Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                 

“Onun adını verən kimi əl-ayağa düşdülər”
Tarix: 30-04-2025, 05:59 | Çap et
“Onun adını verən kimi əl-ayağa düşdülər”
Gözümüzü dünyaya açandan onu kinoda görmüşük. Uşaqkən uşaq filmlərində aktyor kimi, sonra böyüdük, böyük filmlərində rejissor kimi tanıdıq. Birinci hissəyə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Şir evdən getdi”, “Mən mahnı qoşuram”, “Bağ mövsümü”, Dovjenko kinostudiyasında çəkilən “Hazır olun, əlahəzrət” filmləri aiddir. İkinci hissədə isə “Məhbus”, “Əlvida”, “Qarabağdır Azərbaycan”, “Əlavə təsir”, “Dolu”, “Yarımçıq xatirələr” kimi bədii və sənədli filmlərin rejissorudur.

Onu da deyim ki, bu gün – aprelin 29-da sənətkarın 57 yaşı tamam olur.

Əməkdar incəsənət xadimi, aktyor-rejissor Elxan Cəfərov Pressklub.az üçün danışır:

Kino və mən

Yaradıcı ailədə doğuldum üçün uşaqlıqda kinematoqrafiya mənim üçün möcüzələr dünyası idi. Bu dünyaya düşdüm və geri dönüşüm olmadı. Rəhmətlik anam deyirdi ki, hələ balaca idin, hər gün “Vremya” xəbərlər proqramından sonra nümayiş olunacaq filmi gözləyirdin və yuxu səni aparırdı. Səhər durub heyfsilənirdin ki, kinoya baxa bilmədim. Kino bizi boz sovet reallığından daha rəngli aləmə atırdı. Uşaq vaxtı kino bizə nağıllar dünyası kimi gəlirdi. Bir müddət keçəndən sonra özüm kino aləminə düşdüm, filmlərə çəkildim. Uşaqlığımın 6-7 ili filmlərə çəkilməklə keçdi, həmin o möcüzələr dünyasına baş vurdum. O möcüzəni yaradan insanlarla görüşəndə onlara sehrkar kimi baxırdım, böyük hörmət edirdim onlara. Kinoya gəlişim onların yaratdığı dünya ilə bağlıdır.

İlk dəfə kino adlı nağıllar dünyasına “Sevinc buxtası” filmində düşdüm. Sonra bunsuz həyatımı təsəvvür edə bilmədim. “Mən mahnı bəstələyirəm” filminə çəkiləndə yeganə istəyim məktəbdən yayınmaq idi. Amma ora düşdünsə, daha çıxmırsan, çıxmaq olmur. Kinoya bir az ciddi baxmırdım, əyləncə hesab edirdim. Dəyərini bilmirdim, yeniyetmə düşüncəmlə bunu dərk etmirdim hələ.

Təki məktəbə getməyim

İndiyə qədər kameradan çəkinirəm, o vaxt da çəkinirdim. Kamera mənim üçün qorxuludur. Amma ardıcıl kinoya çəkirdilər məni. Sınaq çəkilişinə getdiyim yadıma gəlmir, bircə dəfə “Şir evdən getdi” filmində sınaq üçün çəkiblər, vəssalam. Qalan filmlərdə elə “ə, Elxan hanı, gətirin, getdik çəkilişə” deyirdilər. Anama zəng vururdular ki, Elxan məktəbə getməsin, çəkiliş olacaq. Mənə də bu lazım idi, təki məktəbə getməyim, amma həvəslə çəkilişə getdiyim də yadıma gəlmir. Mənimlə işləmək rejissorlara rahat idi, tanıyırdılar, kino nədir bilirdim, üstümdə əziyyət çəkmirdilər.

Uzun illər keçəndən sonra, məsələn elə “Bağ mövsümü” filminə baxanda düşündüm ki, ilahi, mən kimlərlə bir filmdə çəkilmişəm – Həsən Məmmədov, Səməndər Rzayev, Hamlet Qurbanov, Zemfira Sadıqovanın özü, amma o zaman bunun fərqinə belə varmamışam. “Bağ mövsümü” filmi 1985-ci ildə ekranlara çıxıb. 17 yaşım vardı, kinodan bir az uzaqlaşmışdım, “Azərbaycanfilm”ə heç getmirdim. Tofiq Tağızadə çağırdı ki, film var, gəl.

Məndə özümə də bəlli olmayan hisslər baş qaldırdı

“Bağ mövsümü” filmindən sonra instituta qəbul olundum və əsgərliyə getdim, düşdüm Hərbi Dəniz Donanmasına. İlk günlər şok yaşayırdım, 45 günlük karantin, cəhənnəm əzabı, gecə saat 2-də qaldırırlar nə bilim, neçəsə saniyəyə geyinib-soyunmalısan və sair. Adamın şəxsiyyəti yadından çıxır. Həmin günlərdə film ekranlara çıxmışdı və mənə şəkil atmışdılar. Şəklə baxdım, qayıtdım özümə, aha, mən aktyor imişəm, adammışam, bəs, bura haradır, mən burda neynirəm? Məndə özümə də bəlli olmayan hisslər baş qaldırdı. maraqlı nələrsə baş verdi.

Filmlərdə çəkiliş meydançasında olmağın narazılığı yağır üzümdən. “Bağ mövsümü”ndə o narazılıq simamda olmalı idi deyə, təbii alınıb. Amma indi baxıram, deyirəm nə yaxşı bu filmlərdə çəkilmişəm. Həsən Məmmədov həyatda çox yumşaq adam idi, bir həyətdə yaşayırdıq, bir ailə kimi idik, oğlu ilə bir yerdə oxuyuruq. Mərhəmət hissini həmişə onda görmüşəm, üstünə valideynlərimdən şikayətə getmişəm. Amma filmdə həmin Həsən əmi deyildi, məəttəl qalmışdım. Çəkiliş meydançasından o sənətkarları xatırlayıram. Səməndər əminin o vaxt 36 yaşı vardı, amma çox böyük, möhtəşəm kişi idi, mənə “qeroy” deyə müraciət edirdi.

Mirzə Babayev mənə deyib durmuşdu ki, evlən, bala. 17 yaşıma vardı e, deyirdi nəvəmlə evlən.

O düşüncə yerini milli təfəkkürə verdi

Böyüdükcə əmin idim ki, kinoda olacam və Moskva Dövlət Kinematoqrafiya İnstitutuna daxil oldum. Mühit bir az da böyüdü. Tələbə yataqxanasında kino ilə bağlı müzakirələrimiz mübahisəyə çevrilirdi. Müxtəlif xalqların nümayəndələri vardı, hər ölkənin filmi ilə tanış olurduq. Fərqli mədəniyyətləri öyrənirdik. Məsələn, Mərakeş şahzadəsi bizimlə oxuyurdu. Sonra 90-cı illər, məlum hadisələr, keçid dövrü, bütün sahələr kimi kinematoqrafiya da tənəzzülə uğradı.

Bir dəfə Şıxlinskaya adına xəstəxanada yatırdım, əməliyyat olunmuşdum. Tibb bacısı dedi ki, mən sizi deyəsən axı kinoda görmüşəm? Dedim, bəli, mən bu klinikasının sahibi Leyla xanım Şıxlinskaya ilə eyni filmdə çəkilmişəm. Aləm qarışdı, dərhal palatamı dəyişdilər diqqət, qayğı...

2000-ci ildən müstəqil və milli mədəniyyətimizin formalaşması başlayıb. Bizim gəncliyimiz həmin bu yeni dövrün başlanmasına düşdü. Həmin illər yaddaşımda milli mədəniyyətin formalaşması dövrü kimi qalıb. Oxuduğumuz, keçdiyimiz sovet məktəbi, o düşüncə yerini milli təfəkkürə verdi. SSRİ dövründə yasaq olan milli dəyərlərimiz, tarixi şəxsiyyətlərimiz öyrənməyə başladıq, bunlar artıq bizə qapalı olmadı. Daha geniş öyrənmək imkanımız yarandı. Milli özünüdərk prosesinin bizim gəncliyimizə təsadüf etməsi çox yaxşı oldu. Ona görə ki, bu adaptasiya yaşlılara çətin idi, biz bacardıq. Milli mədəniyyətimizə qulluq etmək, ideoloji cəhətdən azərbaycanlı kimdir sualına cavab verməkdir. Gördüyümüz bu işlər bizdən sonrakı gənclərə xeyirli olsun, milli mədəniyyətimizə daha dərindən sahib çıxsınlar. Biz daşıyıcılarıq, bizdən sonrakılar daha fəal olacaqlar. Mədəniyyətsiz toplum süquta uğrayır. Gələcəyə düzgün yönəlmiş gənc yalnız milli-mənəvi dəyərlərə arxalanaraq irəliləyə bilər.

Mən kino adamıyam

Özümü kinodan kənarda təsəvvür edə bilmirəm. Kino həyat tərzimdir.

Peşəkar rejissorluqla məşğul olan adam kimi çox arzu edirəm ki, kino istehsalı, mühiti baxımından, çox istəmirəm, elə sovet dönəmində olduğu kimi olsun. 10 milyonun 1 milyonunu kinoteatrlara cəlb də bilək. Ümidvaram, tamaşaçını yenidən alın açıqlığı, ağ üzlə dəvət edəcəyik. Sənət fədailik tələb edir. Biz fədaiyik, o nağıl dünyası bizi buna sövq edib. İstərdim, rejissor kimi özüm çəkiliş meydanlarına uşaqlar dəvət edim və o uşaqlar o nağıl dünyasından peşəkar kinoya gəlsinlər, fədaiyə çevrilsinlər.

Ramilə Qurbanlı pressklub.az







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru