Çinarə Əliyeva 30 illik yubileyində 2 libas dəyişdi...
Tarix: 3-02-2018, 10:04 |
Çap et
DİA.AZ: - Xəbər verdiyimiz kimi, ötən gün tanınmış LİDER TV-nin aparıcısı Çinarə Əliyeva 30 illik yubileyini təntənəli şəkildə qeyd edib.
DİA.AZ xəbər verir ki, paytaxt restoranlarının birində baş tutan doğum günü şənliyində bir çox tanınmış simalar qatılıb. Onlar arasında müğənnilər Kərim Abbasov, Səidə Sultan, Abdul Xəlid, rəqqasələr Renka, Fatimə Fətəliyeva, prodüser Elvin Aydın, aparıcı və şoumen Eldəniz İsrafilov, internet fenomeni, stilist Samir Əliyev (Samiraldo) və digərləri olub. Həm mahnı oxuyan, həm də rəqs edən məşhurlar bu özəl günündə Çinarə Əliyevanı tək qoymayıblar. Aparıcı də öz növbəsində gecəyə gələn hər kəsə minnətdarlığını bildirib.
Qeyd edək ki, Çinarə Əliyeva öz doğum günündə 2 libas geyinməsi də diqqətdən qaçmayıb.
Tədbirdən sosial şəbəkələrdə yayılan fotoları təqdim edirik: