SARAYDAXİLİ ÇƏKİŞMƏLƏRDƏ KRİTİK DURUM
Tarix: 11-04-2013, 09:29 |
Çap et
MƏMURLARDAN BİRİNİN QOHUMU 4 MİLYON MANATINI İTİRMƏLİ OLDU
DİA.AZ: - Son günlər iqtidar daxilindəki qruplaşmalar bir-birilərinə qarşı daha da aqressiv mövqe nümayiş etdirməyə başlayıblar. Mənbəmiz bildirir ki, artıq tərəflər arasındakı savaş onların yaxın adamlarının hədəfə alınması ilə də müşaiyət olunur.
Hökumət içindəki mötəbər mənbənin DİA.AZ-a söylədikləri: «Hakimiyyət daxilində kəskin cəbhələşmə ab-havası qətidir. Və bir-birilərini yenməyə çalışan tərəflər hətta ətraflarındakı adamları belə hədəfə alırlar.
Son olaraq cərəyan edən olaylara diqqət ayıranda da bunu görmək olur. Məsələn, həbslər məsələsinə nəzər salın və görəcəksiniz ki, baş verənlər məhz saraydaxili çəkişmələrin təzahürüdür. Hətta elə hadisələr baş verir ki, ictimaiyyət bundan çox gec xəbər tutur».
Mənbəmiz onu da əlavə etdi ki, bu günlərdə nüfuzlu məmurlardan birinin yaxın qohumu külli miqdarda xərcə salınıb: «Həmin şəxs bizneslə məşğuldur və məhz yaxın qohumunun hədəfdə olması səbəbindən onun rəqibləri tərəfindən «məngənəyə» salınaraq təxminən 4 milyon manatı əlindən alınıb».
Onu da qeyd edək ki, bu barədə DİA.AZ-a xəbəri verən qaynaq hadisənin tam təfərrüatını və məmurun kimliyini də açıqlayıb. Amma əlimizdə yetərli dəlillərin olmaması səbəbindən dolğun bilgiləri açıqlamamaq qərarına gəldik. Lakin məsələdən hali olanlar söhbətin kimdən getdiyini tam olaraq bilmiş oldular.