Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                 

“KREDAQRO”DA ÖLÜLƏR DƏ FAİZƏ OTURDULUR
Tarix: 15-04-2013, 08:35 | Çap et
“KREDAQRO”DA ÖLÜLƏR DƏ FAİZƏ OTURDULUR
ŞİKAYƏT: BOKT XƏTTİ İLƏ VƏTƏNDAŞ TALANI KULİMİNASİYA HƏDDİNƏ ÇATIB

DİA.AZ: - Keçən günlərdə KredAqro Bank Olmayan Kredit Təşkilatında (BOKT) cərəyan edən özbaşınalıqlarla bağlı sizləri məlumatlandırmışdıq. Bildirək ki, bu BOKT-dən yüzlərlə vətəndaş narazıdır və DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq müvafiq dövlət qurumları da KredAqro-dakı vətənda.ş talanını araşdırmaqla məşğuldur.

Bu arada DİA.AZ-a yeni müraciət daxil olub. Bu dəfə də redaksiyamıza yazan Cəlilabad rayonu Qarazəncir kəndi Xankişiyev Raqib Hacıəli oğlu KredAqro-dkı özbaşınalıqları sübuta yetirən faktları təqdim edir. Müraciətdə deyilir:

В«Yazıb sizə bildirirəm ki, Azərbaycan xalqının qanını içən və qanunsuz hərəkətlərə rəvac verən sələmçi təşkilatlar biri də KredAqro Bank Olmayan Kredit Təşkilatıdır. KredAqro BOKT Cəlilabad filialının rəhbəri Şahin Cəbrayılov saxtakarlıq edərək kreditvermə planını doldurmaq məqsədi ilə çox vaxt kredit götürən müştərilərin maliyyə dövriyyəsini qəsdən şişirdərək onlara böyük məbləğdə kredit verir. Axı başlanğıcda da məlum olur ki, həmin krediti vətəndaş bir müddətdən sonra verə bilməyəcək. Planı doldurmaqdan sarı insanları bəri başdan tora salırlar, bədbəxt edirlər.

Bütün bu və digər faktlara, qanunsuz hərəkətlərə görə KredAqro BOKT-nın idarə heyətinin sədri Məcid Əsədov, cəmiyyətin Kredit Departamentinin rəhbəri Zaur Ömərov və təşkilatın Cəlilabad filialının müdiri Şahin Cəbrayılov bilavasitə məsuliyyət daşımırlarmı? Bu “müqəddəs” üçlük ölmüş şəxsə belə pul hesablatdırır! Cəmiyyətin filialından pul götürmüş və ölmüş bütün vətəndaşlara ardıcıl olaraq faiz və cərimələr hesablanır, sona qədər tələb edib pulu onun ailəsindən alırlar. Halbuki mülki qanunvericiliyin tələbinə görə kredit götürən tərəf vəfat etdikdə müqaviləyə xitam verilir və o hüquqi əsas daşımır. Ölüyə şotçik qoşmaq məhz Azərbaycanda ola bilər ki, KredAqro kimi sələmçi qaniçənlər buna da gedirlər. Gedin yoxlayın KredAqronun vəfat etmiş müştərilərinin işlərini, görün nə oyun çıxarırlar və mərhumun ailəsinin başına nə müsibətlər gətirirlər! Yəni, çətini KredAQronun cənginə keçincədir, bu səlımçi təşkilat ölüdən də pul çıxarmağı bacarır! Azərbaycan xalqının heysiyyatı ilə bu cür oynamaq olmaz! Bu gün ölkə məhz bank sələminə görə partlayış həddinə gəlib, narazılıq artıb. Ölkədə artan intiharların, əsəb pozuntularının da əsas səbəbi bank sələmidir. KredAqronun sadaladığımız rəhbər işçiləri hətta ibrət dərsi götürmürlər ki, onların saxtakarlığı haqqında cinayət işi hələ də istintaq olunur. Onu da qeyd edim ki, həmin cinayət işi illərdir süründürülür, Cəlilabad filialında hər 5-6 aydan bir müdir dəyişdirilir, amma sistem yenə də olduğu kimi qalır, xalq boyunduruğa salınıb bu adamlar tərəfindən həddən artıq ağır şərtlərlə, yüksək sələm ilə istismar olunur. Xahiş edirəm ki, KredAqro-nun cinayətkar əməlləri tam araşdırılsın və Mərkəzi Bankın bu sələmçi qeyri-bank təşkilatına verdiyi lisenziya ləğv olunsun. Biz belə bir sələmçi təşkilatın Cəlilabadda fəaliyyət göstərməsini istəmirik.

2012-ci ildə KredAqronun Cəlilabad filialında Məlikova Xuraman Məmmədağa qızının adına 3 min manat kredit verilməsi rəsmiləşsə də, həmin kredit müdir Şahin Cəbrayılova çatmışdı. Xuraman Məlikova Şahin Cəbrayılovun baldızıdır. Bu qadının Şahin Cəbrayolovun törətdiyi əməldən heç xəbəri yox idi. Şahin Cəbrayılov çoxlu adamların adına onlardan xəbərsiz pullar sənədləşdirib beləcə götürmüşdür. Bu məsələ böyük qalmaqala səbəb oldu, lakin Şahin Cəbrayolov sudan quru çıxmağa bacardı.

İndinin özündə də fililalın müdiri Şahin Cəbrayılov aylıq kreditvermə planını doldurmaqdan ötrü Cəmiyyətdə mövcud olan “qaydaları” ciddi şəkildə pozaraq saxta kreditlər verir. Hansı ki özü də yaxşı bilir ki, bu saxtakarlıqlarla əlaqədar hazırda Azərbaycan Prespublikası Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi istintaq olunur.

Müştəri Məmmədov Telman Böyükxan oğluna 32 min dollar məbləğində kredit qanunsuz olaraq zor-xoş verilmişdir. Həmin adam KredAqrodan 40 min dollar kredit götürmək istəyirdi, lakin köhnədən 6 min dollar borcu vardı. Vergi ödəyicisi kimi nə vergi orqanlarında, nə də sahibkar kimi Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınmamışdı. Lakin bu məsələlər KredAqro Cəlilabad filialının rəhbərliyini az maraqlandırırdı. Mövcud qanunvericiliyə uyğun olaraq, bu formada müştəriyə kredit vermək olmazdı. O cümlədən, vətəndaşın ZaminBank-a da borcu vardı, 18 dekabr 2012-ci il tarixdə filialın Yerli Kredit Komitəsində bu məsələlər müzakirə olunmuş və iştirakçlılar tərəfindən Məmmədov Telmana kredit verilməsi vacib bilinməmişdir. Lakin fililalın müdiri Şahin Cəbrayılov tərəfindən iclasın protokolu dəyişdirilmiş, iştirakçıların dediklərinin əvəzinə tamam başqa sözlər yazılmışdır. Məmmədov Telmana kredit verilməsi vacib bilinmiş və protokola saxta imzalar qoyulmuşdur. Sonra da deyirlər vətəndaş borcu niyə qaytara bilmədi. Təbii ki, müştəri Təşkilatdan aldığı 32 min dolların hesabına Filiala olan 6 min dollar borcunu ödədi. Yəni Təşkilatın öz puluna özünün köhnə borcunu ödəmiş oldu. Onu da qeyd edim ki, müştəri təşkilatdan 32 min deyil, xərclər çıxarıldıqdan sonra nəğdi 31 min götürdü. Bu hal həmişə baş verir, məsələn, bu yaxınlarda tanışımızın biri 4 min manata qol çəkib KredAqro-dan pul götürdü, lakin onun əlinə cəmi 3880 manat pul verildi, 120 manat ortada yeyildi. Vətəndaş kredit götürərkən onun pulunu bəri başdan əlindən alırlar, işçilərinə verdikləri maaşı da vətəndaşın boynuna yıxırlar və hansısa mücərrəd sığorta şirkətinə də pul ayırırlar.

