BAKIDA 25 YAŞLI GƏNCİ ÖLDÜRDÜLƏR
Tarix: 21-01-2013, 10:09 |
Çap et
NƏ SƏBƏB BƏLLİDİR, NƏ DƏ QATİLBakıda bir nəfər gənc aldığı bıçaq yarasından xəstəxanada keçinib.
Bakının Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 20-də saat 19:00 radələrində 1988-ci il təvəllüdlü Ağayev Elxan Akif oğlu bıçaq xəsarəti ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olub. Yaralıya tibbi yardım göstərilməsinə baxmayaraq, Ağayev aldığı xəsarətdən yanvarın 21-i saat 00:00 radələrində ölüb.
Hələlik qətlin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı ilə AR CM-in 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.