"İsmayıllı rayonun kəndlərinin bir neçəsində, o cümlədən gölü ilə məşhurlaşan Aşıqbayramlı kəndində günlərdir ki, su yoxdur..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Ramina Eyvazqızı həyəcan təbili çalır.
Jurnalist daha sonra müraciətini belə davam etdirir: "İsmayıllı Rayon İcra Hakimiyyəti, Hörmətli icra başçısı Nahid Bağırov müəllim, mümkünsə, vaxtınız olanda, kəndlərə baş çəkib, vəziyyətlə maraqlanardınız.
Biz də sizi kimi meşə, yaşıllıq sevirik, dincəlmək istəyirik, amma susuz da olmur axı..."









