Bərdənin yollarının təmiri bu şirkətə .....                     Agentlik 1 milyon manatlıq dəftərxana mallarını .....                     "Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir .....                     Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... .....                     Bakıda 1100 bina sökülərsə: Nə dəyişəcək? .....                     İrəvan kontrastları və Kayman timsahının göz yaşları .....                     Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi .....                     Bu ölkələrdə uşaqların sosial mediadan istifadəsinə qadağalar var: .....                     "Hədəf "Hizbullah"ı əzmək idi, lakin..." .....                     Günün fotosu: .....                     Trampın sülh planı: 1300 km demarkasiya xətti .....                     Vasif Məhərrəmlini QINADILAR: .....                     Bu da müştəriyə `Kontakt Home` üsullu xidmət... .....                     İki lider Ukraynadakı müharibəni dayandıra bilər .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib .....                     Azərbaycanlı general və şəriki tərliklə on milyonlarla pul yuyub .....                     Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində .....                     Tələbələrin aqibəti necə olacaq? .....                     Deputat çılpaq “qadından” elə şeylər yazdı ki… .....                     Pezeşkianın Bakıya gəlməməsinin səbəbi açıqlandı .....                     COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın... .....                     Dövlət Fondunun binasının təmir və bərpasına 18 milyon manat .....                     ABŞ-dən Bakıya SÜRPRİZ: NASA astronavtları Azərbaycanı təbrik etdilər .....                     FIFA prezidenti Azərbaycan liderinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top təqdim edib .....                     “Kürd kartı” kimin “əlinə oynayır”? .....                     Dövlət Xidməti 4,4 milyon manatlıq avtomobillər aldı .....                     “ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər” .....                     Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi .....                     Seçildikdən sonra hədəfə çevrildik... .....                     "`City Net` bezdirib məni...." .....                     Xaçmaz icra hakimiyyətinin COP29 ANLAYIŞI... .....                     Bu, bizim ölkəyə hörmət əlamətidir .....                     Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi .....                     Agentlik tədbirlərin təşkili ilə bağlı 912 min manatlıq tenderə .....                     Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var .....                     Nöqsanlı işçi NECƏ BAŞ HƏKİM OLUR? .....                     Bir ipdə iki kəndirbaz: .....                     Azərbaycan COP29-da bunu nümayiş etdirir .....                     Dünyanın diqqəti Bakıda: qaralama kampaniyası fiaskoya uğradı .....                     İsmayıllıda yolların təmiri 1 milyon manata .....                 

Paşinyan Qərbə xəyanət planı qurur: -İrəvan Kremlin "təhlükəsizlik çətiri" altına qayıdır
Tarix: 9-11-2024, 17:24 | Çap et
Paşinyan Qərbə xəyanət planı qurur:
Cənubi Qafqaz uğrunda mübarizədə amansız geopolitik qarşıdurmanın şərtləri dəyişmək üzrədir. Belə ki, cəmisi bir neçə həftə əvvələ qədər ön planda aktual qalan geopolitik şərtlər indi yeni yaranmaqda olan regional situasiyanın tələblərinə qətiyyən cavab vermir. Çünki son həftələrdə bir çox şey çox sürətlə dəyişmiş oldu. Və bu geopolitik dəyişikliklər istər-istəməz yeni situasiyanın formalaşmasını təmin etdi, Cənubi Qafqazda maraqları olan dünya nəhənglərinin əsas planlarını pozdu.

Məsələ ondadır ki, Gürcüstanda keçirilmiş növbəti parlament seçkiləri ABŞ, Avropa Birliyi və Fransanın geopolitik məğlubiyyəti ilə yekunlaşdı. Belə ki, bu "üçlük" Fransanın agenti hesab olunan prezident Salome Zurabişvili liderliyi ilə Gürcüstanda dövlət çevrilişi planlaşdırmışdı. Ancaq səlahiyyət müddəti bitmək üzrə olan prezident Salome Zurabişvili ABÇ və Qərbin Gürcüstandakı "agentura şəbəkəsi"ni öz ətrafında birləşdirsə də, hakimiyyəti ələ keçirməyə imkan yaradacaq kütləvi etiraz dalğasını təmin edə bilməkdi. Və bununla da, Qərb siyasi dairələrinin Cənubi Qafqazda nəzarət məkanını genişləndirmək, təsir mexanizmlərini Ermənistan ərazisindən daha böyük areala yaymaq planları baş tutmadı.

Ona görə də, böyük ehtimalla indi ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqaz hədəflərini hələlik yalnız Ermənistan ərazisinə sıxışdırmaq məcburiyyəti ilə barışmalı olacaq. Çünki Qərb siyasi dairələri hətta rəsmi Tiflisə təzyiqləri gücləndirsələr belə, yaxın vaxtlarda Gürcüstana hərbi-siyasi nəzarət mexanizmləri qazana bilməyəcəklər. Üstəlik, rəsmi Tiflis də hər ehtimala qarşı Qərbin təzyiqlərinə dərhal hazırlaşmağa başlayıb. Və bu, hakimiyyətdə olan "Gürcü arzusu" Partiyasının Qərbə inteqrasiya adı altında Gürcüstanı xarici güclərin geopolitik müstəmləkəsinə çevirmək niyyətindən çox-çox uzaq olduğunu göstərir.

Maraqlıdır ki, ABŞ və Qərblə münasibətləri gərginləşən rəsmi Tiflis alternativ strateji tərəfdaşlıq mərkəzi kimi Azərbaycanı seçdiyini açıq-aşkar biruzə verməyə başlayıb. Belə ki, Gürcüstan hakimiyyətinin yüksək rütbəli təmsilçiləri Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə hazır olduqlarını hər imkanda bəyan edirlər. Və bu, yaxın gələcəkdə Qərb siyasi dairələrinin Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə kobud müdaxilə cəhdlərinə qarşı Azərbaycan-Gürcüstan ortaq müqavimətinin ola biləcəyini göstərir.

Digər tərəfdən, ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqaz planlarına qarşı daha bir problemin yaranma ehtimalı da artıq qətiyyən istisna deyil. Belə ki, rəsmi İrəvan Ermənistanın gələcək taleyinə yönəlik planlarında Gürcüstan və ABŞ-da keçirilmiş seçkilərini əsas müəyyənləşdirici faktor kimi qəbul edirdi. Ona görə də, Paşinyan hakimiyyəti Ermənistanın KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxması, Rusiya ilə hərbi müttəfiqlik müqaviləsindən imtina olunması barədə qərar qəbul etmək öhdəliyini mümkün qədər gecikdirməyə cəhd göstərirdi.

Ancaq artıq rəsmi İrəvan üçün bəzi önəmli məqamların aydınlaşmağa başladığını da düşünmək olar. Çünki həm Gürcüstanda, həm də ABŞ-da seçkilər Ermənistanın maraqlarına zidd nəticələrə yol açıb. Rəsmi İrəvan Gürcüstanın timsalında Qərbə inteqrasiya müttəfiqi qazanmaq şansını itirib. ABŞ-da isə erməni faktoruna o qədər də ciddi əhəmiyyət verməyəcəyi ehtimal olunan Donald Tramp yenidən Ağ Evə sahiblənib. Və bu baxımdan, yaxın gələcəkdə cərəyan edəcək geopolitik proseslərin Ermənistanın maraqlarına zidd məzmun daşıya biləcəyi qətiyyən şübhə doğurmur.

Təbii ki, Paşinyan hakimiyyəti Ermənistanın gələcək taleyinə böyük təhlükələr vəd edən yeni situasiyanın fərqli şərtlərini nəzərə almaq məcburiyyətində qalıb. Rəsmi İrəvan nə qədər istəməsə də, bundan sonra Qərbə inteqrasiya siyasi kursundan ya tamamilə imtina etməlidir, ya da ona tədricən müəyyən ciddi dəyişikliklərin olunmasına cəhd göstərməlidir. Və hazırda Paşinyan hakimiyyətinin bu istiqamətdə ilkin manevrlərə başladığı da müşahidə olunur.

Məsələ ondadır ki, son vaxtlar Ermənistan siyasi dairələri Rusiyanın ünvanına radikal ittihamlar səsləndirməyə həvəs göstərmirlər. Halbuki, vaxtilə Paşinyan hakimiyyətinin təmsilçiləri Rusiyanı Ermənistanın bütün uğursuzluqlarında suçlayırdılar. İndisə bunun əksinə olaraq, rəsmi İrəvan Rusiya ilə daha sıx əməkdaşlıq mesajları verməyə başlayıb. Həmin mesajlarda Ermənistanın Rusiya ilə hərbi müttəfiqlik münasibətlərinin əvvəlki məzmun və keyfiyyətdə bərpasının vacib olduğuna açıq eyhamlar vurulur. Və bu, o deməkdir ki, rəsmi İrəvan Qərbə olan ümidlərin tamamilə boşa çıxacağı təqdirdə, Rusiyanın orbitinə geri dönüş dəhlizi açmağa elə indidən ehtiyac duymağa başlayıb.

Ancaq Paşinyan hakimiyyəti ABŞ və Qərbi vaxtından əvvəl qıcıqlandırmaqdan da açıq-aşkar çəkinir. Ona görə də, Rusiya ilə hərbi müttəfiqliyin bərpasına yönəlik mesajlarda Ermənistanın KTMT-dakı üzvlüyü ətrafında yaranmış böhranın tədricən həllini tapacağı vurğulanır. Yəni, bir tərəfdən ABŞ və Qərbə Ermənistanın KTMT üzvlüyü ilə bağlı məsələnin qərar ərəfəsində olduğu barədə mesaj göndərilir. Əslində, bununla ABŞ və Qərb şantaj edilmiş olur. Və Qərbdən verilən vədlərin icrasını olan ümidlər qabardılır.

Digər tərəfdən isə Kremlə də eyham vurulur ki, əgər, Rusiya Ermənistanın təhlükəsizlik maraqları ilə bağlı həlledici addımlar atarsa, rəsmi İrəvan KTMT-da fəaliyyətini yenidən bərpa etməyə üstünlük verə bilər. Yəni, rəsmi İrəvan hələ də hər iki tərəfdən faydalanmaq niyyətindən tam uzaqlaşmayıb. Halbuki, Paşinyan hakimiyyətinin davranışları Rusiyaya yenidən yaxınlaşmağa meyil göstərdiyi artıq inkaredilməz reallıqdır. Və bu, o deməkdir ki, yaxın vaxtlarda Ermənistan Rusiyaya xəyanət təcrübəsini Qərbə münasibətdə də eynilə təkrarlaya bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdənin yollarının təmiri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Agentlik 1 milyon manatlıq dəftərxana mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:02
"Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir - Tramp Avropa Birliyinin "kabus"una çevrilir
Dünən, 19:12
Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
Dünən, 19:02
Bakıda 1100 bina sökülərsə: Nə dəyişəcək? - AKTUAL
Dünən, 19:00
İrəvan kontrastları və Kayman timsahının göz yaşları - Ermənistan COP29-a niyə gəlmədi?
Dünən, 18:00
Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi - TƏFƏRRÜAT
Dünən, 17:51
Bu ölkələrdə uşaqların sosial mediadan istifadəsinə qadağalar var: - Azərbaycanda isə...
Dünən, 17:49
"Hədəf "Hizbullah"ı əzmək idi, lakin..." - Ekspert danışır...
Dünən, 17:45
Günün fotosu: - BƏLİ... BU BİZİK!!!
Dünən, 17:38
Trampın sülh planı: 1300 km demarkasiya xətti – Bu ərazi “alınır”
Dünən, 17:16
Vasif Məhərrəmlini QINADILAR: - “O sözü yumorla demişdim, yazdılar ki...”
Dünən, 17:13
Bu da müştəriyə `Kontakt Home` üsullu xidmət... - "AYIBDIR..."
Dünən, 17:07
İki lider Ukraynadakı müharibəni dayandıra bilər - KİV
Dünən, 17:02
Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 16:58
Azərbaycanlı general və şəriki tərliklə on milyonlarla pul yuyub - TƏFƏRRÜAT
Dünən, 16:57
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Dünən, 16:51
Tələbələrin aqibəti necə olacaq? - Qiyabi təhsil ləğv edilsə…
Dünən, 15:08
Deputat çılpaq “qadından” elə şeylər yazdı ki… – İnanılmaz məlumatlar
Dünən, 15:06
Pezeşkianın Bakıya gəlməməsinin səbəbi açıqlandı - İRNA
Dünən, 15:00
COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın... - ŞƏRH
Dünən, 14:56
Dövlət Fondunun binasının təmir və bərpasına 18 milyon manat - SƏRF EDİLƏCƏK
Dünən, 14:54
ABŞ-dən Bakıya SÜRPRİZ: NASA astronavtları Azərbaycanı təbrik etdilər - VİDEO
Dünən, 14:49
FIFA prezidenti Azərbaycan liderinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top təqdim edib - FOTO
Dünən, 14:43
“Kürd kartı” kimin “əlinə oynayır”? - İNCƏLƏMƏ
Dünən, 14:00
Dövlət Xidməti 4,4 milyon manatlıq avtomobillər aldı - SİYAHI
Dünən, 13:56
“ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər” - Reuters
Dünən, 13:00
Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi - "...peşəkar hesab etmirəm"
Dünən, 12:53
Seçildikdən sonra hədəfə çevrildik... – İlham Əliyev
Dünən, 12:51
"`City Net` bezdirib məni...." - GİLEY
Dünən, 12:48
Xaçmaz icra hakimiyyətinin COP29 ANLAYIŞI... BUDURMU?
Dünən, 12:34
Bu, bizim ölkəyə hörmət əlamətidir – İlham Əliyev
Dünən, 12:26
Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi - İLGİNC FAKTLAR...
Dünən, 12:15
Agentlik tədbirlərin təşkili ilə bağlı 912 min manatlıq tenderə - YEKUN VURDU
Dünən, 12:15
Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:14
Nöqsanlı işçi NECƏ BAŞ HƏKİM OLUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:12
Bir ipdə iki kəndirbaz: - Tramp və Maskın arası dəyəcəkmi?
Dünən, 11:58
Azərbaycan COP29-da bunu nümayiş etdirir - ABŞ səfiri
Dünən, 11:55
Dünyanın diqqəti Bakıda: qaralama kampaniyası fiaskoya uğradı - FAKT BUDUR!
Dünən, 11:51
İsmayıllıda yolların təmiri 1 milyon manata - BAŞA GƏLƏCƏK
Dünən, 11:44
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək - MƏQALƏ
Dünən, 11:41
105 ildən sonra bütün dünya Bakıdadır - VİDEO
Dünən, 11:32
Kollec direktorunun xınayaxdıda "hakışta" deyən tələbələrinə fərqli münasibəti - BU NƏDİ BELƏ?..
Dünən, 11:16
İcra başçısı polkovnik-leytenant Elçin Məmmədovun anasının dəfn mərasimində iştirak edib - FOTO
Dünən, 11:12
“Tramp Kremlə “sürpriz” edə bilər” - Qallyamov
Dünən, 11:03
Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib - FOTO
Dünən, 10:59
Dövlət qurumu abadlıq və təmir işlərinə yarım milyon manat - XƏRCLƏYƏCƏK
Dünən, 10:57
Pensiyalar gecikdirilir? - Nazirdən AÇIQLAMA
Dünən, 10:51
“İri kampuslu universitetlər yaradılmalıdır” - ÇAĞIRIŞ
Dünən, 10:40
'Sifariş veririk, İrandan mal gətirirlər... bunu da monopoliyaya alıblar' - Astarada sahibkardan ETİRAZ
Dünən, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru