Benzin böhranı .....                     “KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... .....                     Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR .....                     Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB .....                     “Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” .....                     Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək .....                     4 kənd, yoxsa sülh müqaviləsi? .....                     Rusiya artıq Azərbaycanı itirib .....                     "RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı .....                     Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib .....                     İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi .....                     Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                 

RAMİZ MEHDİYEV KİMLƏRƏ HANSI MESAJI ÖTÜRDÜ?
Tarix: 8-12-2012, 09:44 | Çap et
RAMİZ MEHDİYEV KİMLƏRƏ HANSI MESAJI ÖTÜRDÜ?
PA ŞEFİNİN ÇIXDIĞI YOLÇULUQ BİR ÇOXLARINI BİTİŞ NÖQTƏSİ OLACAQ

DİA.AZ: - Dünən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Elşad Abdullayevin sonuncu açıqlamasına olduqca ilginc tərzdə münasibət bildirdi ki, bu açıqlamalar da haqlı olaraq cəmiyyətdə müxtəlif istiqamətlərə yozuldu. Həmin açıqlamalara keçməzdən öncə bir məsələni vurğulamaq yerinə düşər ki, son zamanlar cərəyan edən olayların episentrində olan Ramiz Mehdiyev artıq müdafiə olunmaq zərurəti hiss edib və eyni zamanda, ona hücum edənlərə ismarıclarını yollamağı da unutmur.

Xatırladaq ki, buna qədər PA şefi, barəsində yazılanlara ya ümumiyyətlə reaksiya verməyən, ya da xəsisliklə, dolayı yollarla reaksiyasını çatdıran bir tərz nümayiş etdirdiyindən, onun artıq aktiv polemika tərəfdaşına çevrilməsi kifayət qədər diqqət çəkicidir. Qeyd edək ki, bir neçə gün əvvəl Ramiz Mehdiyev millət vəkili Rəbiyyət Aslanova tərəfindən müdafiə olunmuşdu. Və bu müdafiənin ardından belə bir qənaət ortaya qoyuldu ki, administrasiya rəhbərinin hakimiyyət içindəki mövqeləri kifayət qədər sarsıldığından, belə bir müdafiə zərurəti ortaya çıxıb.

İndi isə Ramiz Mehdiyevin özü danışdı və artıq məsələlərə yekun nöqtə vurma cəhdini də ortaya qoydu. В«Elşad Abdullayev kimlərinsə əlində bir alətdirВ» deyən PA şefi əslində bununla növbəti açıqlamasının mahiyyəti ilə bağlı da bilgilərini anons etmiş oldu. Yəni sırada Elşad Abdullayevdən alət kimi istifadə edənlərin ifşası gəlir.

Nə baş verir? Hər halda, DİA.AZ olaraq baş verənlərin mahiyyətini izahlamamıza qədər Mehdiyevin dünənki açıqlamalarını təkrarən bölüşməyimizə ehtiyac var.

R. Mehdiyevin açıqlamasında deyilir: “Dekabrın 7-də müxalifət mətbuatında ölkədən qaçıb gizlənən Elşad Abdullayevin növbəti cəfəngiyatı ilə tanış oldum. Görünür, bu adamın xəstəliyi o qədər dərin kök salıb ki, ya bilmir nə danışır, ya da böhtan, yalan və uydurmaları ilə özünün əməllərini ört-basdır etmək istəyir. Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub.

Deputatlığı ilə bağlı isə onun mənimlə heç bir zaman heç bir söhbəti olmayıb. Bu da onun növbəti uydurmasıdır. O ki qaldı guya ABŞ səfirliyi bizdən tələb edib ki, İsa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir, bu da onun xəstə beyninin məhsuludur. Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim. Özü də bir-iki dəqiqə ərzində, ayaq üstə dura-dura. Bu yalanı və uydurması ilə o, həm də müxaliflər arasında intriqa salmaq istəyir. Guya biz sırf Müsavat Partiyasını dəstəkləyirik...

Onun cəfəng, böhtan, uydurma bəyanatları görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Şəxsiyyəti və əməlləri isə yüzlərlə saxta diplom vermiş gənclərə və onların valideynlərinə, dələduzluq yolu ilə aldatdığı insanlara bəllidir. O ki qaldı onun fırıldaqçılığına və qurduğu primitiv oyunlara, deyə bilərəm ki, bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb”.

