“ƏFV KOMİSSİYASI SİYAHI HAZIRLAYIR”
Tarix: 8-12-2011, 13:36 |
Çap et
PA RƏSMİSİ XƏBƏRİMİZİ TƏSDİQLƏDİ
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası işləyir, siyahı hazırlayır”. Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Bununla belə, şöbə müdiri siyahının Azərbaycan prezidentinə nə vaxt təqdim olunacağı və növbəti əfv fərmanının nə vaxt imzalanacağı ilə bağlı məlumata malik olmadığını söyləyib.
Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv fərmanının imzalanacağı gözlənilir.
Onu da bildirək ki, ilk dəfə olaraq əfv fərmanının beriləcəyi barədə xəbəri DİA.AZ olaraq biz yaymışıq.