"Demokratiyanın beşiyi", yoxsa "azadlıqların məzarı"? - Bahəddin Həzi yazır...
Tarix: 9-11-2024, 16:47 | Çap et
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Komitəsi (İHK) var. Komitə 18 müstəqil ekspertdən ibarətdir. Əsas vəzifəsi Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın yerinə yetirilməsinə nəzarət etməkdir. Həmin Paktı dünyanın 174 dövləti ratifikasiya edib. Beləliklə, İHK mülki və siyasi hüquqlar üzrə ən yüksək statuslu və səlahiyyətli orqandır. Bütün dövlətlərdən və beynəlxalq təşkilatlardan tərəfsizdir. İHK-nin keçirdiyi monitorinqlərin nəticələri, hazırladığı hesabatlar heç kimdə şübhə doğurmur. Bax, belə bir mötəbər beynəlxalq insan hüquqları təşkilatının açıqladığı hesabatda Fransadakı vəziyyətin də obyektiv təhlili var. Nəinki materik Fransasının özündə, həm də və daha çox Fransanın Dənizaşırı ərazilərində insan hüquq və azadlıqlarının pozulması halları getdikcə daha kütləvi, sistematik və amansız xarakter alır. Bu sənəddən, eləcə də, başqa beynəlxalq hesabatlardan da görünür ki, Fransa "demokratiyanın, beşiyi" yox, "azadlıqların məzarı" adlandırıla bilər.
Əvvəlki yazılarımızdan birində Fransa cəmiyyətində obyektivliyi şübhə doğurmayan sosioloji xidmətin keçirdiyi sorğunun nəticələrinə istinad etmişdik. Respondentlərin 78 faizi Fransa prezidenti Emmanuel Makronun siyasətindən, idarəçilik üslubundan narazıdır.
Doğrusu, bunu elə sorğusuz da müşahidə etmək olar: öz vətəndaşları ilə ünsiyyət zamanı prezidentə yumurta atılması, dövlət başçısının Dünyanın gözləri önündə təhqir edilməsi, aşağılanması, onun xalqla görüşlərdən qovulması, fitə basılması hər kəsin yadındadır. Hətta əhali ilə görüşlərdən birində Emmanuel Makron sillələnmişdi.
Görün, öz ölkəsində, öz xalqı arasında Fransa prezidentinə, onun hakimiyyətinə qarşı necə bir narazılıq, hətta nifrət var ki, bu, təkcə rəy sorğularında bu, sadəcə, mənfi qiymətlə deyil, yəni, rəqəmlə, faizlə deyil, birbaşa özünə qarşı mənəvi və fiziki təhqirlə də ifadə olunur. Şəxsən, düz üzünə qarşı.
Özünə, ölkəsinə, xalqına az da olsa, hörmət edən bir prezident bu cür rəzil vəziyyətdə vəzifədə qalmaqdansa, çoxdan istefa verməliydi. Normal insan istənmədiyi yerdə qalmaz. O da ola siyasi legitimliyini və mənəvi haqqını tamam itirmiş prezident ola.
Başqa ölkələrdə hakimiyyət başında olan şəxs, dövlət rəhbəri öz Konstitusion səlahiyyət müddətində ölkəsi, xalqı üçün elə işlər görür ki, növbəti (yaxud növbədənkənar) seçkilərdə əvvəlkindən də çox səs toplayır, yenidən mandat qazanır. Məsələn, elə Azərbaycandakı son iki seçkini götürək. Dövlət başçısı 2024-cü ildəki seçkidə 2018-ci ildəkindən çox səs aldı. Cəmiyyətin özündə də, beynəlxalq aləmdə də bu nəticələr şübhə doğurmadı. Niyə?! Çünki həmin müddətdə İlham Əliyev prezident olaraq apardığı siyasətlə, qazandığı tarixi qələbə ilə, gördüyü işlərlə nüfuzunu daha da yüksəltmişdi.
Əlbəttə, mən Azərbaycan və Fransa prezidentlərini bir tutmuram; istənilən müqayisə, əlbəttə, qüsurludur. Üstəlik həm də Emmanuel Makronun özü, onun şəxsi və siyasi profili çox qüsurludur.
Fransa prezidenti nəinki öz siyasi səriştəsinin, hətta insani dəyərlərinin hüdudlarını sınağa çəkir.
Bir misal gətirim: öz ölkəsindən qaçıb Fransaya, yaxud başqa bir ölkəyə sığınmaq nə deməkdir?! Miqrant olmağın, qaçqın düşüb, başqa bir dövlətdən sığınacaq istəməyin fəlsəfəsi məlumdur: bu insanlar yad qapıya pənah gətirib. Başqa ölkədən mədəd umub. Hə, qanunsuz yolla gələnlər, cinayət törədib qaçanlar, sığınacaq almaq üçün tutarlı əsasları olmayanlar da olur, o cür miqrantlara tətbiq olunan legitim, hüquqi prosedurlar da var. Ancaq miqrantlarla heç bir fərq qoymadan insanlığa sığmayacaq dərəcədə sərt rəftar, hətta gücdən istifadə, fiziki zorakılıq və sair... bunlar artıq Fransa hökumətinin davranış normalarına çevrilib.
İHK öz hesabatında bu faktlara da xüsusi yer verib. Mayotda, Fransa-Böyük Britaniya sərhəddində cəmləşmiş miqrantlara qarşı fransız güc strukturlarının zorakılığı ayrıca vurğulanır.
Baxın, Avropa Şurasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ev sahibliyi edən Fransa özü insan hüquq və azadlıqlarını pozan ölkələrin önündə gedir. Bunu biz demirik, BMT İHK deyir. Hətta onlar da deməsə, bu, adi gözlə görünür.
Elə Ermınistana, qondarma "erməni soyqırımı" yalanına olan münasibəti xatırlayın, diqqət edin. Hazırda Ermənistanın özü Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün "erməni soyqırımı" yalanını dünyada tanıtmaqdan imtina edir. Hər halda artıq bu müzakirələr hökumətdə, cəmiyyətdə başlayıb, gedir. Ancaq Fransa parlamenti bu saxta "soyqırım" haqda qanun qəbul edib və qüvvədə saxlayır, o saxta iddianı gerçək bilib tanıyır. Üstəlik "erməni soyqırımı" iddiasını inkar edənlərin cinayət təqibi haqqında Fransada qanun qəbul edilmişdi.
Başqa sözlə, dövlət öz vətəndaşlarını azad düşüncəsinə görə bəri başdan cinayətkar elan etmişdi. Yaddan çıxmayıb ki. Yox!
Belə bir dövlətin nəinki başqalarına insan hüquqları, demokratiya dərsi keçməyə haqqı yoxdur, əksinə o, öz qüsurlarını etiraf etməyə və aradan qaldırmağa borcludur. Ancaq reallıqda bunun əksini görürük: Fransa bu gün Ermənistana "demokratik ölkə" olmasını "təsdiq edən" "arayış" vermək iddiasındadır. Heç bir mənəvi haqqı, siyasi, hüquqi əsası olmadan kimisə demokrat edən edir, kimisə antidemokrat və sair. Ancaq BMT İHK-nin hesabatında özü beynəlxalq siyasətin "Kvazimodo"sudur ki var. Viktor Hüqo bu gün yaşasaydı və "Paris Notr-Dam kilsəsi" romanını indiki dövrdə yazsaydı, yəqin ki, Emmanuel Makronun mənəvi portretini olduğu kimi yaradardı; Fransa prezidenti "Kvazimodo" obrazına prototip olardı.
