DİN Azərbaycana qarşı növbəti dezinformasiyanın qarşısını alıb .....                     Qarabağın taçı: Şuşa şəhəri günü .....                     İnflyasiya faizi düzgün hesablanmır, qiymətlər yenə də artır .....                     Ovannisyan o əməliyyatı açıqladı, Şuşanı itirdik .....                     "Gələcək nəsillər də bu tarixi bilməlidir..." .....                     Tramp Zelenski ilə danışıb .....                     Tramp Kiyevi bu ərazilərdən imtinaya məcbur edəcək, əvəzində isə... .....                     COP29 Yaşıl Zona biletləri artıq satışdadır .....                     İrana qarşı yeni ssenari hazırlanır .....                     Göyçədə qəza: erməni hərbçilər dərəyə aşdı .....                     AQTA-nın yeni qaydasından kimə nə fayda?! .....                     ABŞ-ın seçilmiş prezidenti seçkidən sonra ölsə, nə olacaq? .....                     Müzakirələrə səbəb olan "lüt qadın heykəli" söküldü .....                     Səttar Möhbalıyevin qızı da vəzifəsindən azad edildi .....                     Rusiya iki hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq edib .....                     Anna ilə Məryəm öz keflərindədir .....                     "Fransa buna görə Azərbaycana möhtacdır..." .....                     Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub .....                     Rusiya qadağa qoyub... Bakıya gəldi.... İndi də Dubaydadır... .....                     Aeroporta gedənlərin NƏZƏRİNƏ .....                     Taliban Bakıya gələcək .....                     Azərbaycanda istehsal olunan broyler toyuqları və yumurtaları barədə şok iddialar .....                     Dondurulmuş qidalar təhlükəlidirmi? .....                     Ermənistanın təxribatlara əl atması gözlənilir… .....                     Məşhur aktyor vida məktubu yazıb ölkəni tərk etdi: .....                     Tramp gələn kimi ticarət müharibəsini qızışdırdı... .....                     ABŞ-nin İrana gücü çatmayacaq .....                     Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür .....                     Mişustin təsdiqlədi: Rusiyanı Bakıda kimlər təmsil edəcək? .....                     SOS: Zaqatalada son 10 gündə üçüncü körpə öldü .....                     Planetin ən gözəl qızı seçilib .....                     Sumqayıtda Zəfər Günü ilə bağlı konsert olub .....                     Paşinyan Qərbə xəyanət planı qurur: .....                     Özəlin Əliyevə zəngi .....                     İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində niyə iştirak etmədi? .....                     Rusiya hakimiyyəti “Rosneft”, “Qazprom Neft” və “Lukoil”in birləşməsini müzakirə edir .....                     Bakı isə sözünü deyib: ya sülh müqaviləsi, ya da... .....                     "Demokratiyanın beşiyi", yoxsa "azadlıqların məzarı"? .....                     AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib .....                     “Grammy” namizədləri açıqlandı .....                 

“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? - İNCƏLƏMƏ
Tarix: 20-09-2024, 16:28 | Çap et
“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir?
Azərbaycanın sülh sazişi ilə bağlı Ermənistan qarşısında qoyduğu tələblərdən biri də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi İrəvanın Bakı ilə birgə müraciət etməsi məsələsidir. Rəsmi Bakı hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonra faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupu de-yure də ləğv edilməlidir. Bunun üçün isə Bakı ilə İrəvan ATƏT-ə müraciət etməlidir. Lakin bu müddətdə Ermənistan Azərbaycanın bu çağırışına müsbət reaksiya verməyib. Görünən odur ki, İrəvan həmsədrlik institutundan imtina etmək niyyətində deyil.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl sülh sazişi ilə bağlı məsələyə toxunarkən bildirmişdi ki, Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı Bakının çağırışına müsbət baxmır ki, bu da Ermənistanın sülhdə səmimi olmamasının daha bir göstəricisidir.

Bu günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında Minsk Qrupunun ləğvi məsələsini yenidən gündəmə gətirib. Bildirib ki, “keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulması vacibdir”.

Ermənistanın niyə Minsk Qrupundan imtina etməməsi ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Elçin Mirzəbəyli xatırladıb ki, əslində Minsk Qrupu ömrünü çoxdan, həm də rüsvayçılıqla başa vurub:

- Bu təsisat 30 il ərzində üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində irəli bir addım da ata bilmədi. Məlumdur ki, Minsk Qrupu Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmışdı. Bu gün münaqişə yoxdur, Dağlıq Qarabağ yoxdur, ləğv edilib və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan edib. Belə olan halda prosesdə hansısa vasitəçi qrupa ehtiyac qalmır. Ortada hansısa mübahisəli məsələ yoxdur ki, həmsədrlər bu problemin həllinə vasitəçilik etsinlər.

Eyni zamanda, Azərbaycan işğala son qoymaqla beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn, BMT Nizamnaməsindən irəli gələn vəzifəsini yerinə yetirib. Yəni ortada real mənzərə var və bu reallığı qəbul etmək lazımdır. Onu da bildirim ki, Minsk Qrupunun saxlanılması həm də ATƏT-in büdcəsinə ziyandır. Fəaliyyəti olmayan bir neçə diplomata mənasız yerə niyə pul xərclənməlidir ki?

Həm Minsk Qrupu, həm də həmsədrlik institutu çoxdan mövcud deyil, de-fakto fəaliyyət göstərmir. Bu təsisatı de-yure də ləğv edilməlidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatında, sülhə hazır olmaqla bağlı mesajlarında səmimiyyəti o zaman bəlli ola bilər ki, rəsmi İrəvan Bakı ilə birgə Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciət ünvanlasın.

- Amma Bakının bu çağırışına İrəvandan müsbət yanaşılmır...

- Demək ki, Ermənistan bəyanatlarında səmimi deyil, real sülhün əldə olunmasında maraqlı deyil. Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktını imzaladıqdan sonra Üçtərəfli Birgə Bəyanatın müddəalarını icrasında səmimilik ortaya qoymadığı kimi, indi də sülhlə bağlı səmimiyyət nümayiş etdirmir. Üçtərəfli Birgə Bəyanatda yazılırdı ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır. Amma Ermənistan buna nəinki əməl etdi, Qarabağdakı qondarma rejimin terrorçu qruplarına yardım etdi, təxribatlar törətdi. Sonda Azərbaycan antiterror əməliyyatı ilə problemə son qoydu. Demək istəyirəm ki, Ermənistan həmişəki kimi oyun oynamaqda davam edir.

- Ermənistan de-fakto fəaliyyət göstərməyən Minsk Qrupunun de-yure qalmasında niyə bu qədər maraqlıdır?

- Görünən odur ki, rəsmi İrəvan nələrəsə ümid edir. Əslində Ermənistan sülhü təhdid edə biləcək amillərin tam aradan qalxmadan sülh sazişi imzalamaq niyyəti də bir çox qaranlıq məqamlardan xəbər verir. Sual olunur: niyə sülh sazişi bütöv, kamil, fundamental bir sənəd olmasın? Amma Ermənistan belə bir sənəd imzalamaqdan imtina edir. Azərbaycanın tələbi Ermənistan Konstitusiyasında ərazi iddialarına son qoyulmasını, Minsk Qrupunun ləğvi üçün birgə müraciəti tələb edir. Bakının bu tələbi möhkəm sülhün əldə olunmasına hesablanıb. Əslində münaqişənin yaranmasının kökündə məhz ərazi iddiaları dayanır. 1989-cu ildə Ermənistan SSRİ-nin Ali Soveti ilə Qarabağda yaradılmış qondarma qurumun “Milli Şura” adlanan axmaq “təsisatı” birgə qərar qəbul etməsəydi, işğal başlamayacaqdı, separatizm çiçəklənməyəcəkdi. İndi iki müharibəyə səbəb olan amil aradan qalxmırsa, demək ki, Ermənistanın gələcəyə hesablanmış niyyəti var. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var, hansı ki, konstitusiya hər bir ölkənin ən üst sənədidir. Ermənistan yarımçıq saziş imzalamaqla, Minsk Qrupunun saxlanılması ilə gələcək addımlarda bunlardan istifadə etmək niyyətindədir.

- Demək istəyirsiniz ki, Bakının tələbləri tam yerinə yetirilmədən sülh sazişinin imzalanması milli maraqlarımıza ziddir?

- Baxın, tutaq ki, Bakının tələbləri yerinə yetirilmədən saziş imzalandı. Kim zəmanət verə bilər ki, bir müddətdən sonra Ermənistan Konstitusiyasındakı ərazi iddialarını ifadə edən müddəanı əsas gətirərək sülh sazişi sənədindən çıxmayacaq? Buna zəmanəti kimsə verə bilməz. Ermənistanı və erməniləri biz yaxşı tanıyırıq. Yaxud da, sabah Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcək, hakimiyyətə yeni gələn qüvvələr sülh sazişindən imtina edəcək. Əsas da gətirəcəklər ki, bu sülh sazişi Ermənistan Konstitusiyasına ziddir. Demək istəyirəm ki, Bakının haqlı tələbləri yerinə yetirilmədən imzalanan sülh sazişi dayanıqlı olmayacaq. Ona görə də, İrəvan həqiqətən sülh istəyirsə, o zaman konstitusiyalarındakı Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların çıxarılması istiqamətində yubanmadan addımlar atmalı, Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə Bakı ilə birgə rəsmi müraciət etməlidir. O zaman Ermənistan rəhbərliyinin sülh bəyanatlarının səmimi olduğuna inanmaq mümkündür.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİN Azərbaycana qarşı növbəti dezinformasiyanın qarşısını alıb - TƏFƏRRÜAT
Bu gün, 15:19
Qarabağın taçı: Şuşa şəhəri günü - İsrafil Kərimovun yazısı
Bu gün, 13:28
İnflyasiya faizi düzgün hesablanmır, qiymətlər yenə də artır - NƏ ETMƏLİ?
Bu gün, 12:29
Ovannisyan o əməliyyatı açıqladı, Şuşanı itirdik – Babacanyan
Bu gün, 12:23
"Gələcək nəsillər də bu tarixi bilməlidir..." - deputat
Bu gün, 12:20
Tramp Zelenski ilə danışıb - Görüş olacaq
Bu gün, 12:15
Tramp Kiyevi bu ərazilərdən imtinaya məcbur edəcək, əvəzində isə... - GƏLİŞMƏ
Bu gün, 11:52
COP29 Yaşıl Zona biletləri artıq satışdadır - DİQQƏT
Bu gün, 11:49
İrana qarşı yeni ssenari hazırlanır - Əraqçi
Bu gün, 11:43
Göyçədə qəza: erməni hərbçilər dərəyə aşdı - KİV
Bu gün, 11:41
AQTA-nın yeni qaydasından kimə nə fayda?! - "Dönərdən zəhərlənmənin tək səbəbi həmişə ət olmur"
Bu gün, 11:39
ABŞ-ın seçilmiş prezidenti seçkidən sonra ölsə, nə olacaq? - ARAŞDIRMA
Bu gün, 11:34
Müzakirələrə səbəb olan "lüt qadın heykəli" söküldü - FOTO
Bu gün, 11:29
Səttar Möhbalıyevin qızı da vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:25
Rusiya iki hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq edib
Bu gün, 11:19
Anna ilə Məryəm öz keflərindədir - FOTO
Bu gün, 11:13
"Fransa buna görə Azərbaycana möhtacdır..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub - MƏQALƏ
Bu gün, 11:05
Rusiya qadağa qoyub... Bakıya gəldi.... İndi də Dubaydadır... - FOTO
Bu gün, 08:37
Aeroporta gedənlərin NƏZƏRİNƏ - Bəzi qadağalar QÜVVƏYƏ MİNDİ
Bu gün, 08:31
Taliban Bakıya gələcək - “Agence France-Presse”
Bu gün, 08:23
Azərbaycanda istehsal olunan broyler toyuqları və yumurtaları barədə şok iddialar - BİZƏ NƏ YEDİRİRLƏR?..
Bu gün, 08:20
Dondurulmuş qidalar təhlükəlidirmi? - "Ölkəyə gətirilənə kimi..."
Bu gün, 08:10
Ermənistanın təxribatlara əl atması gözlənilir… – Sərhədimizdəki qüvvələrin “işarəsi”…
Bu gün, 08:05
Məşhur aktyor vida məktubu yazıb ölkəni tərk etdi: - "Nəticələri görəndə düşündüm ki..."
Bu gün, 01:51
Tramp gələn kimi ticarət müharibəsini qızışdırdı... - ŞƏRH
Bu gün, 01:48
ABŞ-nin İrana gücü çatmayacaq – Trampın addımları...
Bu gün, 00:18
Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür - ƏN YENİ TARİX...
Bu gün, 00:10
Mişustin təsdiqlədi: Rusiyanı Bakıda kimlər təmsil edəcək? - KİV
Bu gün, 00:07
SOS: Zaqatalada son 10 gündə üçüncü körpə öldü - BU NƏDİ BELƏ?
Bu gün, 00:05
Planetin ən gözəl qızı seçilib - FOTO
Bu gün, 00:02
Sumqayıtda Zəfər Günü ilə bağlı konsert olub
Dünən, 22:09
Paşinyan Qərbə xəyanət planı qurur: -İrəvan Kremlin "təhlükəsizlik çətiri" altına qayıdır
Dünən, 17:24
Özəlin Əliyevə zəngi – Türkiyə siyasətində nə baş verir?
Dünən, 17:21
İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində niyə iştirak etmədi? - Amma Ərdoğan və Paşinyan sammitə gediblər və orada görüşüblər...
Dünən, 17:01
Rusiya hakimiyyəti “Rosneft”, “Qazprom Neft” və “Lukoil”in birləşməsini müzakirə edir – WSJ
Dünən, 16:58
Bakı isə sözünü deyib: ya sülh müqaviləsi, ya da... - İrəvan köhnə havada
Dünən, 16:51
"Demokratiyanın beşiyi", yoxsa "azadlıqların məzarı"? - Bahəddin Həzi yazır...
Dünən, 16:47
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
Dünən, 16:46
“Grammy” namizədləri açıqlandı – Beyonse rekord qırdı
Dünən, 16:02
Susuzluqdan əziyyət çəkən vətəndaş müraciətləri diqqətə alınmır - Su agentliyindən şikayətlər çoxalıb
Dünən, 15:52
Müharibə içində “müharibə” - Və ya şəxsi heç nə yoxdur, sadəcə biznes
Dünən, 14:10
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ötən il də zərərlə işləyib
Dünən, 13:15
Dönərxanalar monopoliyaya götürülür? - REAKSİYA
Dünən, 13:04
Deputat Asif Əsgərov Zəfər Günündə şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR
Dünən, 12:57
Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verdi
Dünən, 12:53
Yaşar Gülərin açıqlaması İrəvanda təşviş yaratdı – “Zəngəzur dəhlizi…”
Dünən, 12:48
Tramp dövrü: ABŞ-ı nə gözləyir? - ARAŞDIRMA
Dünən, 12:41
Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard dollar investisiya qoyulacaq
Dünən, 12:39
“Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” - Həmkarını biabır etdi
Dünən, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru