В«QIZILDAŞВ»DA YENİ KARXANA SAVAŞI BAŞLAYIR
Tarix: 19-04-2013, 08:57 | Çap et
 DÜNƏN BAŞ VERƏN CİNAYƏT HADİSƏSİ NƏDƏN RƏSMƏN QEYDƏ ALINMAYIB?
DİA.AZ: - İllərdir ki, Qaradağ rayonu ərazisində yerləşən daş karxanaları bir çox mafioz qruplaşmaların əsas qazanc yerinə çevrilib. Belə ki, bu istiqamətdə müşahidə olunan özbaşınalıq səbəbindən bu gün karxana sahiblərinin bir-birilərinin ərazilərini zəbt etmələri, qoşun yığaraq bir-biriləri ilə dava aparmaları adi hala çevrilib. Bir sözlə, Azərbaycan dövlətinin qanunlarının işləmədiyi bu karxanalar hər birinin arxasında hansısa məmurun dayandığı bir qrup işbaz üçün böyük qazanc mənbəyidir. Kimsənin təsəvvür edə bilməyəcəyi həddə…
Elə buna görədir ki, Qaradağdakı daş karxanaları az qala kriminal məkana çevrilib. Sanki bir cəbhə bölgəsidir. Gücü yetən qarşısındakını əzir. Kimin haqlı olub-olmadığın isə müəyyən etmək çox çətindir. Çünki əllərindəki böyük pulların və arxalarındakı himayədarlarının hesabına hər bir tərəf məhkəmə yolu ilə öz marağına uyğun qərarı çıxarıb və əlində MƏHKƏMƏ QƏRARI ilə niyyətini həyata keçirir. Yəni zəbt etmək istədiyi karxana ərazisinə hücum çəkir və yaxud da zəbt olunmuş ərazisini В«işğaldan azad etməyəВ» çalışır. Beləcə Qaradağdakı karxanalar hər gün döyüş meydanını xatırladır.
DİA.AZ bildirir ki, dünən də belə bir faciəli hadisə yaşandı və iş o həddə çatdı ki, hücum edən qruplardan birinin dəstə başçısı digər karxana sahibinin fəhlələrinin üzərinə maşın sürdü. Hadisə nəticəsində iki fəhlə xəsarət alıb. Dünən Qaradağ rayonundakı Qızıldaş karxanasında baş verən bu olay zamanı xəsarət alan fəhlələrdən biri - Əlövsət İbrahimov mətbuata danışaraq bildirdi ki, hətta qarşı tərəfin yanında vəkil və məhkəmə qərarlarının icrası ilə əlaqədar nümayəndə də olub. Yəni bu halda belə Ağa adlı şəxs fəhlələrin üzərinə maşın sürdürüb. Maşını isə Vasif adlı şəxsin sürdüyü deyilir. Yəni artıq cinayətin təfərrüatı da bəllidir, cinayətkarın kimliyi də, amma kimsə həbs olunmayıb. Heç hadisənin rəsmiləşmədiyi də bildirilir.
Onu da qeyd edək ki, DİA.AZ-a Qızıldaş karxanasında baş verən hadisələrin şok təfərrüatının əks olunduğu faktlar daxil olub. Və bu işdə hansı nüfuzlu məmurun, hansı deputatın, hansı keçmiş məhbusun iştirakçı olması ilə bağlı bilgilərimizi yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39 |
|
|
|
| • Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38 |
|
|
|
| • Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35 |
|
|
|
| • Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30 |
|
|
|
| • Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23 |
|
|
|
| • Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09 |
|
|
|
| • "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05 |
|
|
|
| • Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01 |
|
|
|
| • Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51 |
|
|
|
| • Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44 |
|
|
|
| • Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33 |
|
|
|
|