PARTİYALARA NƏ VAXT PUL AYRILIR
Tarix: 8-12-2011, 14:05 |
Çap et
BU XƏMİR HƏLƏ ÇOX SU APARACAQ
“Siyasi partiyalar haqqında” qanun layihəsi Avropa Şurası Venesiya Komissiyasının (VK) standartlarına uyğunlaşdırılıb. Dekabrın 17-də VK-da qanun layihəsinin son ekspertizası keçiriləcək.
Ondan sonra layihə müzakirə üçün parlamentə təqdim olunacaq. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Şöbə müdirinin sözlərinə görə, layihədə həm siyasi partiya təmsilçilərinin indiyə qədər mətbuatda səsləndirilən mülahizə və fikirləri, həm də Venesiya Komissiyasının tövsiyələri nəzərə alınıb: “Müasir, modern bir qanun hazırlanıb”.