Daha bir ciddi fakta diqqətinizi yönəltmək istəyirəm. Müştəri Məmmədov Telman Böyükxan oğluna kredit verilməzdən əvvəl Mərkəzi Reyestr Xidmətinə sorğu edilərək cavab alınmışdır. Cavab iki vərəqdən ibarət olmuşdur. 1-ci vərəqdə müştərinin Filiala 6 min borcu olması, 2-ci vərəqdə isə ZaminBanka 3 min borcu olması göstərilmişdir. Dekabr ayı üçün nəzərdə tutulmuş planı doldurmaqdan ötrü Şahin Cəbrayılov Mərkəzi Reyestr Xidmətinin ZaminBanka borcu olmasını təsdiq edən 2-ci vərəqi aradan çıxarmışdır. Müştərinin həmin ərəfədə ZaminBanka borclu olub-olmamasını bu gün təkrar yoxlamaq olar. Həmin borclar hələ bu günə qədər də bağlanmamışdır. Bu kredit paralel kredit kimi qiymətləndirilə bilməz, çünki müştərinin KredAqroya 6 min dollar borcu olduğu halda eyni vaxtda ZaminBanka 3 min dollar borcu olmuşdur. Qeyd etdiyim faktlar Şahin Cəbrayılovun saxtakarlığının bariz nümunəsidir. Bu adam vaxtilə Masallı filialında işlədiyi zaman da bu cür saxtakarlıqlara yol verirdi, nəticədə Masallı sakinlərinin başı ağrıya düşürdü. İndi də Cəlilabadda köhnə oyunlarını işə salıb.

Tez-tez olur ki, KredAqro başqa banklara külli-miqdarda borcu olan adamlara borc verir. Hətta bir də görürsən ki elə adam zamin durur ki, onun özünün KredAqro ilə problemi var, neçə aydır bankdan götürdüyü pulu ödəyə bilmir. Lakin belə şeylər Şahin Cəbrayılovu maraqlandırmır. Məsələ Filial Kredit Komitəsində müzakirə olunur, fililalın işçiləri etiraz edirlər, lakin sonradan Şahin Cəbrayılov protokolları dəyişdirir, saxtakarlıqlar edilərək şübhəli müştərilərə kredit verir. Müştəri də götürdüyü pulu bu və ya digər banka olan borcuna verərək bir qəpiksiz qalır, bankla problemləri başlayır. Bütün bu işlərə rəvac verən elə KredAqronun özüdür. KredAqronun Cəlilabad filialının hüquq məsləhətçisi Qasımov Yusif məhz bu hallara etiraz etdiyi üçün işdən çıxarılmışdır və onda Şahin Cəbrayılovun saxtalaşdırdığı bütün ptotokollar saxlanılır. Həmin protokollarda filialın işçiləri əvəzinə saxta imzalar atılmışdır.

Müştəri Ceyhun Ağamalıyev 3800 dollar kredit götürmək istəyirdi. KredAqronun Cəlilabad filialının Kredit Komitəsində araşdıranda məlum oldu ki, Ceyhunun digər banka 4 min dollar kredit borcu vardır. Yaranmış Komissiya üzvləri təklif etdilər ki, müştərinin əvvəlki borcu bağlansın, sonra ona kredit verilsin. İclas zamanı komissiya üzvləri hazırkı vəziyyətdə ona kredit verilməsinə etiraz etdilər. Hətta Filialın hüquq məsləhətçisi bildirdi ki, biz ona 3800 dollar versək, belə çıxır ki, o həmin pulun üstünə 200 dollar da qoyub bizim pulun hesabına başqa banka olan borcunu bağlayacaqdır, bu da onu göstərir ki, müştərinin hazırda əlində, dövriyyəsində nağd pul yoxdur, əgər olsaydı, başqa banka olan borcunu ödəyərək bağladıqdan sonra bizə müraciət edərdi. Digər tərəfdən müştərinin zamini olan Məmmədov Mübarizi də Komitə üzvləri yaxşı tanıyırdılar, belə ki adamın özünün KredAqroya borcu vardı və uzun müddət ödəyə bilməyib problem yaratmışdı. Bütün bunları Şahin Cəbrayılov görmürdümü? Həmin gün məsələ ilə bağlı Komitənin iclas keçirməsi barədə tərtib olunmuş 18.12.2012-ci il tarixli protokolda məhz üzvlərin bu fikirləri öz əksini tapmışdı və onlar imza atmışdılar. Lakin müdir Şahin Cəbrayılov saxtakarlıq edərək bu protokolu da dəyişdirmişdir. Komissiya üzvlərinin müştəri Ceyhun Ağamalıyev və onun zamini Mübariz Məmmədov haqqında dedikləri sözlər dəyişdirilmiş, 18.12.2012-ci il tarixli 127 saylı protokolda öz əksini tapmamışdır. Hətta 1-ci protokolda “iclasın katibi” sözü qarşısında Ş.Zeynallı soyadı yazılsa da, sonradan saxtalaşdırılmış protokolda Ş.Zeynallı soyadı qarşısında “əməliyyatçı” sözü yazılmışdır, hansı ki həmin ərəfədə Şəfiqə Zeynallı əməliyyatçı deyil, ofis köməkçisi işləyirdi. O, çox-çox sonralar əməliyyatçı ştatına keçirilmişdir. Bundan əlavə, hər iki protokolda qeyd olunur ki, müştəri C.Ağamalıyevin KredAqroya olan borcu bağlansın. Halbuki Ceyhunun KredAqroya yox, başqa banka 4 min dollar borcu vardı. Qeyd etdiklərimiz Şahin Cəbrayılovun yeganə saxtakarlığı deyil, onun iş üslubudur. Filial bu cür saxta sənədlərlə doludur. Şahin Cəmiyyətin Kredit siyasəti və prosedur qaydalarının tələbini bilə-bilə qəsdən pozmuşdur. O da maraqlıdır ki, dəyişdirilmiş 2-ci protokolda Filialın hüquq məsləhətçisi Yusif Qasımovun əvəzinə kim imza edib? İlk protokolun surəti Yusif Qasımovda vardır, xahiş edirəm bu məsələ dövlət orqanları tərəfindən araşdırılsın.

Zaur Ömərov KredAqronun Kredit Departamentinin rəhbəridir. 2011-ci ilin may-avqust aylarında Təşkilatın Cəlilabad filialında qanunsuz verilmiş kreditlərdə fililalın müdiri vəzifəsini müvəqqəti icra edən şəxs kimi bilavasitə iştirak etmişdir. Bu adam KredAqronun İsmayıllı, Zaqatala, Şəki, Lənkəran, Masallı və Cəlilabad fililallarında böyük məbləğdə kreditlərin verilməsində cavabdeh şəxs kimi iştirak etsə də, sonrakı vaxtlarda həmin faktlar üzrə cinayət tərkibi olması aşkarlanaraq ayrı-ayrılıqda toplanmış materiallar üzrə cinayət işi başlanmış, istintaq zamanı bir neçə günahsız insanlar bədbəxt olmuş, daşınar və daşınmaz əmlakları əllərindən alınmışdır. Həmin adamların qanı Zaur Ömərovun boynundadır. Bütün bunlara baxmayaraq Zaur Ömərov öz əvvəlki kreslosunda oturub özgəsinin pulu hesabına yüksək əmək haqqı almaqda davam edir. Götürülən kreditin açıq-aşkar şübhəli olmasına baxmayaraq kreditin təyinatı üzrə istifadə olunub-olunmaması heç vaxt monitorinq edilmir. Görəsən nəyə görə qanunsuz kredit verən, kreditin təyinatını yoxlamadan və borc ödənilmədiyi halda, ödənilmiş kimi qeyd olunan fakta görə Zaur Ömərov heç bir məsuliyyət daşımır? Xahiş edirəm bu və yuxarıda göstərdiyim digər məsələlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılsınВ».

Qarşı tərəfi də dinləməyə hazırıq…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru