Teleaparıcı Jalə Həsənli Azərbaycanda çəkilən ilk tarixi serial “Atabəylər”də baş rollardan birinə dəvət alıb.
Lent.az-ın xəbərinə görə, bu barədə o özü sosial şəbəkə hesabında məlumat verib.
Jalə Həsənli filmdə Zübeydə xatun rolunu canlandıracaq. Zübeydə xatun Səlcuqlu sultanı Bərkyarukun qızı idi və dövlət idarəçiliyində atasının müşaviri rolunda çıxış edirdi.