Hüqonun deputat kimi Fransa parlamentindəki çıxışlarını oxuyun. Sanki bu gün baş verənlər haqqında danışır. Bu gün sağ olsaydı, öz dövlətinin siyasətindən utanardı. Çıxışlarında deyərdi: "Hələ də Əlcəzairdə tökdüyü qanların ləkəsi Fransanın üstündən silinib getməyib, ancaq Afrikanın başqa ölkələrində, Asiyanın ucqar bölgələrində, Parisdən 17 min kilometr uzaqlıqda müstəmləkəçi, repressiv rejimlər qurur, xalqlara zülm edir".
Təəssüf ki, Viktor Hüqo müasirimiz deyil, Fransanın indiki Milli Assambleyasında və ya Senatında rəsmi Parisin yanlışlarını üzünə vuran Hüqo kimi ikinci bir Hüqo yoxdur. Ancaq bu yanlışları dünyada hər halda görən və dilə gətirən obyektiv və cəsur siyasətçilər, ekspertlər yenə də var. Belə faktlar İHK-nin yuxarıda sözügedən hesabatında yer alıb. Fransız Polineziyası, Martinika, Mayot, həmçinin xüsusi statuslu inzibati-ərazi qurumu olan Yeni Kaledoniyada bu yanlış siyasət aparılır.
Sivil dünyada müstəmləkəçilik ən ağır ayıb sayıldığı halda, neokolonializm Fransa siyasətində xüsusi yer tutur. İstər Afrikada olsun, istər Asiyada, yerli xalqlar beynəlxalq hüquqa dayanaraq, öz azadlıq haqqını tələb edir. Ancaq Fransa həmin tələbləri nəinki qəbul edir, heç müzakirə etmək istəmir. Üstəlik halal haqqını tələb edən xalqların üstünə ordu yeridir, qan tökür. Fransanın xüsusi inzibati ərazisi statusunda olan, lakin öz müqəddəratını təyinetmə uğrunda mübarizəyə qalxan Yeni Kaledoniya adasının kanak xalqı buna misaldır.
Bu ilin əvvəlində Fransa öz müstəmləkəçi rejimini möhkəmlətmək, Yeni Kaledoniyada fransız əsarətini uzatmaq məqsədilə kanak xalqının hüquqlarını məhdudlaşdıran akta imza atdı. Xalq etiraza qalxdı. May etirazlarında kanaklara qarşı repressiya tətbiq edən Fransa hökuməti xeyli insanın qətlinə və yaralanmasına səbəb oldu. Onlarla fəal həbs edildi. İHK öz hesabatında bu güc tətbiqinə görə günahkar olan təhlükəsizlik qüvvələri əməkdaşlarını cəzalandırmağa, zərər çəkən kanak xalqına kompensasiya verməyə çağırır. Bu, o deməkdir ki, neokolonializmdən əziyyət çəkən xalqların hüquqları üçün Bakı Təşəbbüs Qrupunun yüksəltdiyi səs artıq dünyada eşidilir. Fransanın çağdaş beynəlxalq birgəyayayış əxlaqına sığmayan neokolonialist siyasətinə obyektiv qiymət verilir. BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini Jose Manuel Santos Pais mötəbər beynəlxalq tribunalardakı çıxışında Fransanın təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada yerli xalqa qarşı repressiyasını konkret faktlarla ifşa edib.
Bakı Təşəbbüs Qrupuna dodaq büzənlər Joze Manuel Santos Paisin çıxışlarını diqqətlə oxusunlar. "Yeni Kaledoniyaya nə faydamız toxundu?" deyə yarımironik sual edənlərdən biz də qarşılıqlı olaraq soruşuruq: bir il bundan əvvəl Dənizaşırı ərazilərdəki Fransa zülmləri haqqında bir kəlmə danışan var idi?! Xeyr. Bakı Təşəbbüs Qrupu bu problemi dünyanın gündəminə daşıdı. Artıq bu məsələlər beynəlxalq hesabatlarda yer alır və Fransa hökumətinə haqlı tənqidlər, əsaslı təzyiqlər var. Fransanın prezidenti Emmanuel Makron öz ölkəsində siyasi reytinqini və legitimliyini itirdiyi kimi, onun beynəlxalq aləmdə də nüfuzu və təsiri sıfırlanmağa doğru gedir. Fransanın "dildə bir, əməldə ayrı" formulu artıq BMT səviyyəsində ifşa olunub. Bunda, təbii ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə - 2023-cü il iyulun 6-da Bakıda keçirilmiş “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransında verilmiş qərarların ciddi, danılmaz rolu var. Bu fakt həm də Avropa Şurasında Azərbaycanın mandatını təsdiqləməyən Avropa siyasətçilərinə tutarlı cavabdır: Azərbaycanın beynəlxalq təşkilatlarda varlığı, sədrliyi konkret və effektiv nəticələr doğurur. Bu, göz qabağındadır. Amma, məsələn, Avropa Parlamenti kimi bir ciddi beynəlxalq platforma Fransanın öncüllüyündə artıq heç kimin, hətta Avropa İttifaqının öz üzvlərinin belə ciddiyə almadığı bir təsirsiz quruma çevrilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özü "The Financial Times" nəşrinə müsahibəsində bunu etiraf etmiş və belə demişdi: "Başqa xalqlarla yanlış üslubda ünsiyyət qururuq, özümüzü təkəbbürlü aparırıq, inkişaf etməkdə olan ölkələrin etimadını itiririk.l"
Bu fikirlər bütövlükdə Avropa İttifaqına aid olsa da, ən birinci ünvanı, heç şübhəsiz, Fransadır.
Bahəddin Həzi, Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bərdənin yollarının təmiri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Agentlik 1 milyon manatlıq dəftərxana mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:02 |
|
|
|
• "Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir - Tramp Avropa Birliyinin "kabus"una çevrilir
Dünən, 19:12 |
|
|
|
• Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
Dünən, 19:02 |
|
|
|
• Bakıda 1100 bina sökülərsə: Nə dəyişəcək? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• İrəvan kontrastları və Kayman timsahının göz yaşları - Ermənistan COP29-a niyə gəlmədi?
Dünən, 18:00 |
|
|
|
• Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi - TƏFƏRRÜAT
Dünən, 17:51 |
|
|
|
• Bu ölkələrdə uşaqların sosial mediadan istifadəsinə qadağalar var: - Azərbaycanda isə...
Dünən, 17:49 |
|
|
|
• "Hədəf "Hizbullah"ı əzmək idi, lakin..." - Ekspert danışır...
Dünən, 17:45 |
|
|
|
• Günün fotosu: - BƏLİ... BU BİZİK!!!
Dünən, 17:38 |
|
|
|
• Trampın sülh planı: 1300 km demarkasiya xətti – Bu ərazi “alınır”
Dünən, 17:16 |
|
|
|
• Vasif Məhərrəmlini QINADILAR: - “O sözü yumorla demişdim, yazdılar ki...”
Dünən, 17:13 |
|
|
|
• Bu da müştəriyə `Kontakt Home` üsullu xidmət... - "AYIBDIR..."
