Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Azərbaycandan ən çox neft idxal edən ölkələr .....                     Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir .....                     Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş .....                     Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb .....                     Azərbaycan Güləş Federasiyasında .....                     Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri .....                     Niyə “Sədərək” hər yay yanır? .....                     Bu restoran bina sakinlərini yatmağa qoymur .....                     Ermənistanda müxalifət parlamenti boykot etdi .....                     Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər .....                     Köçəryan Ermənistandan qaçmağı planlaşdırır .....                     Şəmkirdə körpə qızdırmadan ölüb .....                     Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır .....                     Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi .....                     Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib .....                     Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... .....                     Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı .....                     Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... .....                     “Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb .....                     Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq .....                     Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir? .....                     Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! .....                     Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? .....                     Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı .....                     “Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” .....                     Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı .....                     “Zeynəb Xanlarova toylara getməyib, .....                     Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı .....                     Paşinyan onu Azərbaycana verəcəkmi? .....                     Bakının mərkəzində SU ÇİLƏSİ... .....                     "Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" .....                     Əməkdar artist fotosessiyasını paylaşdı və... .....                     Putinin tənqidçisi GÜLLƏLƏNDİ .....                     Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                 

“Milli kinomuz elə bir vəziyyətdədir ki, biz onu yalnız dövlət səviyyəsində xilas edə bilərik”
Tarix: 3-08-2024, 09:47 | Çap et
“Milli kinomuz elə bir vəziyyətdədir ki, biz onu yalnız dövlət səviyyəsində xilas edə bilərik”
Hər il avqustun 2-si Azərbaycanda Milli Kino Günü qeyd olunur. Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Artıq Azərbaycan kinosunun yaranmasından 126-cı il ötür. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

Milli Kino Günü münasibəti ilə “Yeni Müsavat”ın əməkdaşı Xalq artisti, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudovla söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Əbdül bəy, öncə Milli Kino Günü münasibəti ilə sizi təbrik edirik. Milli kinomuzda sizin də özünüzə məxsus yeriniz, imzanız var. Bu gün “Azərbaycan kinosu can verir”, “milli kinomuz çoxdan çöküb” kimi fikirlərlə tez-tez rastlaşırıq. Necə düşünürsünüz, milli kinomuz əvvəlki simasına nə zaman geri dönə biləcək?

- Bəli, 2 avqust bizim bayramımızdır. Bu münasibətlə Nizami Kino Mərkəzində böyük tədbirimiz olacaq (müsahibə 2 avqustda alınıb). Yəni, hazırda olmayan, amma nə vaxtsa olan kinomuzun bayramını keçirməyə çalışırıq. Gün o gün olsun ki, milli kinomuz əvvəlki simasına geri dönsün, bərpa olunsun, həmin günü də bayram kimi qeyd edək.

Bəli, bu gün milli kinomuz elə bir vəziyyətdədir ki, biz onu yalnız dövlət səviyyəsində xilas edə bilərik. Aşağı səviyyədə biz yalnız onun müzakirəsini aparıb, təkliflər verə bilərik. Yəni, kinonuzun yenidən dirilməsi üçün yüksək səviyyədə dövlət qayğısı lazımdır.

Ümumiyyətlə, biz bu məsələni 30 il uzatdıq, gecikdirdik, əlimizdə olan texnika da artıq müasir tələblərə cavab vermir. Amma nə yaxşı ki, bu gün Mədəniyyət Nazirliyində bu məsələ ilə bağlı ciddi maraqlanırlar, xüsusi qayğı var. Şəxsən mən özüm nazir Adil Kərimli ilə dəfələrlə görüşüb, kinomuz haqqında müzakirələr aparıb, təkliflərimi vermişəm. Görünəni budur ki, Adil Kərimli kinomuzun dirçəlməsinə çalışır və biz də ümid edirik ki, yaxın vaxtlarda uğurlu nəticə olacaq.

Hesab edirəm ki, teatrlar kimi kinomuza da dövlət statusu verilsin.

- 126 il ərzində xeyli filmlərimiz çəkilib. Həmin filmlər arasında hansı sizin üçün klassikadır, möhtəşəmdir?

- Bugünkü eybəcər, rüsvayçı prodakşnların fonunda bizim bütün milli kinolarımız klassikadır.

- Son vaxtlar hansısa milli kinolarımızın məsxərəyə qoyulduğunu, barəsində “heç bir mənası yoxdur” kimi fikirlər səsləndiyinin şahidi oluruq...

- Bir daha qeyd edirəm, hazırda prodakşnların çəkdiyi filmlərin heç bir peşəkarlığa, milli kinomuza dəxliliyi, aidiyyəti yoxdur. O ki qaldı köhnə filmlərimizə, qeyd etdiyim kimi, onların hər biri yeni çəkilənlərin fonunda klassikadır.

- Məlum olduğu kimi, bu ilin mart ayında iki kino ittifaqı birləşdi, sədri Xalq artisti, dəyərli aktyorumuz Rasim Balayev seçildi. Bu dövr ərzində kinematoqrafiyaçılar arasında birlik yarana bildimi, bir araya gəlindimi?

- Bəli, Allaha şükür ki, iki ittifaqı bir araya gətirib, birləşdirdik. Amma bir məsələ var, prinsipə əsasən kino ittifaqının kino istehsalatına heç bir aidiyyəti yoxdur. Yəni, Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı sadəcə kinoda ömür-gün sürən, hazırda xəstə, ehtiyacı olan kinoçulara müəyyən dəstək verir və yaxud barələrində prezidentə, nazirliyə müəyyən təqdimatlar, məktublar göndərirlər. Bir daha qeyd edirəm, qurum kimi onun Azərbaycan kino yaradıcılığına heç bir aidiyyəti, təsiri yoxdur, yalnız ictimai işlərlə məşğuldur.

O ki qaldı kinoçuları birləşməsinə, bir araya gəlməsinə, bəli, birləşdik. Xatırlayırsınızsa, mart ayında quruma sədr seçiləndə alayarımçıq, gülməli də olsa bir konfrans keçirdik. Rasim Balayev quruma sədr seçildi, Şəfiqə Məmmədova da rəsmi istefa verdi. Buna baxmayaraq, Şəfiqə Məmmədova 5 aydır ki, ittifaqa aid olan otağı, nə də maşının açarını təhvil vermir. Ümumiyyətlə, bu məsələni kinoya aid etmək, qarışdırmaq olmaz. Bu, ictimai problemdir və hesab edirəm ki, yaxın zamanlarda öz yoluna qoyacağıq.

- Bəs Şəfiqə Məmmədova ilə münasibətləriniz necə, düzəlibmi?

- Çox yaxşıdır. Biz onunla tələbə yoldaşı olmuşuq. Konfransda istefa verəndən sonra gördüm ki, tək-tənha qalıb. Ətrafında, başında birləşib, onun hesabına gündəmə gələnlərdən biri də həmin vaxt ona yaxın gəlmədi. Amma mən ona yaxınlaşdım, qucaqlayıb, öpdüm, təsəlli də verdim. O da bunu normal qarşıladı.

Ümumiyyətlə, həmin konfrans çox qəribə şəkildə keçirilmişdi və mətbuat da bilir, mən seçkidə iştirak etmədim. Konfransda nə hesabatlar verildi, nə müzakirələr aparıldı. Tələm-tələsik Şəfiqə Məmmədovaya istefa verdirib, Rasim Balayevi sədr seçdilər. Amma 5 aydır ki, təşkilat yoxdur, Rasim Balayev bir qapıda, Şəfiqə Məmmədova da digər qapıda qalıb. Yəni ortada bir anlaşılmaz vəziyyət var. Amma bir daha qeyd edirəm, əsas məsələ milli kinomuzun dirçəlməsi, kinostudiyamızdır.

- Kinostudiyadan söz düşmüşkən, bu günlərdə “Azərbaycanfilm”in rəhbərliyi gözlənilmədən istefa verdi, sonrada qurumda xeyli sayda istefalar olduğunu eşitdik. Nə məsələdir? Kinostudiyada nə baş verir? Hazırda vəziyyət necədir?

- Mən ayda 3 dəfə hazırda xarabalığa çevrilmiş o kinostudiyaya gedib baxıram, kövrəlirəm, ağlayıram, əsəbiləşirəm, sonra da geri dönürəm. Demək, vaxtilə 2 mindən çox işçisi olan kinostudiyada bu gün cəmi 40 adam qalıb. Hazırda studiyanın rəhbəri bizim öz kadrımız, Moskvada təhsil almış Azər müəllimdir. Onunla görüşdüm, mənə dedi ki, cəmi 40 işçisi var, onların da arasında 2 nəfər xanım analıq məzuniyyətindədir, digər iki nəfər də xəstədir. Kinostudiyanın işıq və su pulunu da ödəyə bilmirlər, gəlib tez-tez kəsirlər, onlar da qaranlıqda, susuz qalırlar. Yəni hazırda kinostudiyada vəziyyət bu cür acınacaqlıdır.

- Tamaşaçılar sizi daha çox “Yeddi oğul istərəm” filmindəki Qasım obrazı ilə tanıyırlar. Yəni Şeyx Əbdül Mahmudov deyəndə gözümüzün önünə ilk olaraq, Qasım obrazı gəlir. Bəs sizin üçün hansı obraz və yaxud hansı film daha doğma, yaxındır?

- Mənim üçün obrazın böyük-kiçiyi yoxdur. Mənim ruhumun rolu “Nəsimi” filmindəki Dərvişdir, amma mədəni ideologiyamın başında “Yeddi oğul filmi” dayanır, insan obrazı kimi isə məni çox kövrəldən “Şərikli çörək” flmindəki aldadılan oğlan obrazıdır. Ruhum və əqidəm isə “Şah İsmayıl Xətai”, “Ağa Məmməd Şah Qacar” filmidir ki, onların da artıq ssenarisi hazırdır və son nəfəsimə qədər çalışacağam ki, onları çəkim, ərsəyə gətirim.

- May ayında sizin 80 yaşınız tamam oldu. Amma nədənsə yubiley tədbirini görmədik. Səbəb nədir? İl ərzində 80 illik yubileyinizi qeyd etməyi düşünürsünüzmü?

- Səbəb mənim kinomuz uğrunda apardığım mübarizədir. Hər zaman haqqı tələb edirəm. Fikirlərim də çox zaman kimlərinsə xoşuna gəlmir. Doğrudur, mədəniyyət naziri Adil Kərimli şəxsən məni çağırıb, yubileyimi təbrik etdi. Alim Qasımov və digərləri də orada idi. Amma yubileyim yaradıcılıq şəklində qeyd olunmadı. Milli Kino Gününü geridə qoyum, bundan sonra bu məsələni gündəmə gətirəcəm. İnsanların zəhmət haqqını vermək lazımdır.

- Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı da yubileyinizə biganə yanaşdı?

-Bəli. Onlar mənə düşmən kimi yanaşırlar. Məni heç təbrik də etmədilər. Halbuki iki kino ittifaqını mən birləşdirdim, Rasim Balayev də gəlib sədr seçildi. Sözün doğrusu, mən onlardan heç təbrik gözləmirdim də. Çünki onlar mənim üçün kino adına heç bir əhəmiyyət kəsb etmirlər. Halbuki, həmin ittifaqda oturanlar zamanında məni özlərinə müəllim kimi görür, mənimlə görüşməyi özlərinə şərəf sayırdılar. Bəs indi nə oldu, nə dəyişdi? Mən ömrümün 60 ilini bu kinoya həsr etmişəm. Hətta Xalq artisti Hacı İsmayılov məni təbrik edib və mən həmin vaxt ölkədə olmadığım üçün təbrik teleqramını ittifaqa göndərib, ittifaq isə o məktubu belə mənə verməyib...

Amma bu gün, 2 avqust bizim bayramımızdır. Ona görə də bütün kinoçuları bu bayram münasibəti ilə təbrik edirəm. İnanıram ki, milli kinomuz tezliklə bərpa olunacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00
Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59
Şəmkirdə körpə qızdırmadan ölüb
Bu gün, 10:58
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Bu gün, 10:56
Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:44
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - Roma Papası Azərbaycana səfərə dəvət edilib
Bu gün, 10:42
Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... - "İfadə azadlığımızı pozurlar..."
Bu gün, 10:38
Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı - KİV
Bu gün, 10:30
Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... - Yeməklərinin hesabı da işçiyə yüklənir...
Bu gün, 10:24
“Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb - DETALLAR
Bu gün, 10:04
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
Bu gün, 10:02
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50
Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! - ETİRAZ VAR!
Bu gün, 09:45
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
Bu gün, 09:37
Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10
Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59
"Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47
Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32
Putinin tənqidçisi GÜLLƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 07:23
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru