Seçkilərin bitməsinə bir neçə gün qalıb. Amma Naxçıvanda fərqli bir ab-hava - daha dəqiqi Vasif Talıbovun dövrünü xatırladan bir seçki mənzərəsi müşahidə olunmaqdadır. Dia-az.İnfo bildirir ki, bunu tanınmış jurnalist Heydər Oğuzun açıqladığı faktdan da anlamaq mümkündür.
Jurnalist yazır:
"Maraqlıdır ki, Naxçıvan Ali Məclisinə namizəd, xalq artisti Həsən Ağasoy son iki gündə müxtəlif təxribatlarla üzləşir. Özünün dediyinə görə, dünən onun maşınının təkərinə burğac soxaraq sıradan çıxarıblar.
Bu gecə isə xalq artistinin evinə gedən internet xəttini kəsiblər. Naxçıvanın yetişdirdiyi ən tanınmış ziyalılardandır Həsən Ağasoy. İddiası da böyük deyil. O, Milli Məclis üzvlüyü yox, Naxçıvan Ali Məclisində deputatlığı uğrunda mübarizə aparır.
Görünən budur ki, Naxçıvan “canişinliyi” hətta bu təvazökar istəyi belə ona çox görüb..."