"Həmin hesab "Azəriqaz" İB-nin direktor müavini Nail Abullayev tərəfindən müəyyən olunub. Bir neçə gün olar ki, Nail müəllim Naxçıvan qaz istismar idarəsinin işçiləri ilə görüşüb. Həmin görüşə öz katibəsini də aparıb. Görün Nail müəllim özünə nə qədər arxayındır ki, katibəsini İstismar departamentinə rəis müavini qoyub. Qarabag regional qaz idarəsinin rəisi də Nail müəllimlə oturub restoranda yemək yeyir və sonra da yedikləri yeməyin hesabını işçilərə yükləyir. Regionalın rəisi olan Ayaz müəllim rayon rəislərinin hər birindən 50 manatdan yıgır ki, bəs rəhbərə (Nail müəllimə) qonaqlıq vermişəm..."
Hər halda bu iddialarla əlaqədar qurum və şəxslər də tanışdır. Və elə bunu güman edən narazı işçi müraciətində ümidini də səsləndirib, bildirib ki, nəhayətdə qaramasqalıların bir gün də "Azəriqaz"ın qapısında görünəcəyinə inanır...
Məsələ diqqətimizdədir...