Dünən, 17:07 |
|
|
|
• İki lider Ukraynadakı müharibəni dayandıra bilər - KİV
Dünən, 17:02 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanlı general və şəriki tərliklə on milyonlarla pul yuyub - TƏFƏRRÜAT
Dünən, 16:57 |
|
|
|
• Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Dünən, 16:51 |
|
|
|
• Tələbələrin aqibəti necə olacaq? - Qiyabi təhsil ləğv edilsə…
Dünən, 15:08 |
|
|
|
• Deputat çılpaq “qadından” elə şeylər yazdı ki… – İnanılmaz məlumatlar
Dünən, 15:06 |
|
|
|
• Pezeşkianın Bakıya gəlməməsinin səbəbi açıqlandı - İRNA
Dünən, 15:00 |
|
|
|
• COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın... - ŞƏRH
Dünən, 14:56 |
|
|
|
• Dövlət Fondunun binasının təmir və bərpasına 18 milyon manat - SƏRF EDİLƏCƏK
Dünən, 14:54 |
|
|
|
• ABŞ-dən Bakıya SÜRPRİZ: NASA astronavtları Azərbaycanı təbrik etdilər - VİDEO
Dünən, 14:49 |
|
|
|
• FIFA prezidenti Azərbaycan liderinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top təqdim edib - FOTO
Dünən, 14:43 |
|
|
|
• “Kürd kartı” kimin “əlinə oynayır”? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• Dövlət Xidməti 4,4 milyon manatlıq avtomobillər aldı - SİYAHI
Dünən, 13:56 |
|
|
|
• “ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər” - Reuters
Dünən, 13:00 |
|
|
|
• Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi - "...peşəkar hesab etmirəm"
Dünən, 12:53 |
|
|
|
• Seçildikdən sonra hədəfə çevrildik... – İlham Əliyev
Dünən, 12:51 |
|
|
|
• "`City Net` bezdirib məni...." - GİLEY
Dünən, 12:48 |
|
|
|
• Xaçmaz icra hakimiyyətinin COP29 ANLAYIŞI... BUDURMU?
Dünən, 12:34 |
|
|
|
• Bu, bizim ölkəyə hörmət əlamətidir – İlham Əliyev
Dünən, 12:26 |
|
|
|
• Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi - İLGİNC FAKTLAR...
Dünən, 12:15 |
|
|
|
• Agentlik tədbirlərin təşkili ilə bağlı 912 min manatlıq tenderə - YEKUN VURDU
Dünən, 12:15 |
|
|
|
• Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:14 |
|
|
|
• Nöqsanlı işçi NECƏ BAŞ HƏKİM OLUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:12 |
|
|
|
• Bir ipdə iki kəndirbaz: - Tramp və Maskın arası dəyəcəkmi?
Dünən, 11:58 |
|
|
|
• Azərbaycan COP29-da bunu nümayiş etdirir - ABŞ səfiri
Dünən, 11:55 |
|
|
|
• Dünyanın diqqəti Bakıda: qaralama kampaniyası fiaskoya uğradı - FAKT BUDUR!
Dünən, 11:51 |
|
|
|
• İsmayıllıda yolların təmiri 1 milyon manata - BAŞA GƏLƏCƏK
Dünən, 11:44 |
|
|
|
• Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək - MƏQALƏ
Dünən, 11:41 |
|
|
|
• 105 ildən sonra bütün dünya Bakıdadır - VİDEO
Dünən, 11:32 |
|
|
|
• Kollec direktorunun xınayaxdıda "hakışta" deyən tələbələrinə fərqli münasibəti - BU NƏDİ BELƏ?..
Dünən, 11:16 |
|
|
|
• İcra başçısı polkovnik-leytenant Elçin Məmmədovun anasının dəfn mərasimində iştirak edib - FOTO
Dünən, 11:12 |
|
|
|
• “Tramp Kremlə “sürpriz” edə bilər” - Qallyamov
Dünən, 11:03 |
|
|
|
• Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib - FOTO
Dünən, 10:59 |
|
|
|
• Dövlət qurumu abadlıq və təmir işlərinə yarım milyon manat - XƏRCLƏYƏCƏK
Dünən, 10:57 |
|
|
|
• Pensiyalar gecikdirilir? - Nazirdən AÇIQLAMA
Dünən, 10:51 |
|
|
|
• “İri kampuslu universitetlər yaradılmalıdır” - ÇAĞIRIŞ
Dünən, 10:40 |
|
|
|
• 'Sifariş veririk, İrandan mal gətirirlər... bunu da monopoliyaya alıblar' - Astarada sahibkardan ETİRAZ
Dünən, 10:37 |
|
|
|
|