Biz bu açıqlamada, Ramiz Mehdiyevin müxalifətlə bağlı yaratmaq istədiyi situasiyanı dəyərləndirməyəcəyik. Hər şey aydındır. Amma burada əsas diqqət çəkəni Ramiz Mehdiyevin çöküş mərhələsinin astanasında olması ilə bağlıdır. Artıq PA şefinin hətta istinad nöqtəsi kimi quru bir ağacın quru bir budağına ehtiyacının olduğu tam çılpaqlığı ilə ortadadır. Ramiz Mehdiyev artıq onu nələrin gözlədiyinin tam fərqindədir. Əgər bu gün o, В«cəfəngiyyatçıВ» adlandırdığı Elşad Abdullayevə şəxsən opponentlik edirsə, deməli, məsələ başqadır. Halbuki dünənə qədər bu kimi situasiyalarda ilk əvvəl susurdular və sonradan ya hansısa açıqlama formasında, ya da PA-nın şöbə müdiri Əli Həsənovun dili ilə məsələyə В«öldürücüВ» reaksiya verirdilərsə, indi artıq tamam fərqi şərait yaranıb. Ramiz Mehdiyev özü danışır.

Ola bilsin ki, kimsə onun əvəzindən danışmaq istəmir. Və ola bilsin ki, artıq onun bütöv administrasiyanın adından danışmaq yetkisi yoxdur. Halbuki yenə də öz ünvanına olan ittihamları yenə də PA-nın ümumi adına paylaşma cəhdini də В«bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıbВ» ifadəsi ilə ortaya qoyub. Yəni əslində Elşad Abdullayev konkret bir şəxsi hədəf kimi göstərir, amma Ramiz Mehdiyev cəbhə genişləndirməsinə cəhd edir. Və buradan məsələnin nə yerdə olduğu yenə də bəlliləşir.

Təbii ki, biz Elşad Abdullayevin müqəddəs bir sima olduğunu iddia etmirik. Və biz də yaxşı bilirik ki, bu gün Elşad Abdullayevə qarşı konkret ittihamlar irəli sürən Ramiz Mehdiyevin həmin istiqamətdəki bütün fikirləri həqiqətdir. Həqiqətən də, Elşad Abdullayevə məhz Azərbaycan Beynəlxalq Universitetindəki əməlləri ilə bağlı cinayət işi açıla bilər və adam buna görə mühakimə oluna bilər. Çünki keçmiş rektor ora-bura səpələdiyi milyonlarla puldan danışsa da, nədənsə həmin pulların qaynağı barədə susur.

Amma bu məsələ tamam ayrı bir mövzu olduğundan və bu gün aktual olanı məhz Ramiz Mehdieyvlə bağlı olduğundan bir qədər əhəmiyyətli görünmür. Yəni söhbət kiminsə haradan bu qədər pulu əldə etməsindən getmir, söhbət Azərbaycan dövləti adına kimlərinsə siyasi bazarlıq açmasından, insanları oğurlamasından, böyük pullar uğrunda acımasız mübarizədən və bütün bunların altında çox ciddi imzaların dayanmasından gedir.

Və aydın olanı odur ki, Ramiz Mehdiyevin bu gün qarşı tərəfə xəfif ruhlu bir hədələyici ismarıc yollaması faktı fonunda ortaya konkret bir mənzərə çıxmaqdadır: PA şefi həqiqətən də yol üstündədir və bu yolçuluğu tək onun yox, bir çoxlarının siyasi karyerasının bitiş nöqtəsi olacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Benzin böhranı - İranı iqtisadi modelini dəyişdirməyə məcburdur
Bu gün, 06:33
“KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Bu gün, 06:31
Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
Bu gün, 06:27
Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB - MALƏSƏF...
Bu gün, 06:22
“Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” - Etibar Məmmədov
Bu gün, 06:14
Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək - İrəvan “hə” dedi...
Bu gün, 06:09
4 kənd, yoxsa sülh müqaviləsi? - AKTUAL
Bu gün, 06:07
Rusiya artıq Azərbaycanı itirib - FAKT BUDUR!
Bu gün, 06:05
"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01
İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Dünən, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Dünən, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Dünən, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Dünən, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Dünən, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünən, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Dünən, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Dünən, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Dünən, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Dünən, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Dünən, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Dünən, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Dünən, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Dünən, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Dünən, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Dünən, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Dünən, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Dünən, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru