Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir .....                     “Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı .....                     Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi .....                     “Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi .....                     Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı .....                     Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava .....                     Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... .....                     Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi .....                     Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi .....                     Simonyana “torba”nı onlar tikibmiş .....                     Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu .....                     Balakəndə qəbiristanlığı sel basdı: .....                     "Rabitəbank"da yeni təyinatlar .....                     "Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." .....                     Təhsil TV-yə yeni direktor təyin edildi .....                     Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... .....                     "Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb .....                     Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? .....                     Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır .....                     “Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” .....                     Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? .....                     Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? .....                     "Bakını sürücülərin başına dar etməyin!" .....                     “Arzum”la Etibar Məmmədovu nə birləşdirir? .....                     ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, .....                     Ağcabədi sakininə saxta attestat verilib .....                     Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu .....                     Sülh sazişi gələn ilə qaldı? .....                     "Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" .....                     Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar .....                     ABŞ bombaladı .....                     Rusiya azərbaycanlıları “günah keçisi” edib .....                     Seyran Ohanyanın Göyçə sahilindəki əmlakı söküldü .....                     ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər .....                     İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıb .....                     NATO-nun Ankara zirvəsi: .....                     “Nadir Quliyev adına Bakı-Taxıl”ın GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB .....                     5 ildə nazirliyə 386 milyonluq heyvan satan şirkətin nə saytı, nə də sosial mediası var .....                     50 000 manatadək cərimələr: Bu model iqtisadiyyatı hara aparır .....                     ABŞ Zəngəzurda "yeni neft" tapıb .....                 

“BU CÜR SPEKULYASİYA İSLAMA ƏN BÖYÜK HÖRMƏTSİZLİKDİR”
Tarix: 11-11-2011, 10:54 | Çap et
“BU CÜR SPEKULYASİYA İSLAMA ƏN BÖYÜK HÖRMƏTSİZLİKDİR”

“BİZİM ÜÇÜN TƏHLÜKƏ İRANDAN GƏLİR”

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafanın APA-ya müsahibəsi

- Azərbaycan Venesiya Komissiyasının xarici vətəndaşların ölkədə partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olması barədə təklifini qəbul etməyib. Siz necə fikirləşirsiniz, Azərbaycan bu təklifi qəbul etməli idimi?

- Məncə bu məsələdə Venesiya Komissiyasının rəyi tövsiyə xarakteri daşıyır. Yəni məcburi deyil. Azərbaycan hökumətinin bu rəyə aludə olaraq özünün düzgün saydığı qanun layihəsindən yayınması yanlış olardı. Xarici ölkə vətəndaşının Azərbaycanda siyasi partiya yaratmaq, yaxud maliyyələşdirməsi məsələsinin mümkünsüzlüyü Azərbaycan tərəfindən daha çox müharibə vəziyyətinin olması ilə izah edilə bilər. Yəni əgər Venesiya Komissiyasının təklifi qəbul olunarsa, hansısa Ermənistan vətəndaşı Azərbaycanda siyasi partiya yarada bilər. Yaxud Azərbaycandakı hansısa siyasi partiyanı Ermənistanın xüsusi xidmət orqanları maliyyələşdirə bilər. Azərbaycan buna necə imkan verə bilər? Ona görə də bu təklifə müsbət cavab verilməsi doğru olmazdı və real deyil.

- Uzun müddətdir siyasi partiyalara dövlət büdcəsindən maliyyə ayrılması mexanizmləri mövzusunda müzakirələr gedir. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

- Bu məsələ ilə bağlı bizim konkret layihəmiz var. Həmin layihədə maliyyələşmə üçün bir neçə variant nəzərdə tutulub. Partiyalara maliyyə yardımı ilk öncə ona görə edilməlidir ki, partiyaların effektiv fəaliyyət göstərmək imkanları açılsın. Düşünürəm ki, maliyyə məsələsində parametr olaraq sonuncu parlament seçkisinin nəticələri götürülməlidir. Yəni parlamentdə təmsilçilik, sonra isə parlamentdəki təmsilçilərin sayı əsas götürülməlidir. Digər meyar olaraq ölkədə demokratiyanın inkişafı naminə parlamentdə təmsil olunmayan, lakin son seçkilərdə bəlli bir səviyyədə səs toplamış partiya və bloklar maliyyələşmənin subyekti ola bilər. Məsələn, 20-25 min səs toplamış partiyaya maliyyə yardımı ayrılır. Əgər bunlar olarsa, Azərbaycanda yeni dövrün başlandığını elan edə bilərik.

- Bu yaxınlarda Milli Məclisdə dini fəaliyyətlə bağlı qanuna dəyişikliklər layihəsi müzakirə olundu. Öz hesabına xaricdə dini təhsil alan şəxslərin Azərbaycanda din sahəsində çalışmasını qadağan edən bəndə qarşı çıxmağınızı necə izah edərdiniz?

- Bu, sadəcə problemin mahiyyətini dərindən dərk etmədən onu daha çox kriminallaşdırmaq yolu ilə irəli sürülən təşəbbüslərdir. Məsələn, Azərbaycanda narkomaniya ilə bağlı proseslər dərindən öyrənilmədiyi və ona daha çox kriminal hadisə kimi baxıldığına görə narkotik istifadəçilərin, həmçinin onu satanların sayı kütləvi şəkildə artıb. Narkotik istifadəçilərinin müalicəsi barədə düşünmək lazımdır, nəinki onları bir neçə illiyə həbs edərək azadlığa çıxdıqdan sonra yenidən istifadəçiyə çevrilmələrinə şərait yaratmaq. Dini məsələyə vicdan azadlığı kontekstində baxmaq lazımdır. Sanki bizdə bəziləri belə düşünür ki, bir dindən çıxmaq bir partiyadan çıxmaq kimi bir şeydir. Yəni bunu vicdan məsələsi kimi anlaya bilmirlər. Prosesin içinə girib ona sahib çıxmaq, dindarlara da bir vətəndaş kimi yanaşmaq, problemlərini anlayaraq onların daha çox dövlətlə, cəmiyyətlə iç-içə olma yollarını axtarmaq lazımdır. Ancaq əksinə, onları cəmiyyətdən təcridetmə yoluna gedirlər. O qədər absurd yanaşma var ki... Məsələn, xaricdə təhsil alanlar islam ayin və mərasimlərini həyata keçirə bilməzlər. Bu, ancaq islama aiddir. Əslində bu nə deməkdir? Birincisi, keyfiyyətli təhsil almaq hüququna qəsddir. Bu məsələdə bütün xarici təhsilli vətəndaşlarımıza şübhə ilə yanaşmaq yerinə, əgər bu adamların əcnəbi xüsusi xidmət orqanları ilə bağlılığı varsa, bunu müvafiq orqanlarımız araşdırıb ortaya qoysun, hüquqi qiymət verilsin. Amma bütün vətəndaşlarımızın - əgər xaricdə təhsil alıbsa, göndərişlə getməyibsə - hamısından ehtiyat edəriksə, artıq dinin cəhalət tərəfi inkişaf etməyə başlayacaq. Yaxud, kimsə Həcdən qayıdanda kiməsə beş təsbeh bağışlayıbsa, həmin adam artıq inzibati məsuliyyət daşıyır. Bunlar hamısı süni maneələrdir və dindarlarla dövlət arasında uçurum yaradır. Artıq neçənci dəfədir ki, bu cür dəyişikliklər olur. Özü də əsasən islamla bağlı olur bu məhdudiyyətlər. Əgər dinlərə bərabər yanaşılırsa, onda islama niyə məhdudiyyət qoyulur? Ümumilikdə bu cür dəyişikliklər yumşaq desək, xeyirli deyil.

- Azərbaycana din pərdəsi altında gələn təhlükənin miqyası nə qədərdir?

- Açığı, Azərbaycan üçün dinlə bağlı gələn təhlükənin əsas iki mənbəyi var: İran və Səudiyyə Ərəbistanı. Türkiyədən Azərbaycan üçün elə təhlükəli məqam, istiqamət yoxdur. Adını çəkdiyim iki ölkədən gələn təhlükə hətta o qədər irəli gedib ki, İranın səviyyəsiz bir ayətullahı Azərbaycan dövlətini hədələməklə məşğuldur. Buna yol verməmək üçün dindarlara, dinə qarşı bayaq sadaladığım kimi mövqe qoymaq yanlış olar. Əksinə, daha doğru islamın, daha səmimi, savaş içində olmayıb islamı siyasətə alət etməyən bir istiqamətin ölkəmizdə stimullaşdırılması önəmlidir.

- Azərbaycan İslam Partiyasının ölkədə qeydiyyatdan keçmədən fəaliyyət göstərməsinə münasibətiniz necədir?

- Bu məsələyə kriminal olay kimi yanaşmaq, yaxud hüquq-mühafizə orqanlarının üzərinə bu qədər problemi yükləmək əvəzinə daha anlayışlı addımlar atmaq lazımdır. Söhbət maarifçilik addımlarından gedir. Məsələn, islam adında partiyanın olması islama hörmətsizlikdir. Bu, cəmiyyətə təbliğ olunmalıdır. Təsəvvür edin, sabah bu adda partiya hakimiyyətə gəldi, hansısa sosial problemi həll edə bilmədi. Onda hörmətdən düşən islam olmalıdır? Bu adın bu cür spekulyasiya edilməsi islama ən böyük hörmətsizlikdir. Kimlər islam sözündən istifadə etməklə partiya yaradırlar, onlar islamın mənasını dərk eləmirlər.

- Ölkədə müxalifətdaxili inteqrasiya, əməkdaşlığın səviyyəsi sizi qane edirmi? Ümumiyyətlə, belə bir əməkdaşlıq varmı?

- Müxalifətdaxili inteqrasiya üçün çox çətin bir vəziyyət yaranıb. Bunun üçün ilk növbədə dövlətin siyasi partiyalarla bağlı siyasətində korrektələr edilməlidir və siyasi partiyaların rolunun artırılması istiqamətində addımlar atılmalıdır. İkincisi, siyasi partiyaların fəaliyyət müstəvisi hüquqi əsaslara dayanmalıdır. Çox təəssüf ki, Azərbaycanda müxalifətin fəaliyyətinin hüquqi bazası yoxdur. Ancaq odur ki, iqtidarda deyiləmsə, deməli, müxalifətəm, bu cür fəaliyyət göstərirəm. Ona görə də müxalifətin hər hansı şəkildə ölkə protokolunda yeri yoxdur. Ölkənin idarə olunmasında isə heç bir rolundan söhbət gedə bilməz. Bunlar demokratiyanın atamanlığını göstərir. Ona görə də biz çalışmalıyıq ki, ilk növbədə müxalifət fəaliyyətini hüquqi müstəviyə oturdaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir - Peskov
Bu gün, 15:33
“Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı
Bu gün, 15:09
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
Bu gün, 15:07
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi
Bu gün, 14:58
Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı
Bu gün, 14:54
Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava – QƏRAR
Bu gün, 13:12
Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... - FAKT BUDUR...
Bu gün, 13:08
Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi - SİYAHI
Bu gün, 12:55
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi - "Press TV"
Bu gün, 12:51
Simonyana “torba”nı onlar tikibmiş - Adları açıqlandı
Bu gün, 12:47
Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:44
Balakəndə qəbiristanlığı sel basdı: - İcra nümayəndəsi son vəziyyəti AÇIQLADI
Bu gün, 12:35
"Rabitəbank"da yeni təyinatlar - BUNDAN SONRA...
Bu gün, 12:27
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." - Ansamblı haqdakı şayiələrə son qoydu
Bu gün, 12:24
Təhsil TV-yə yeni direktor təyin edildi - FOTO
Bu gün, 12:21
Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... - ÇÜNKİ...
Bu gün, 12:19
"Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb
Bu gün, 12:16
Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? - İTTİHAM VAR...
Bu gün, 12:07
Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır - DETALLAR
Bu gün, 12:03
“Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” - Poqosyan
Bu gün, 11:59
Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? - Məşhur aşpaz AÇIQLADI
Bu gün, 11:57
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? - İLGİNC
Bu gün, 11:48
"Bakını sürücülərin başına dar etməyin!" - AYNA-ya sərt MESAJ
Bu gün, 11:46
“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal
Bu gün, 11:41
ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, ötən ili 17 milyon manat üzərində zərərlə başa vurub
Bu gün, 11:40
Ağcabədi sakininə saxta attestat verilib -"Heç yer qəbul etmir, araşdıran yoxdur"/FOTO
Bu gün, 11:34
Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu - MƏHKƏMƏ
Bu gün, 11:27
Sülh sazişi gələn ilə qaldı? – İrəvandan müəmmalı MÖVQE
Bu gün, 11:20
"Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" - Hacı İsmayılov
Bu gün, 11:15
Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar - TƏFƏRRÜAT
Bu gün, 11:13
ABŞ bombaladı - İran generalı öldü
Bu gün, 11:10
Rusiya azərbaycanlıları “günah keçisi” edib - Ekspert deyir ki...
Bu gün, 11:07
Seyran Ohanyanın Göyçə sahilindəki əmlakı söküldü – FOTO
Bu gün, 11:05
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - ŞƏRH
Bu gün, 11:03
İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıb
Bu gün, 11:01
NATO-nun Ankara zirvəsi: - real siyasət, nəticə və açıq qalan suallar
Bu gün, 10:58
“Nadir Quliyev adına Bakı-Taxıl”ın GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB – HESABAT
Bu gün, 10:57
5 ildə nazirliyə 386 milyonluq heyvan satan şirkətin nə saytı, nə də sosial mediası var - İcazə verin, şübhələnək...
Bu gün, 10:53
50 000 manatadək cərimələr: Bu model iqtisadiyyatı hara aparır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:49
ABŞ Zəngəzurda "yeni neft" tapıb - GƏLİŞMƏ
Bu gün, 10:44
Culfada fermer ÇƏTİN DURUMDA... - QƏSDDƏN SU VERMİRLƏR Kİ...
Bu gün, 10:40
Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:01
Yemək yemək istədilər... AC QALDILAR... - GİLEY
Bu gün, 09:35
ABŞ-ın İrana son hücumlarının əsl hədəfi - İNCƏLƏMƏ
Bu gün, 09:22
Savaş Rusiyanın içindədir... - Və bu artıq adi xəbərdir...
Bu gün, 08:30
Türkiyə Rusiyadan aldığı S-400-ləri Fars körfəzi ölkəsinə satıb - "Hürriyet"
Bu gün, 08:23
Bu, Rusiyanın siyasi ismarıcı da ola bilər... - AKTUAL
Bu gün, 08:14
Azərbaycan Rusiyanın "günahkar" axtarışının hədəfində - NƏ BAŞ VERİR?
Bu gün, 08:04
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Bu gün, 08:02
"Onun sözlərini manşetə çıxarırsınız, dəyər verirsiniz... nə bilim ala..." - partiya sədri
Bu gün, 08:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru