Bal tutub, barmaq yalaya bilməyəcəyik... .....                     "Artıq belə bir məclisdə oxumuşam... .....                     Tarixi fürsət yaranmışdı .....                     Fidan Blinkenlə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi .....                     Tramp Pentaqonun rəhbəri vəzifəsinə teleaparıcının namizədliyini irəli sürüb .....                     Bərdənin yollarının təmiri bu şirkətə .....                     Agentlik 1 milyon manatlıq dəftərxana mallarını .....                     "Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir .....                     Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... .....                     Bakıda 1100 bina sökülərsə: Nə dəyişəcək? .....                     İrəvan kontrastları və Kayman timsahının göz yaşları .....                     Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi .....                     Bu ölkələrdə uşaqların sosial mediadan istifadəsinə qadağalar var: .....                     "Hədəf "Hizbullah"ı əzmək idi, lakin..." .....                     Günün fotosu: .....                     Trampın sülh planı: 1300 km demarkasiya xətti .....                     Vasif Məhərrəmlini QINADILAR: .....                     Bu da müştəriyə `Kontakt Home` üsullu xidmət... .....                     İki lider Ukraynadakı müharibəni dayandıra bilər .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib .....                     Azərbaycanlı general və şəriki tərliklə on milyonlarla pul yuyub .....                     Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində .....                     Tələbələrin aqibəti necə olacaq? .....                     Deputat çılpaq “qadından” elə şeylər yazdı ki… .....                     Pezeşkianın Bakıya gəlməməsinin səbəbi açıqlandı .....                     COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın... .....                     Dövlət Fondunun binasının təmir və bərpasına 18 milyon manat .....                     ABŞ-dən Bakıya SÜRPRİZ: NASA astronavtları Azərbaycanı təbrik etdilər .....                     FIFA prezidenti Azərbaycan liderinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top təqdim edib .....                     “Kürd kartı” kimin “əlinə oynayır”? .....                     Dövlət Xidməti 4,4 milyon manatlıq avtomobillər aldı .....                     “ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər” .....                     Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi .....                     Seçildikdən sonra hədəfə çevrildik... .....                     "`City Net` bezdirib məni...." .....                     Xaçmaz icra hakimiyyətinin COP29 ANLAYIŞI... .....                     Bu, bizim ölkəyə hörmət əlamətidir .....                     Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi .....                     Agentlik tədbirlərin təşkili ilə bağlı 912 min manatlıq tenderə .....                     Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var .....                 

Qarabağın taçı: Şuşa şəhəri günü - İsrafil Kərimovun yazısı
Tarix: 10-11-2024, 13:28 | Çap et
Qarabağın taçı: Şuşa şəhəri günü
Qarbağın taşı olan Şuşa şəhəri düz 4 il əvvəl – 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfindən işğal olunmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər.
Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti
nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb.
Azərbaycan Prezidenti Şuşaya ilk səfəri zamanı vaxtilə ermənilərin güllələdiyi söz, sənət adamlarının abidələrini apardı. Elə ilk səfərində Şuşanın yenidən, daha gözəl bərpa olunacağı barədə konkret göstərişlər verdi. Dərhal da əməli addımlar atıldı. Şuşa işğaldan azad olunandan sonra Müzəffər Ali Baş Komandan ordusu ilə işğaldan azad etdiyi şəhərə dəfələrlə səfər etdi. Bu davamlı səfərlər qədim yurdun xalqımız üçün əhəmiyyətinin, torpağa sahiblik hissinin, onun müqəddəsliyinə ali dəyərinin ifadəsidir. Şuşa bu gün cənab Prezidentin birbaşa nəzarəti altında yenidən qurulur, bərpa edilir. Qədim şəhəri daha da gözəlləşdirib ona həyat verməklə yaralarına dövlət başçısı özü məlhəm qoyur. Bu şəhərdə təkcə dağıdılmış binalar, infrastruktur bərpa edilmir, ulu yurdun milli ruhu da özünə qaytarılır. Şuşa mədəniyyət paytaxtımız elan olundu. Qısa zamanda bura siyasi diskussiyaların, möhtəşəm beynəlxalq tədbirlərin mərkəzinə çevrildi. Şuşada musiqi festivalları, müsabiqələr, poeziya günləri keçirilir.
Şuşa işğaldan azad olunandan sonra ilk dəfə dost, qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər etdi. Səfər zamanı iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannamə imzalanmaqla ölkələr arasında Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsi başlandı.
Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından Azərbycan xalqına Şuşa müjdəsini verərək demişdir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”. Bu ifadələrlə cənab Prezident Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini ən aydın şəkildə səciyyələndirmişdir.
Son dörd ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasının, yaşayış komplekslərinin inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Şirin su hamamının bərpası görülən işlərin sadəcə bir neçəsidir.
Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb və bu proses davam edir. Şuşa həm də bu il “İslam dünyasının mədəniyyət paytaxtı” adına yiyələnib. “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək deyib: “Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi”.
Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bal tutub, barmaq yalaya bilməyəcəyik... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Artıq belə bir məclisdə oxumuşam... - Özüm də şoka düşmüşdüm"
Bu gün, 06:38
Tarixi fürsət yaranmışdı - Ermənistan testdən keçə bilmədi
Bu gün, 06:35
Fidan Blinkenlə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
Bu gün, 06:32
Tramp Pentaqonun rəhbəri vəzifəsinə teleaparıcının namizədliyini irəli sürüb
Bu gün, 06:27
Bərdənin yollarının təmiri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Agentlik 1 milyon manatlıq dəftərxana mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:02
"Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir - Tramp Avropa Birliyinin "kabus"una çevrilir
Dünən, 19:12
Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
Dünən, 19:02
Bakıda 1100 bina sökülərsə: Nə dəyişəcək? - AKTUAL
Dünən, 19:00
İrəvan kontrastları və Kayman timsahının göz yaşları - Ermənistan COP29-a niyə gəlmədi?
Dünən, 18:00
Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi - TƏFƏRRÜAT
Dünən, 17:51
Bu ölkələrdə uşaqların sosial mediadan istifadəsinə qadağalar var: - Azərbaycanda isə...
Dünən, 17:49
"Hədəf "Hizbullah"ı əzmək idi, lakin..." - Ekspert danışır...
Dünən, 17:45
Günün fotosu: - BƏLİ... BU BİZİK!!!
Dünən, 17:38
Trampın sülh planı: 1300 km demarkasiya xətti – Bu ərazi “alınır”
Dünən, 17:16
Vasif Məhərrəmlini QINADILAR: - “O sözü yumorla demişdim, yazdılar ki...”
Dünən, 17:13
Bu da müştəriyə `Kontakt Home` üsullu xidmət... - "AYIBDIR..."
Dünən, 17:07
İki lider Ukraynadakı müharibəni dayandıra bilər - KİV
Dünən, 17:02
Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 16:58
Azərbaycanlı general və şəriki tərliklə on milyonlarla pul yuyub - TƏFƏRRÜAT
Dünən, 16:57
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Dünən, 16:51
Tələbələrin aqibəti necə olacaq? - Qiyabi təhsil ləğv edilsə…
Dünən, 15:08
Deputat çılpaq “qadından” elə şeylər yazdı ki… – İnanılmaz məlumatlar
Dünən, 15:06
Pezeşkianın Bakıya gəlməməsinin səbəbi açıqlandı - İRNA
Dünən, 15:00
COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın... - ŞƏRH
Dünən, 14:56
Dövlət Fondunun binasının təmir və bərpasına 18 milyon manat - SƏRF EDİLƏCƏK
Dünən, 14:54
ABŞ-dən Bakıya SÜRPRİZ: NASA astronavtları Azərbaycanı təbrik etdilər - VİDEO
Dünən, 14:49
FIFA prezidenti Azərbaycan liderinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top təqdim edib - FOTO
Dünən, 14:43
“Kürd kartı” kimin “əlinə oynayır”? - İNCƏLƏMƏ
Dünən, 14:00
Dövlət Xidməti 4,4 milyon manatlıq avtomobillər aldı - SİYAHI
Dünən, 13:56
“ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər” - Reuters
Dünən, 13:00
Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi - "...peşəkar hesab etmirəm"
Dünən, 12:53
Seçildikdən sonra hədəfə çevrildik... – İlham Əliyev
Dünən, 12:51
"`City Net` bezdirib məni...." - GİLEY
Dünən, 12:48
Xaçmaz icra hakimiyyətinin COP29 ANLAYIŞI... BUDURMU?
Dünən, 12:34
Bu, bizim ölkəyə hörmət əlamətidir – İlham Əliyev
Dünən, 12:26
Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi - İLGİNC FAKTLAR...
Dünən, 12:15
Agentlik tədbirlərin təşkili ilə bağlı 912 min manatlıq tenderə - YEKUN VURDU
Dünən, 12:15
Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:14
Nöqsanlı işçi NECƏ BAŞ HƏKİM OLUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:12
Bir ipdə iki kəndirbaz: - Tramp və Maskın arası dəyəcəkmi?
Dünən, 11:58
Azərbaycan COP29-da bunu nümayiş etdirir - ABŞ səfiri
Dünən, 11:55
Dünyanın diqqəti Bakıda: qaralama kampaniyası fiaskoya uğradı - FAKT BUDUR!
Dünən, 11:51
İsmayıllıda yolların təmiri 1 milyon manata - BAŞA GƏLƏCƏK
Dünən, 11:44
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək - MƏQALƏ
Dünən, 11:41
105 ildən sonra bütün dünya Bakıdadır - VİDEO
Dünən, 11:32
Kollec direktorunun xınayaxdıda "hakışta" deyən tələbələrinə fərqli münasibəti - BU NƏDİ BELƏ?..
Dünən, 11:16
İcra başçısı polkovnik-leytenant Elçin Məmmədovun anasının dəfn mərasimində iştirak edib - FOTO
Dünən, 11:12
“Tramp Kremlə “sürpriz” edə bilər” - Qallyamov
Dünən, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru