzindən xeyli insan evinə çörək aparırdı, o insanlar da 3 ildir işsiz qalıb. 3 ildə əldən çıxan mənfəət, əmlaklarıma dəyən zərər yüz minlərlə manatdır. Bunu mənə kim ödəyəcək? Əziyyətlə iş qur, xeyli insana iş yeri aç, çörək ver, axırda gəlib sənə elə bir zərbə vursunlar ki, ayağa qalxa bilməyəsən...”

Masallı Rayon İcra Hakimiyyətindən, o cümlədən, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən iki vətəndaş arasında mübahisəli predmet kimi təqdim olunan torpaq sahəsinin dövlət mülkiyyəti olduğu bildirilib. Məhkəmələr davam etdiyi üçün rəsmi qurumlar əlavə məlumat verməyib və məhkəmələrin nəticəsini gözləməyi məsləhət görüb.

“Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası” MMC ilə əlaqə saxlamaq mümkün olmasa da, məhkəmə sənədlərindəki tələblərindən görünür ki, MMC torpaq sahəsinin İlqar İmamyarov tərəfindən zəbt olunduğunu idda edib. MMC-nin direktoru Taleh Allahyarov məhkəməyə verdiyi iddiasında mübahisəli ərazinin MMC-yə aid olmasını bildirməklə yanaşı, İlqar İmamyarovdan ərazidən qanunsuz tikintilər aparıb illərlə istifadə etdiyini səbəb gətirərək təzminat da tələb edib. Məhkəmə iddianın təzminat hissəsini təmin etməyib, ərazi ilə bağlı tələbi isə təmin edib. İlqar İmamyarun Masallı Rayon Məhkəməsinin Qətnaməsindən apelyasiya şikayəti verib. Yaxın vaxtlarda şikayətə Şirvan Apelyasiya Məhkəməsində baxılacaq.

“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar”
“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar”
“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25
Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40
ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30
"Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01
Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58
"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54
Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51
Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru