SAHİBKAR ALİ MƏHKƏMƏ SƏDRİNƏ ÜZ TUTDU
Tarix: 1-04-2013, 12:02 | Çap et
KƏRƏM HƏSƏNOVUN İDARƏSİ ETİRAF EDİR, AMMA...
DİA.AZ: - Lökbatan qəsəbəsi 4-cü massiv, 9-cu keçid ev 12 ünvanda yaşayan Ağayev Ağahüseyn Qulam oğlu tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayevə müraciət yollayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin tam mətninin olduğu kimi diqqətinizə təqdim edirik:
“Mənim ailə üzvlərimə məxsus olan Lökbatan qəsəbəsi 28 may küçəsi 7 ünvanda yerləşən kolxoz bazarının qarşısında yerləşən ticarət cərgəsindəki mağaza bazarla birlikdə Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov tərəfindən Qasımov Hüseyn Əlibala oğlunun adına özəlləşdirilmişdir.
Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2012-ci il tarixli qərarı ilə (iş N-2-inz (81)-746/2012) hüquqlarını təmsil etdiyimiz Şamilov Şamil Canməmməd oğlunun Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı iddiası təmin edilərək “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi 7-də yerləşən 15 saylı bazarın alqı-satqısına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Qasımov Hüseyn Əlibala oğlu arasında imzalanmış 05 oktyabr 2010-cu il tarixli 30/01 saylı hərrac protokolunun Şamilov Şamil Canməmməd oğluna aid mağaza hissəsində etibarsız hesab edilməsi, həmin hissədə 7 saylı reyestr kitabının 695-ci vərəqində Şamilov Şamil Canməmməd oğlunun tikdirdiyi mağazaya aid qeydin etibarsız hesab edilməsi” qərara alınmışdır.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının yuxarıda göstərilən 26 sentyabr 2012-ci il tarixli (iş N-2-1inz (103)-862/2012) qərarı ilə iş üzrə cavabdeh Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsi və üçüncü şəxslər ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi, Qasımov Hüseyn Əlibala oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz (81)-746/2012) saylı iş üzrə 18 may 2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin olunmamışdır.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının göstərilən qərarı maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığına görə həmin qərarla razı deyilik və bu səbəbdən də həmin qərarı tamamilə əsassız və qanunsuz hesab edirik:
Hər şeydən əvvəl qeyd edilməlidir ki, mübahisəli mağaza özəlləşdirilmiş bazarın tərkib hissəsi olmamışdır, yəni onun bazara heç bir aidiyyəti yoxdur. Belə ki, həmin mağaza 1994-cü ildən müstəqil fəaliyyət göstərmiş və onun fəaliyyəti üçün hüquqverici sənəd Qaradağ rayon İcra Hakimiyyətinin 14.09.1994-cü il tarixli 1112 saylı sərəncamı olmuşdur.
Daha sonra, yəni Qaradağ rayon İcra Hakimiyyətinin 17.04.2000-ci il tarixli, 321 saylı sərəncamı ilə mağazanın tikintisi üçün ticarət cərgəsində ayrılmış torpaq sahəsinin iddiaçının adına keçirilməsinə icazə verilmiş və mağazanın tikintisi rayon İH-nin aparatının memarı ilə razılaşdırılmaqla layihə əsasında aparılmışdır. Mağazanın tikintisinə bazarın və ya bazar rəhbərliyinuin heç bir vəsaiti xərclənməmişdir. Belə ki, həmin mağaza bilavasitə Qaradağ rayon İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının şəxsi vəsaiti hesabına tikilərək fəaliyyət göstərmişdir.
Göründüyü kimi, mübahisəli mağaza fiziki şəxsin əmlakıdır, dövlət əmlakı deyil.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Mülki Məcəllənn 158-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ əmlak hüququ hesab edilir və qanunla müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
Mülki Məcəllənin 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
Mülki Məcəllənin 153.4-cü maddəsinə əsasən, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
Mülki Məcəllənin 154.1-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.
Mülki Məcəllənin 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.
Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə tətbiq etməli olsa da tətbiq etməmiş, bununla da maddi hüquq normaları pozulmuşdur.
Ən başlıcası odur ki, Ş.Şamilova məxsus mağaza bazarın ərazisində deyil. Bazarın ərazisinin hüdudları mübahisəli və qeyri-müəyyən olmaqla ilkin sənədlərə yox, sonradan, yəni 1997-ci ildə tərtib edilmiş texniki pasporta əsaslanır. Hansı ki, həmin texniki pasportdan da görünür ki, bazarın içərisində mağaza olmamışdır. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 may küçəsi 7-də yerləşən 15 saylı kolxoz bazarı 1983-cü ildə inşa edilmişdir (texniki pasportun göstəricisinə əsasən). Lakin həmin bazarın tikintisinin aparılması üçün torpaq sahəsinin ayrılması, ilkin tikinti-layihə sənədləri və s.sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
Bir sözlə, bazarın ilkin sənədləri məhkəməyə təqdim edilmədiyindən 1997-ci ildə tərtib edilmiş texniki pasportun məhkəməyə təqdim edilmiş surətini qanuni hesab etmək düzgün olmasa da apellyasiya instansiyası düzgünlüyü tərəfimizdən mübahisəsləndirilən həmin saxta texniki pasporta istinad edərək iddia tələbimizi rədd etmişdir.
Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.
Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, öz vəsaiti hesabına tikilmiş və sahibi olduğu mağazanın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bazarın tərkib hissəsi kimi 2010-cu ildə pasportlaşdırılaraq hərraca çıxarılmasını və bazarla heç bir əlaqəsi olmayan şəxsə satılmasını, hərrac protokolunu, nəticə etibarilə özəlləşdirməni qanuni hesab etmişdir.
Birinci instansiya məhkəməsində inzibati icraat zamanı olduğu kimi apellyasiya icraatı zamanı da kolxoz bazarının ilkin sənədlərinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinin zəruriliyi barədə tərəfimizdən dəfələrlə vəsatət qaldırılsa da və bununla bağlı cavabdehə məhkəmə tapşırığı verilməsi dəfələrlə məhkəmədən xahiş edilsə də, birinci instansiya məhkəməsindən fərqli olaraq cavabdehə məhkəmə tapşırığı verilməmiş, cavabdeh ilkin sənədləri birinci instansiya məhkəməsində olduğu kimi yenə də məhkəməyə təqdim etməmişdir.
Hansı ki, İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İnzibati Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
İnzibati Prosessual Məcəlləsinin 12.4-cü maddəsinə əsasən, proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən, inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar.
Lakin məhkəmə kollegiyası tərəfindən sadalanan prossesual hüquq normalarının tələblərinə riayət edilməmiş, apellyasiya instansiyası məhkəməsi inzibati icraat zamanı birtərəfli, yəni cavabdehin xeyrinə mövqe tutaraq ümumiyyətlə dəlil və vəsatətlərimizə heç bir əhəmiyyət verməmişdir.
Mübahisənin mahiyyəti üzrə ən başlıca məsələlərdən, yəni mağazanın bazara yox, yalnız mənə məxsus olduğunu sübut edən əsas hallardan biri aşağıdakından ibarətdir:
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 noyabr tarixli 332 nömrəli fərmanı əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti 22 dekabr 1992-ci il tarixli 683 saylı qərar qəbul etmişdir ki, həmin qərara əsasən kolxoz bazarları dəyəri yerli icra hakimiyyəti orqanları tərəfindən ödənilməklə “Azərittifaq”ın balansından alınaraq müvafiq rayon icra hakimiyyətlərinə verilmişdir. Odur ki, “Azərittifaq”ın bu barədə 12 fevral 1993-cü il tarixli 12 saylı əmri əsasında 15 fevral 1993-cü il tarixdə “Azərittifaq”ın, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsinin və bazar rəhbərliyinin iştirakı ilə komissiya yaradılmış və müvafiq akt əsasında bazar təhvil-təslim edilmişdir. Təhvil-təslimin nəticəsi üzrə bazarın baş mühasibi V.Xrunovanın iştirakı ilə akt tərtib edilmiş və aşağıdakı əsas vəsaitlər aktda öz əksini tapmışdırır:
1. Ticarət mərkəzi-1 ədəd. 2. Poviliyon gürcü tipli- 6 ədəd. 3. Televizor -1 ədəd. 4. Soyuducu şkaf -1 ədəd 5. Soyuducu prilavka -1 ədəd. 6. Translyasiya qurğusu -1 ədəd. 7. Kondisoner BK – 1500 -1 ədəd. 8. Kondisoner qurğusu -1 ədəd.
Göründüyü kimi, kolxoz bazarı ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə yalnız yuxarıda göstərilənlər təhvil verilmişdir ki, həmin mağazada bu siyahıda yoxdur.
Ən başlıcası, əgər Ş.Şaqmilovun mağazası, kolxoz bazarı Qaradağ Rayon İcra Hakimiyyətinin balansına keçdikdən sonra onun yox, İcra hakimiyyətinin vəsaiti hesabına tikilmişdirsə, onda həmin mağazanın tikilməsi haqqında müvafiq sərəncam və layihə-smeta sənədləri olmalı və mağazanın tikintisinə dövlət büdcəsindən pul vəsaiti ayrılmalı idi. Hansı ki, bu barədə heç bir sənəd yoxdur.
Digər tərəfdən, bazarın tikintisi üçün 1983-84-cü illərdə ayrılmış torpaq sahəsinin sərəncamı və layihə-smeta sənədləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün bazarın həqiqi hüdudlarının məhkəmədə müəyyən etmək, qətiyyən mümkün deyildir. Bunun üçün verdiyimiz vəsatət əsasında məhkəmə kollegiyası ən azı yerində baxış keçirməli idi. Əgər yerində baxış keçirilsəydi şübhəsiz ki, Neft Şirkətinə məxsus qarajın sərhəddi ilə bazarın sərhəddini müəyyənləşdirmək mümkün olardı. Çünki Neft Şirkətinə məxsus qaraj bu gün də yerindədir, bazar isə Neft Şirkətinə məxsus olan və neft mədənlərinə xidmət üçün yaradılmış at arabası qarajının yerində tikilmişdir. Həmin dövrdə bazar üçün də ayrılmış həmin sahənin, yəni at arabası qarajının bir hissəsi, Bakıelektrikşəbəkənin inzibati binası olmadığı üçün onlara, bir hissəsi isə OADKYC-nin motosikletlərinin qarajı kimi həmin cəmiyyətə verilmişdir. Bütün bunları biz məhkəməyə izah etsək də məhkəmə kollegiyası bizim həmin dəlillərimizə də etinasız yanaşmış və həmin izahat protokola da əlavə edilməmişdir.
Birinci instansiya məhkəməsində Qaradağ rayon İcra Hakimiyyətinin baş memarı Naiq Səmədov ifadə verərkən bildirmişdir ki, vaxtilə Qaradağ Rayon İH tərəfindən bazarın içərisində qoyulmuş köşklər yığışdırılaraq bazarın ön hissəsində ticarət cərgəsi yaradılmış və 11 nəfərə orada mağaza tikintisi üçün torpaq sahəsi ayrılmışdır ki, Ş.Şamilova da ayrılmış torpaq sahəsi məhz həmin cərgədədir.
Lakin hakim Valeh Ağayev nümayəndəmin (vəkilimin) təkidli xahişlərinə baxmayaraq nə memarın ifadəsini nəzərə almış, nə də ki, onu yenidən dindirmiş, digər tərəfdən isə mübahisəli obyektə yerində baxış keçirməmişdir. Əksinə, hakim cavabdehin vəkili kimi çıxış edərək öz hakimlik borcunu unutmuş və onları istiqamətləndirmişdir.
İş üzrə 3-ü şəxs Qasımov Hüseyn Əlibala oğlu həmin ticarət cərgəsində yerləşən mağazaların bir hissəsini öz əvvəlki sahiblərinə qaytarmış, qalan hissəsini isə dayısı Paşayev Adil Süleyman oğlunun adına keçirmişdir ki, hakim V.Ağayev bunu öz qərarında da göstərmişdir. Necə ola bilər ki, eyni ticarət cərgəsində olan mağazaların bir hissəsi sahiblərinə qaytarılır, bizə məxsus mağaza isə qaytarılmır? 12 ildən yuxarı bir müddət ərzində işlətdiyimiz mağaza əgər bazara məxsus idisə, bu halda necə ola bilər ki, biz bazar rəhbərliyi ilə icarə müqaviləsi bağlamamış və heç bir icarə haqqı ödəməmişik, əksinə, vergilər idarəsində fiziki şəxs kimi uçota durub fəaliyyət göstərmişik?
Məhkəmə kollegiyası digər bir iş üzrə, yəni mübahisəli kolxoz bazarının ümumi alqı-satqısının və özəlləşdirilməsinin etibarsız hesab edilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin icraatında başqa bir inzibati işin olması, bu səbəbdən də iş üzrə icraatın dayandırılması barədə vəsatətimizə də əhəmiyyət verməmiş və onu təmin etməmişdir (həmin iddia ərizəsinin surəti məhkəməyə təqdim edilmişdir).
Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.
Lakin bütün bu məsələlər apellyasiya instansiyasının məhkəmə kollegiyasının diqqətinə çatdırılsa da, məhkəmə kollegiyası heç bir tədbir görməmiş, əksinə birinci instansiyası məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsini formal mülahizələr əsasında ləğv etmişdir.
Hansı ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
Bu mənada Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Məhkəmənin belə qərəzli mövqeyini əvvəlcədən bildiyimizə görə (belə ki, apellyasiya instansiyasında icraat hələ başa çatmamış və qərar qəbul edilməmişdən bir neçə gün əvvəl Qaradağ rayon İcra Şöbəsindən bizə mağazanı boşaltmaq xəbərdarlığı edilərək bildirilmişdir ki, onsuz da bir neçə gündən sonra məhkəmə qərarı olacaq və onlar mağazanı boşaltmağa gələcəklər!?) tərəfimizdən “Dünya İnformasiya Agentliyi”nin saytında və “Gündəm xəbər” qəzetinin 25 sentyabr 2012-ci il tarixli sayında məqalə dərc edilmiş və həmin yazılarda məhkəmənin ədalətsiz qərar qəbul ediləcəyi barədə əvvəlcədən məlumat verilmişdir.
Bütün şərh edilənlərdən göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin işə baxan məhkəmə kollegiyası tərəfindən formal qərar qəbul edilmiş, sübutlar kifayət qədər araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, belə olan halda həmin qərar qanuni və əsaslı hesab edilə bilməz.
Lakin, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının Hakimi Xanım N.Rəsulbəyova işə baxarkən iş üzrə dəlillər yəni vəkil R.İbrahimovun və nümayəndə A.Ağayevin Dövlət Əmlakının İdarəetməsi Dövlət Komitəsində birgə araşdırmalar zamanı sübut olundu ki, həqiqətən Ş.Şamilova məxsus mağaza bazara heç bir aidiyyəti yoxdur və Ş.Şamilov tərəfindən öz vəsaiti hesabına RİH-nin müvafiq sərəncamı ilə tikilmişdir.
Məhkəmə prossesində iştirak edən Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin vəkili xanım Esmira Hüseynova və nümayəndə Lalə Hüseynova çıxış edərək Şamilov Şamilin kasassiya şikayətini düzgün hesab etmiş və aqı-satqı müqaviləsinin qismən ləğv edilməsini 1 saylı İnzibati-İqtisad Məhkəməsinin 2-inz (81)-746/2012) saylı iş üzrə 18 may 2012-ci il tarixli qərarı qüvvədə saxlamağını və Bakı Apellyasiya Məhkəmsinin 26 sentyabr 2012-ci il tarixli (iş N-2-1inz (103)-862/2012) qərarını ləğv etməsini xahiş etmişdir. Lakin hakim bunlara əhəmiyyət verməmiş, çıxışlar protokola qeyd edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
Hörmətli Ramiz müəllim Cənab Prezident sahibkarlara sahib çıxdı. 12 fevral müşavirəsində məmurlara öz sərt ifadəsilə bunu bəyan etdi. Cənab Prezident öz çıxışında demişdir ki, məmurlar problemə biganə yanaşırsa, insanların rəğbətini qazana bilmirsə, ədalətdən uzaqdırlarsa onlar haqqında ciddi ölçü götürüləcək. Artıq buna başlanmışdır. Korrupsiya bütün cəmiyyətlərdə olur, rüşvət unikal cinayətdir. Hakimin satmağa nə malı var, nə başqa bir şeyi. O, dövlətin Konstitutsiyasını satır, Ədaləti satır.
Ulu Öndər demişdir: Dövlət o zaman məhvə gedir ki, ədalətsiz qərar qəbul olunur, cinayətkar cəzasız qalır, insanlar əsassız cızalandırılır. O zaman vətəndaşlar məmurlara qarşı çıxır, buda acı nəticələrə səbəb olur.
Siz Ali Məhkəmənin Sədrisiniz.! Biz kimə müraciət etməliyik?
Süleyman Mikayılov hər yerdə özünü Sizə qohum kimi qələmə verir və məhkəmənin sonluğunu belə bitəcəyini əvvəldən deyirdi. Bu da, həm apellyasiya və həmdə Ali Məhkəmədə öz təsirini göstərdi.
Xahiş edirəm koissiya yaradın. Əyər doğurdanda bu işdə Siz maraqlı deyilsinizsə bu işi etibar etdiyiniz mütəxəssizlərə yoxlatdırın.
Harada görünüb ki, iddiaçının tələbini cavabdeh qəbul edirsə və bu qanunla tənzimlənirsə bunun hakim əksinə getsin.
Hörmətli Ramiz müəllim Sizin bəzi hakimlər belə hərəkətləri ilə seçki ərəfəsində insanlar arasında narazılığa səbəb olur və əlbəttə bu da səsvrmədə öz təsirini göstərəcəkdir.
Sizin bəzi hakimlər bunu bilərəkdən və yaxudda bilməyərək etməkləri Cənab Prezidentə qarşı təxribatdır.
Cənab İlham Əliyev siyasi fəaliyyətinə Qaradağ rayonundan başlayıb, 5 il bizi Milli Məclisdə layiqincə təmsil edib. Həmin dövrdə mən RİH-nin başçısının müavini olmuşam. Rayonun 1 illik büdcəsi indiki pul ilə 800 000 manat olduğu halda, biz Cənab İlham Əliyevin rəhbərliyi altında 2 yeni park tikmişik və 130 yaxın şəhid ailələrinə və Qarabağ əlillərinə ev vermişik. 600 km yaxın qəsəbə arası və qəsəbə daxili yol təmir etmişik. Xeyli miqdarda digər abadlıq işləri görmüşük. Bizi Cənab Prezident tanıyır.
Xahiş edirəm vəkil R.İbrahimov və nümayəndəm A.Ağayevin iştirakı ilə bu məsələnin araşdırılmasını və ədalətli qərar qəbul edilməsini və təqsirkarları tənbeh edilməsi məsələsinə sərəncam verəsiniz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|