“AYAZ MÜTƏLLİBOV ARTIQ AYAQQABLARINI HAZIRLAYIB”
Tarix: 18-11-2011, 13:51 |
Çap et
“BUNDAN SONRA QAYIDIŞ MƏSƏLƏSİ HƏLLİNİ TAPACAQ”
“Prezident İlham Əliyev eks-prezidentlərlə bağlı qanunu imzalayan kimi Ayaz Mütəllibov Azərbaycana qayıdacaq”. Bu barədə Modern.az saytına Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə açıqlamasında bildirib. Onun sözlərinə görə, eks-prezident Moskvadan vətənə qayıtmaq üçün hazırılıq aparır.
“Biz indi Prezident İlham Əliyevin Milli Məclisin qəbul edəcəyi qanunun imzalamasını gözləyirik. Bundan sonra qayıdış məsələsi həllini tapacaq”-deyə A.Əlizadə vurğulayıb.
“Ayaz müəllim artıq ayaqqablarının bağlarını çəkərək vətənə qayıtmağa hazırlaşır”-deyə ASDP həmsədri sevincini gizlətməyib.
Bununla yanaşı, A.Əlizadə eks-prezidentin yenidən siyasi fəlaiyyətlə məşğul olacağı ilə bağlı Mütəllibovla heç bir müzakirənin aparılmadığını deyib.
A.Əlizadə bu qanunun qəbul edilməsində müstəsna siyasi iradə göstərdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
Xatırladaq ki, Milli Məclis noyabrın 15-də “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edib.