"Hər ifaçı Heydər Əliyev Sarayında konsert verə bilməz. İfaçı üzərində çalışmalı və savad almalıdır. Nə qədər istedad olsa da, müəllim olmalıdır. Səsinin yönü, tembri bilinməlidir. Oxumağın öz əlində olmalıdır".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "Qonaqcanlı" verilişində deyib. Müğənni Heydər Əliyev Sarayında verəcəyi konsertindən danışıb.
"Bu dünya kölgəli ağaca bənzəyir, istirahət edib gedərsən. Gəlirsən və gedirsən. Uzaq səfərə gedəndə hər bir insan evinə qayıtmaq istəyir. Bu dünya da insanın öz evi deyil" deyə, Elton əlavə edib.