"Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" .....                     Siyasi tamaşa: .....                     Separatçılar özlərinə “spiker” axtarır .....                     Paşinyan Rusiyadan əliboş döndü: .....                     Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib .....                     “Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub .....                     “Türkiyədə qayda-qanun var, bizdə isə...” .....                     Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü .....                     YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... .....                     “Çiməndə qəfil sel aparıb” .....                     İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" .....                     Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? .....                     AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib .....                     Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! .....                     Kənan Seyidova birinci müavin təyin edildi .....                     "Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." .....                     Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib .....                     Pit Heqset İsrailə səfərini ləğv edib .....                     Nazirliyin balansındakı heyvanları oğurladı .....                     "Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." .....                     DGK 1.5 milyon ayırdı, .....                     İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq .....                     “Bunu təkcə Rüfət Axundov bilirdi” .....                     Zabil Qəhrəmanovun məhkəməsi başlayıb .....                     Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? .....                     Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? .....                     Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti .....                     Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın .....                     UNEC-in mühafizəsinə 670 min xərclənəcək .....                     "Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" .....                     NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: .....                     BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram .....                     Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı .....                     İranla atəşkəs başa çatıb .....                     Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır .....                     Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? .....                     İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! .....                     Peşə Təhsilində qiymət və bal qalmaqalı .....                     Astaraya yeni baş memar təyin olundu .....                     Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq .....                 

MİSİR MƏRDANOVA EKSPERTDƏN ŞOK İTTİHAM
Tarix: 1-04-2013, 12:50 | Çap et
MİSİR MƏRDANOVA EKSPERTDƏN ŞOK İTTİHAM
Əlövsət Osmanlı: “PİSA-dan imtina edən nazirlik PİRLS və TİMSS qiymətləndirmələrində Azərbaycanın qara siyahıya düşməsini açıqlamaq istəmir”

DİA.AZ: - Bu yaxınlarda mətbuat səhifələrində təhsilimizlə bağlı iki şok xəbər yayıldı. Bunlardan biri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin orta təhsilimizin durumu ilə bağlı sensasion açıqlaması idi: “Ölkəmiz beynəlxalq PİSA (Programme for International Student Assessment) proqramının nəticələrinə görə axırıncı yerlərdən birini tutub”. İkincisi isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin PİSA-dan səssiz-səmirsiz çıxması idi. Yaranmış vəziyyəti şərh edən təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı deyir ki, nazirlik təhsilin səviyyəsi ilə bağlı daha iki beynəlxalq qiymətləndirmədə ölkəmizin biabırçı nəticələr göstərməsini hələ də gizli saxlayır. DİA.AZ olaraq Əlövsət müəllimlə müsahibəni diqqətinizə təqdim edirik.

– Əlövsət müəllim, ziyalılarımız da daxil, vətəndaşlarımızın əksəriyyəti PİSA haqqında məlumatsızdır. Bəlkə bununla bağlı bir az bilgi verəydiniz...
– PİSA – mənzil-qərargahı Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development – OECD) 2000-ci ildən başlayaraq həyata keçirdiyi bir proqramdır. Devizi “Yaşamaq üçün öyrənmək!” olan və hər üç ildən bir keçirilən bu proqramın əsas hədəfi ayrı-ayrı ölkələrdə 15 yaşlı (orta təhsilli) şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməkdir. Onu da deyim ki, PİSA bu yaşda olan uşaqların riyaziyyat, oxu savadı və təbiət fənləri üzrə bilgilərini müəyyənləşdirmək baxımından dünyada ən mötəbər proqram hesab edilir. Azərbaycan bu proqramda 2006-cı ildən iştirak edir. Xatırladıram ki, PİSA-2006 qiymətləndirməsində şagirdlərimiz 57 ölkə arasında 55-ci yeri tutdu. PİSA-2009-da isə nəticəmiz həddən artıq pis oldu: 65 ölkə arasında 64-cü yeri tutduq. Burada ən böyük biabırçılıqlardan biri də o oldu ki, Tunis, İordaniya, Qətər, hətta adı çoxlarımıza bəlli olmayan Trinidad və Tobaqodan da geridə qaldıq.

– Təhsil Nazirliyi PİSA-2012-də iştirak etməkdən imtina edib. Bundan xəbəriniz vardımı?
– Təxminən iki il əvvəl belə bir şey eşitmişdim, amma buna söz-söhbət kimi baxırdım, daha doğrusu, inanmağım gəlmirdi...

– İnanmamağınız üçün bir səbəb vardımı?
– Əlbəttə vardı. Yuxarıda qeyd etdiyim kimi, 2012-ci ilə qədər PİSA qiymətləndirmələri 4 dəfə – 2000, 2003, 2006, 2009-cu illərdə keçirilib və Azərbaycan bu prosesdə 2 dəfə – 2006, 2009-cu illərdə iştirak edib. 2000-ci ildə iştirakçıların sayı 32, 2003-də 40, 2006-da 57, 2009-da isə 65 olub. Budur, həmin illərin siyahıları əlimdədir. Baxın, Azərbaycandan başqa indiyədək PİSA-nı tərk edən olubmu?! Əksinə, ilbəil PİSA-ya qoşulan ölkələrin sırası daha da genişlənib. Məhz bu səbəbdən də deyilənlərə heç cür inana bilmirdim. Ancaq indi inandım. Təhsil Nazirliyi bu biabırçı addımı atmaqla dünyanı üstümüzə güldürdü...

– İştirakçılardan heç biri çıxmadığı halda, bəs nədən bizim Təhsil Nazirliyi PİSA ilə “üzülüşdü”?!
– Mənə elə gəlir, burada başa düşülməyəcək heç nə yoxdur. PİSA-2006 və PİSA-2009-un nəticələrinin müqayisəsi onu göstərdi ki, üç il ərzində Azərbaycan təhsilinin səviyyəsi kəskin şəkildə aşağı enib. Təhsil üzrə başbilənlərimiz çox yaxşı başa düşürdülər ki, PİSA-2012-də iştirak etsələr, nəticə daha da pis olacaq. Ona görə də onlar özlərinə “ən sərfəli” yolu seçdilər: PİSA-dan çıxmaq. Əslində PİSA-nın nəticələri təhsil məmurlarımız üçün bir güzgü idi. Həmin güzgüyə baxıb nəticə çıxara və orta təhsilimizdəki problemlərin həlli istiqamətində müəyyən işlər görə bilərdilər. Amma onlar ağlagəlməz bir yol – “PİSA ilə üzülüşmək” yolunu tutdular. Necə deyərlər, güzgüyə baxıb əyər-əskiklərini düzəltmək əvəzinə, vurub güzgünü sındırdılar.

– Nazirlikdən bildirirlər ki, PİSA proqramında iki dəfə iştirak etmişik, təhsilimizdəki boşluqları müəyyənləşdirmişik, indi əsas hədəf bu boşluqları aradan qaldırmaqla onu inkişaf etdirməkdir...
– Bildiyim qədər bu fikri Təhsil Nazirliyinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva söyləyib. Çox gülməli fikirdir. Adamdan soruşarlar: Hansı boşluqlardan danışırsan? Niyə bunları ictimaiyyətdən gizlədirsən? Bununla bağlı niyə indiyədək müzakirələr keçirməmisən? PİSA-2012-də iştirak etmədiyini niyə üç il əvvəl yox, bu gün deyirsən, özü də nazirliyin mətbu orqanlarında yox, kənar bir qəzetdə?! Əgər bu gün boşluqların nələrdən ibarət olduğu gizlədilirsə, ən azından, pedaqoji ictimaiyyətin bundan xəbəri yoxdursa, onda onların aradan qaldırılması və bu əsasda təhsilimizin inkişaf etdirilməsi haqqında danışmaq nə dərəcədə düzgündür? Digər tərəfdən, PİSA-da iştirak etmək, məgər yalnız boşluqları doldurmaq üçündür? Əgər belədirsə, bəs onda buna çoxdan nail olmuş ön sıraları tutan Finlandiya, Yaponiya, Sinqapur, Koreya kimi ölkələr niyə bu proqramdan çıxmırlar? Bu qədər də məntiqsizlik olar?!

– Amma Təranə Hacıyeva 2015-ci ildə kurikulum əsasında təhsil alan şagirdlərlə PİSA-ya yenidən qoşulacaqlarını da bildirir...
– Düzü adam bilmir belə məntiqin sahibinə nə desin. Əgər biz PİSA-ya kurikulum əsasında təhsil alan uşaqlarla qoşulacaqdıqsa, onda dövlətin külli miqdarda vəsaitini boş yerə israf edib 2006 və 2009-da bu proqramda təmsil olunmağımıza nə hacət vardı?! İkincisi də bəyəm orada iştirak edən ölkələrin hamısında kurikulum islahatı aparılıb? Bir də ki kurikulumun PİSA qiymətləndirməsinə nə dəxli var? Həmişə ön sıralarda olan qonşumuz Rusiyada məgər kurikulum var? 2009-cu ildə bu ölkənin nəticələri bizə nəzərən çox yaxşı olsa da, özlərinə görə o qədər də ürəkaçan deyildi. Bəyəm buna görə Rusiya PİSA-ya güldən ağır bir söz dedi, yaxud onu ölkədən qovdu? Əksinə, nəticələr bütün dövlət ciddiyyəti ilə müzakirə edildi. Açın interneti, görün Rusiya saytlarında bununla bağlı nə qədər materiallar dərc olunub. 2012-ci ilin nəticələri bu ilin dekabrında elan olunacaq. Sizi əmin edirəm, onda əvvəlki illərə nisbətən Rusiyanın vəziyyətinin xeyli yaxşılaşdığının şahidi olacağıq.
Hələ 2011-ci ildə yazılarımın birində yarızarafat-yarıciddi demişdim: “başqa ölkələrdə beynəlxalq qiymətləndirmənin nəticələrinə görə nazirləri işdən çıxarırlar, bizdə isə deyəsən, tərsinə olacaq, nazir PİSA-nı ölkədən çıxaracaq”...

– Bu, öncəgörməyə bənzəmirmi?..
– Burada öncəgörməlik heç nə yoxdur. Hesab edirəm ki, təhsil məmurlarımızın bəd əməllərinə bələd olan hər kəs bunu asanlıqla proqnozlaşdıra bilərdi. Ölkəmizin yerini siyahının sonlarında görərkən Mərdanovun buna görə hiddətlənərək ətrafındakılara PİSA ilə əlaqələri kəsmək komandasını verməsi və sərt şəkildə: “həm pullarımızı yeyirlər, həm də ağıllarına gələni yazırlar”,– deməsi barədə o zamanlar mətbuat da yazmışdı. Həmin dövrün informasiya bloklarında bunu tapmaq elə də çətin deyil...

– Misir müəllim hətta PİSA qiymətləndiricilərini Azərbaycana qarşı qərəzçilikdə ittiham etmişdi...
– Tamamilə doğru deyirsiniz. Mən o vaxt da demişdim, indi də deyirəm: Mərdanov və onun komandası PİSA-nın nəticələrini vaxtında geniş müzakirə etsəydi, təhsilimiz indiki hala düşməzdi. Amma bu adamlar hər şeyi tərsinə elədilər, nöqsanları aradan qaldırmaq, təhsil sistemində köklü islahatlar aparmaq əvəzinə, nüfuzlu beynəlxalq quruma qarşı qara yaxmaqla məşğul oldular. Adamdan soruşarlar ki, PİSA proqramını həyata keçirən OECD təşkilatının səninlə nə qərəzçiliyi ola bilər?! Hamı kimi sən də öz pulunu verirsən, o da gəlib təhsilini yoxlayır, vəziyyəti təsbit edib hər şeyi çılpaqlığı ilə ortaya qoyur. İstəyirsən təhsilini düzəlt, istəmirsən də yarğandan aşağı aşır. Əslinə qalsa, PİSA təhsilimizin yarğandan aşdığını təsbit etdiyinə görə Təhsil Nazirliyimiz ondan imtina edib. 65 iştirakçı ölkə arasında 64-cü yeri tutmaq məgər yarğandan aşmaq deyil?..

– Bəlkə müzakirələrdən qaçmağımıza, hər şeyi ört-basdır etməyimizə görədir ki, 2006-cı ildəki 55-ci yeri 2009-cu ildə 64-cü yerə dəyişdik?..
– Elədir ki, var. Əgər 2006-cı ilin PİSA qiymətləndirmələri müzakirə edilsəydi və nəticə çıxarılsaydı, biz 2009-cu ildə 64-cü yerə düşərək dünyada xar olmazdıq. Həmişə dediyim kimi, Mərdanov və onun komandasının sahib olduğu “dəyərlər” Azərbaycanda təhsilin səviyyəsinin düzəldilməsinə yox, onun dağıdılmasına xidmət edir. Ayıblarını örtmək üçünsə, həmişə olduğu kimi, onlar köhnə metodlarına əl atırlar: daxildə və xaricdə əcinnə axtarmaq.
Ölkə daxilində yeganə qiymətləndirici təşkilat TQDK-dır, onu da Təhsil Nazirliyi az qala düşmən elan edib. 2009-cu ildə PİSA qiymətləndirməsindən keçən şagirdlərin bilik və bacarıqları ötən ilin buraxılış və qəbul imtahanlarında TQDK tərəfindən qiymətləndirildi. Nəticələr də hamıya yaxşı bəllidir. Məcbur olub qəbul imtahanında nüsabiqədə iştirak ballarını bəzi qruplarda 250-dən 150-yə endirdilər. Əgər TQDK da eyni nəticəyə gəlibsə, onda PİSA qiymətləndirməsinin nəyi səhv imiş? Belə çıxır, hamı pisdir, qərəzlidir, təkcə Təhsil Nazirliyinin məmurları pak və təmizdir. Bunların elə bu ağlı, düşüncəsi deyilmi təhsilimizi çökdürən?!

– Təranə xanım bildirir ki, biz 2011-ci ildə 4-cü sinif şagirdlərinin riyaziyyat, təbiət fənləri və oxu savadı üzrə bilgilərinin qiymətləndirilməsi üçün beynəlxalq TİMSS (Trends in Mathematics and Science Study) və PİRLS (Progress in International Reading Literacy Study) tədqiqat proqramlarına qoşulmuşuq. Bu haqda nə deyə bilərsiniz?
– Bərəkallah, PİSA-nı yarıtdılar, indi də keçiblər TİMSS və PİRLS proqramlarına! Təranə xanım TİMSS və PİRLS-in adlarını çəkincə, yaxşı olardı ki, bu proqramlar üzrə əldə etdikləri nəticələrdən danışaydı. O demir, elə isə mən deyim: Bu proqramların hər ikisində adımız qara siyahıda gedir, yəni bütün fənlərdən “2” almışıq! Təkcə ümumi nəticələri hansısa saytın bir “küncündə” yerləşdirməklə iş bitmir. Nə qədər vaxt keçib, TİMSS və PİRLS-lə bağlı yaranmış situasiya barədə nazirliyin əsas mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzeti niyə indiyədək detallı məlumat verməyib? Yaxud nədən bu, geniş müzakirəyə çıxarılaraq təhlil edilmir? Belə çıxır, Təhsil Nazirliyi PİSA kimi TİMSS və PİRLS-in nəticələrini də ictimaiyyətdən gizlədir. Sual olunur: Dövlətin külli miqdarda vəsaiti hesabına başa gələn bu qiymətləndirmələr məgər hansısa məmurların alıb altına qoyması üçündür?!

– Əlövsət müəllim, ümumiyyətlə, beynəlxalq qiymətləndirmələr hansı prinsiplər əsasında aparılır və necə reallaşdırılır?
– Şəxsən mənim bu məsələdə də xeyli şübhələrim var. Qiymətləndirmə, müəyyən nisbətlər gözlənilməklə, ölkə ərazisində yerləşən məktəbləri əhatə etməlidir. Amma buna mən əmin deyiləm. Hazırda əlimdə son beynəlxalq qiymətləndirmə – PİRLS-lə bağlı məlumatlar var. Məsələn, sual olunur: Nəyə görə qiymətləndirməyə 88 min əhalisi olan Qazax rayonundan 5 məktəb, 415 min əhalisi olan Naxçıvan Muxtar Respublikasından isə cəmi 4 məktəb cəlb edilib? Və yaxud, nədən bu prosesdə müvəqqəti köçkün olan Kəlbəcər rayonundan 1 məktəb, ondan daha kiçik Laçın rayonundan isə 3 məktəb iştirak edib? Bu cür nisbət pozuntusunu Bakının rayonları arasında da görmək olar...

– Sizcə burada Təhsil Nazirliyinin nə məqsədi ola bilər? Bəlkə nisbətin pozulması nəticələrin yüksək olmasına hesablanıb?
– Mən bunu tamamilə mümkün hesab edirəm, ona görə də subyektiv fikirlərimi bildirirəm. Siz də görürsünüz ki, səsləndirdiyim sualların məntiqi əsası var. Qoy indi izahatı Təhsil Nazirliyi versin. Bir də ki belə bir şey varsa, bununla biz beynəlxalq qiymətləndiriciləri yox, özümüzü aldada bilərik. Axı dəqiq nəticələr onlara yox, bizə lazımdır ki, bu əsasda təhsilimizdə korreksiyalar apararaq onun səviyyəsini yüksəldək...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" - Xalq artisti
Bu gün, 15:45
Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Bu gün, 15:36
Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:35
Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Bu gün, 15:28
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Bu gün, 15:24
“Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 15:21
“Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Bu gün, 15:16
Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Bu gün, 15:10
YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Bu gün, 15:01
“Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Bu gün, 14:59
İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Bu gün, 14:55
Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Bu gün, 14:51
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Bu gün, 14:48
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Bu gün, 14:39
Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Bu gün, 14:36
"Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." -ŞİKAYƏT
Bu gün, 14:33
Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Bu gün, 14:28
Pit Heqset İsrailə səfərini ləğv edib
Bu gün, 14:27
Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
Bu gün, 13:55
"Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." - ETİRAZ!
Bu gün, 13:47
DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Bu gün, 13:42
İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq - KİV
Bu gün, 13:40
“Bunu təkcə Rüfət Axundov bilirdi” – Tanınmış müğənninin gizli saxladığı toyuq biznesi...
Bu gün, 13:36
Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bu gün, 13:33
Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı
Bu gün, 13:24
Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? - AKTUAL
Bu gün, 13:05
Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti 13%-dən çox AZALIB
Bu gün, 13:02
Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın “maya” qoyuldu
Bu gün, 13:00
UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
"Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" - İran səfiri
Bu gün, 12:57
NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: - Vacibdir
Bu gün, 12:50
BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram - NARAZILIQ VAR...
Bu gün, 12:45
Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:34
İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Bu gün, 12:32
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Bu gün, 12:21
Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Bu gün, 12:12
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir?
Bu gün, 12:03
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 11:53
Astaraya yeni baş memar təyin olundu - ƏMR
Bu gün, 11:36
Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq PLANI
Bu gün, 11:31
Vodolazkin və Vardanyan: - yeni “fəlsəfi” dostluq, "çarpayının altından məktublar"
Bu gün, 11:28
Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub – İldə 860 min dollar ödəyəcək
Bu gün, 11:25
Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? - GİLEY
Bu gün, 11:20
"Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: - "Çirkab sular axıdılır, bədən səpə bilər"
Bu gün, 11:13
“Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq 70 400 manatlıq dələduzluq etdi
Bu gün, 11:11
"Direktor təyin olunmağım üçün 60 min manat istənildi" - Milli Qəhrəmanın qızını işdən çıxardılar
Bu gün, 11:03
Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
Bu gün, 10:58
Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir - Rəsmilərsə deyir ki...
Bu gün, 10:50
İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
Bu gün, 10:43
İranın İrəvan şəbəkəsi çökdürüldü - “Üçbaşlı casus əjdaha”sının başı İranın adamı çıxdı
Bu gün, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru