DOST Agentliyinin TENDERYEYƏN "dostu"... .....                     Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... .....                     “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi .....                     Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır .....                     Xocavənddə traktor minaya düşdü .....                     8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür .....                     Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? .....                     “Qala Sığorta”da 19 milyon manatlıq azalma .....                     Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: .....                     ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır .....                     Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb .....                     Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı .....                     ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə .....                     Sülh prosesində hələ son mərhələyə çatmamışıq .....                     Dünya bazarlarında neft bahalaşıb .....                     Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA .....                     Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... .....                     Eyfel qülləsindən xaricdə təhsilə: .....                     "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." .....                     NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR .....                     “Nüvə baharı” başlayır? .....                     Başçı Gəncənin BAŞINI BURAXIB... .....                     Bərdədə baş həkim QOÇULUQ EDİR .....                     Elnur Baimov mövqeyini dəyişir? .....                     AAYDA-nın tərəzi məntəqələrindən şikayət .....                     Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN .....                     ADY qatarlarında naməlum QİDALAR .....                     Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... .....                     Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir .....                     Dollarımız aşıb-daşır .....                     "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var .....                     Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur .....                     Pensiya ilə bağlı gözlənilən qərar .....                     Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu .....                     Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi .....                     Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                 

Saleh Məmmədovun qudası nə vaxtdan yol tikinti mütəxəssisi olub? - İLGİNC
Tarix: 6-08-2020, 09:09 | Çap et
Saleh Məmmədovun qudası nə vaxtdan yol tikinti mütəxəssisi olub?
...Bir neçə gün öncə dövrü mətbuatda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevə məxsus olduğu iddia edilən çoxmilyonluq varidatın siyahısı yayılmışdı. Qeyd edək ki, Əvəz Qocayevin var dövləti barədə elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumat tapmaq olar. Yəni, demək istəyirik ki, bu bir yenilik deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yüksək vəzifə tutan, rəhbər heyətdə çalışanların hansı bu kimi imkanlara malik deyil?

Məsələ Əvəz Qocayevin malik olduğu sərvətdə deyil, qurumun rəsmi şəxsləri arasında baş verən və baş verməkdə davam edən soyuq müharibənin artıq mətbuat müstəvisinə çıxarılmasındadır. Burada çox maraqlı bir sual yaranır - niyə AAYDA sədri Saleh Məmmədovun deyil, məhz onun birinci müavininin varidatının çox olduğu xüsusilə gündəmə gətirilir? Var dövlətə gəldikdə Əvəz Qocayev ömrü boyu müavin vəzifəsində olub. Saleh Məmmədov isə 1995-ci ildə 2015-ci ilə “Azəryolservis”ASC də ayrı-ayrı Yol İstismar İdarələrinin rəisi işləyib və Cavid Qurbanovu əvəz edərək artıq 5-ci ildir ki, böyük bir dövlət qurumunun sədri vəzifəsini daşıyır. Çalışdıqları vəzifələrə baxdıqda, kimin daha çox var-dövləti olar? Sədrin isə Əvəz Qocayev kimi bir yox, bir neçə müavini olur. Doğrudanmı, AAYDA sədri və onun digər müavinləri Əvəz Qocayevə baxanda çox “kasıb”dırlar?

Əslində bu gün AAYDA-da nələrin baş verdiyini, burada hansı intiqraların getdiyini heç kim bilmir. Saleh Məmmədov agentliyə sədr təyin olunanadan hər şeyə müxtəlif vəzifələrə yerləşdirdiyi yaxın adamlarının vasitəsi ilə nəzarət edir. AAYDA-da bu gün yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə ayrılan dövlət vəsaitlərinin bölüşdürülməsi üstündə əsl mübarizə gedir. Saleh Məmmədov təmirə, yenidənqurmaya ehtiyacı olan yollara həmən pul ayırmır. Qeyd edək ki, burada dövlət vəsaitinə qənaətdən söhbət getmir. Söhbət Saleh Məmmədova yaxın adamların asanlıqla dövlət sifarişləri ala bilmələrindən gedir. Məsələn, AAYDA-da struktur dəyişikləri edildikdən sonra tabeliyində 100-dən çox MMC yaradılıb. Bu gün bu MMC-lərin böyük əksəriyyəti işsiz kimi qalaraq, ancaq dövlət vəsaitləri hesabına yerli əhəmiyyətli yolları süpürürlər. Amma burada Saleh Məmmədovun yaxın adamlarına yolların çəkilməsində iştirak etməyə, şərikinə pul qazanmağa işlər kifayət qədərdir.

Sual olunur: rayonlarda çəkilən yollar nə üçün bütün rayon Yol İstismar İdarələrinə şamil edilmir? Nə üçün Saleh Məmmədova yaxınlığı ilə tanınan, daim sifariş alan bir neçə Yol İstismar İdarələrindən başqa digər qurumlara da bu şərait yaradılmır?

Saleh Məmmədovun qudasının yol tikintisi...

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Saleh Məmmədova yaxın adamların əli ilə idarə olunur. AAYDA Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımov sədr Saleh Məmmədovun qudasıdır. Saleh Məmmədov bir çox böyük layihələrə rəhbərliyi məhz Əflatun Qasımova həvalə edir. Niyə? Təkcə onu demək kifayət edir ki, Əflatun Qasımov son 5 ildə Bibiheybət yolunun 3 dəfə üçması nəticəsində milyonlarla manat dövlət vəsaitini təyinatından kənarlaşdırıb. Kənarlaşdırmayıbsa, onda bu yol niyə uçub? Və hələ də uçur?...

AAYDA-nın Aparat rəhbəri Tariyel Pənahov da bu qurumda aparıcı şəxslərdəndir... Daha doğrusu, Saleh Məmmədova ən yaxın şəxslərdən biridir. Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev də AAYDA sədrinə lap yaxınlığı ilə tanınan şəxslərdəndir. Onu xüsusilə qeyd etmək lazımdır ki, qurumda adıçəkilən hər bir aparıcı şəxsin öz gəlir mənbəyi var. Amma bizə verilən məlumatlara görə, hətta ən aparıcı şəxslər belə, bu gün agentlikdə Müseyib Həmzəyevin əlinə baxır.

Bəs Müseyib Həmzəyev əslində kimdir?

Müseyib Həmzəyev sədr Saleh Məmmədovun bütün maliyyə sövdələşmələrini, xarici ölkələrə transferlərini həyata keçirən bir şəxsdir. Məlumatlara görə bu təcrübəyə o, vaxtı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də Maliyyə İdarəsinin müdiri işləyərkən yiyələnib. Məlumatlara görə onun ofşorlarda yaxşı əlaqələri var və lazımi pulları xarici ölkələrdə leqallaşdıra biləcək 3-5 nəfərdən biridir. Adətən hər yeni təyin olan nazir özünə komanda toplayır və maliyyə işini də öz yaxınına etibar etdiyi şəxsə həvalə edir. Bəs Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kimi bir qurumun maliyyə məsələlərini Müseyib Həmzəyevə necə və niyə həvalə edə bilib? Bu gün onun Saleh Məmmədovun yanında yer almasının birinci səbəbi məhz yaxşı pul silə bilmək qabiliyyətinin olmasıdır.

AAYDA-nın milyonçu rəhbərlərinin var-dövləti, xarici ölkələrdəki sərvətləri barədə problemlər yazılanda Müseyib Həmzəyevin adı nədən heç yerdə hallanmır? Təbii ki, hər yerdə birinci şəxsin adı çəkilir. Amma bu birinci şəxslə bərabər bütün maliyyə sənədlərinə imza atan ikinci şəxs, məhz maliyyə idarələrinin rəisləri olur ki... Məlumat üçün qeyd etmək istərdik ki, Müseyib Həmzəyev AAYDA-da fəaliyyətə başlayandan bu günə kimi audit yoxlamalarından yüksək rəylər alıb. Kimin sayəsində? Yəni, sözügedən qurumun maliyyə-təsərrüfat işlərində il ərzində heç bir qanunsuzluğa yol verilmədiyi, hər şeyin şəffaf, tər-təmiz olması barədə hüquqi sənəd. Amma qurumdan bizə də verilən məlumatlara görə Müseyib Həmzəyev AAYDA-nın strukturuna daxıl olan 104 idarə və müəssisələrin rəhbərlərindən əmək haqqlarının 15% -ni (buna “otkat” deyilir) geri alır. Bu Müseyib Həmzəyevin təkcə fəhlələrin əmək haqlarından əldə etdiyi gəlirlərdir. Bəs görəsən rayonlarda yol çəkilişlərinə ayrılan milyonlarla dövlət vəsaitlərinin neçə faizi “otkat”kimi Müseyib Həmzəyevin özünə qayıdır? Bu artıq, nə jurnalist, nə ekspert, nə də iqtisadçı işidir. Bu, qudalıqdan gələn işdir...

***

Bəs AAYDA rəhbərlərinin problemləri barədə informasiyaların mətbuat müstəvisinə çıxarılması nə ilə bağlıdır? Agentliklə bağlı yayılan məlumatlarda nədən ancaq sədr Saleh Məmmədovun adı yer alır, Əvəz Qocayevi isə yada salan yoxdur? Bu onunla əlaqələndirilir ki, güya sədr haqqında yazılanları mətbuata Əvəz Qocayev ötürür. Biz burada heç də Əvəz Qocayevi müdafiə etmirik. Sadəcə, ictimaiyyətin diqqətinə bir dövlət qurumunun koridorlarında nə kimi oyunların baş verdiyini, bir-birinin var dövləti ilə bağlı məlumatları mətbuat səhifələrinə çıxartmaqla nələrə nail olmaq istədiklərini çatdırmaq istəyirik. Son vaxtlar Saleh Məmmədov və onun tabeliyində işləyən qohum-əqrəbalarının adları indiki ağır iqtisadi-siyası bir dönəmdə mediada çox hallanmağa başlayıb. Yol infrastrukturlarının açılışında xüsusi təqdimatla Prezident İlham Əliyevə məruzə edən agentlik sədrinin komandası heç də nüfuzuna və çəkisinə görə zəif fiqur olmayan Əvəz Qocayevə media vasitəsilə bəzi xatırlamaları edirsə, düşünməyə dəyər.
Əvəz Qocayevin tez-tez Ziya Məmmədovla görüşməsi və gizli məsələləri müzakirə etməsi barədə yayılan məlumatlarda isə sabiq nazirın öz kadrını yenidən Saleh Məmmədovun yerində görmək istədiyi iddia olunur. Ziya Məmmədova yaxın olan media qurumlarının Saleh Məmmədovu mənfi obrazda tez-tez gündəmə gətirmələri Əvəz Qocayevlə sabiq nazirin “BÖYÜK PLAN”larının bir hissəsi kimi vurğulanır. Hətta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin dəhlizlərində davamlı olaraq yaxınlarda Saleh Məmmədovun vəzifədən gedəcəyi ilə bağlı şaiyələrin yayılması da buna xidmət edir.

***

AAYDA içindəki məlumatlı mənbənin verdiyi məlumatda isə vurğulanır ki, Əvəz Qocayev Saleh Məmmədovu devirmək planına Ziya Məmmədovla birlikdə həmyerlisi, DYP rəisi general Ramiz Zeynalovu da qoşub. Görünür Əvəz Qocayev arzusunda olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsi uğrunda çox ciddi mübarizəyə girişib və buna görə də yaxın həftələrdə Saleh Məmmədovla aralarında mübarizə açıq müstəviyə keçəcək. (“Qaynarinfo.az”)

***

“Təzadlar”ın Araşdırma Qrupu xatırladır ki, redaksiyaya daxil olmuş bu yazı-şərh iki həftədir tərəfimizdən detallarınadək araşdırılır, qarşı tərəflərə elektron müraciətlər də edilib. Səs çıxmır... Yəni, mövqe yoxdur. Biz jurnalist borcumuzu sonadək icra etdik. Araşdırmamız isə tenderlərlə bağlı davam edəcək. Bura istismar müddəti bitməyən yollarımızın dağıntıları barədə olacaq...
//tezadlar.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25
Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40
ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30
"Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01
Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58
"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54
Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51
Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru