"Evə buraxılmamışam, hələ də xəstəxanadayam" - Xalq artisti
Tarix: 15-04-2021, 10:22 |
Çap et
Xalq artisti Niyaməddin Musayev hələ də xəstəxanada olduğunu açıqlayıb.
Bu haqda müğənni aparıcı Mətanət Əliverdiyevanın "6/8 axşam şousu"na telefonla zəng edərək deyib. O bildirib ki, xəstəxana onunla bağlı yalan açıqlama yayıb:
"Hələ də xəstəxanadayam. Evə buraxılmamışam. Yalandır. Məni gah öldürdülər, gah diriltdilər".
Qeyd edək ki, N.Musayev koronavirusa yoluxub. O, Mərkəzi Nefçilər Xəstəxanasına yerləşdirilib. //Axşam.az//