Dönərxanalar monopoliyaya götürülür? - REAKSİYA
Tarix: 9-11-2024, 13:04 | Çap et
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb. Layihəyə görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir. Dönərin emalını və satışını həyata keçirən qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, AQTA tərəfindən verilən Qida Təhlükəsizliyi Reyestrindən Çıxarışa malik olmalıdır.
Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır. Eləcə də həmin ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə (ekspertiza aktı) müşayiət edilməlidir. İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir.
Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir.
Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub.
Bəzi ekspertlər bu addımın dönər biznesi sahəsində monopoliyaya gətirib çıxaracağından narahatdır. Bəs bu nə dərəcədə gözləniləndir?
Modern.az mövzu ilə bağlı ekspertlərin rəylərini öyrənib.
Deputat Razi Nurullayevin fikrincə, bu sahədə monopoliya yoxdur:
“Qaydaların sərtləşdirilməsinə gəldikdə isə zaman-zaman dönər və küçədə satılan fast-food məhsullarından zəhərlənmə halları baş verir. İnsanlar bu məhsulların keyfiyyəti ilə bağlı narahatlıqlarını bildirirlər. O baxımdan bütün dünyada küçədə satılan qida məhsulları ilə bağlı standartlar mövcuddur. O standartlar da olduqca sərtdir. Bu da insanların sağlamlığını qorumaq üçündür. Mənə elə gəlir ki, bu sahədə qaydaların sərtləşdirilməsi heç də monopoliyaya gətirib çıxarmayacaq. Bu kiçik bir biznesdir, burada monopoliya olması inandırıcı deyil. Amma belə faktlar varsa, təbii ki, yolverilməzdir".
Qida eksperti Fərid Səfərov bildirib ki, qida məhsullarının hazırlanması, satışa çıxarılması barədə müəyyən standartlar tətbiq olunur:
"Bunlar xammalın əldə olunması, gigiyenik normalara uyğun çatdırılıb saxlanılması, təhlükəsiz şəkildə istehsal edilib satışa çıxarılmasından tutmuş bir neçə sahəni əhatə edir. Təbii ki, burada əsas məqsəd insanların təhlükəsiz şəkildə qidanı əldə etməsi, sağlam şəkildə qidalanması və bu sahənin inkişafına yönəlib. Müxtəlif iaşə obyektlərində də bu standartlar mütləq şəkildə tətbiq olunmalıdır".
Ekspertin sözlərinə görə, təkcə böyük restoranlarda yox, kiçik dönərxanalarda da bu standartların tətbiqinə mütləq şəkildə nəzarət olunmalıdır ki, sonradan tez-tez eşitdiyimiz zəhərlənmə və ölüm halları baş verməsin:
"Qida çox ciddi məsələdir. Onu hazırlayarkən də bütün qaydalara əməl olunmalıdır. Bu sahəyə çox ciddi nəzarət hər zaman vacibdir. Hər kəs öz süfrəsindən başlayaraq maariflənməyə başlasa, tətbiq etsə və sağlam seçimlər etsə, düşünürəm ki, bu sahədə nəsə irəliləyiş əldə etmək mümkündür".
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu standartların qəbul edilməsi monopoliyaya gətirib çıxarmayacaq:
“Qida sahəsində fəaliyyət göstərən şəxslər qida təhlükəsizliyi standartlarına cavab verməlidirlər. Dönər sahəsində monopoliyanın olması çox real deyil, çünki bu biznesin açılması çox ciddi investisiya tələb etmir. Ona görə də bu sahədə atılan addımlar hansısa monopoliya yaratmayacaq. Amma bu standartlar dönər qiymətlərini artıra bilər. Bu standartlara uyğunlaşmaq, nəzarət edilməsi dönərçilərin xərcini artıracağı üçün qiymətlərdə artım görə bilərik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bərdənin yollarının təmiri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Agentlik 1 milyon manatlıq dəftərxana mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:02 |
|
|
|
• "Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir - Tramp Avropa Birliyinin "kabus"una çevrilir
Dünən, 19:12 |
|
|
|
• Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
Dünən, 19:02 |
|
|
|
• Bakıda 1100 bina sökülərsə: Nə dəyişəcək? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• İrəvan kontrastları və Kayman timsahının göz yaşları - Ermənistan COP29-a niyə gəlmədi?
Dünən, 18:00 |
|
|
|
• Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi - TƏFƏRRÜAT
Dünən, 17:51 |
|
|
|
• Bu ölkələrdə uşaqların sosial mediadan istifadəsinə qadağalar var: - Azərbaycanda isə...
Dünən, 17:49 |
|
|
|
• "Hədəf "Hizbullah"ı əzmək idi, lakin..." - Ekspert danışır...
Dünən, 17:45 |
|
|
|
• Günün fotosu: - BƏLİ... BU BİZİK!!!
Dünən, 17:38 |
|
|
|
• Trampın sülh planı: 1300 km demarkasiya xətti – Bu ərazi “alınır”
Dünən, 17:16 |
|
|
|
• Vasif Məhərrəmlini QINADILAR: - “O sözü yumorla demişdim, yazdılar ki...”
Dünən, 17:13 |
|
|
|
• Bu da müştəriyə `Kontakt Home` üsullu xidmət... - "AYIBDIR..."
Dünən, 17:07 |
|
|
|
• İki lider Ukraynadakı müharibəni dayandıra bilər - KİV
Dünən, 17:02 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanlı general və şəriki tərliklə on milyonlarla pul yuyub - TƏFƏRRÜAT
Dünən, 16:57 |
|
|
|
• Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Dünən, 16:51 |
|
|
|
• Tələbələrin aqibəti necə olacaq? - Qiyabi təhsil ləğv edilsə…
Dünən, 15:08 |
|
|
|
• Deputat çılpaq “qadından” elə şeylər yazdı ki… – İnanılmaz məlumatlar
Dünən, 15:06 |
|
|
|
• Pezeşkianın Bakıya gəlməməsinin səbəbi açıqlandı - İRNA
Dünən, 15:00 |
|
|
|
• COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın... - ŞƏRH
Dünən, 14:56 |
|
|
|
• Dövlət Fondunun binasının təmir və bərpasına 18 milyon manat - SƏRF EDİLƏCƏK
Dünən, 14:54 |
|
|
|
• ABŞ-dən Bakıya SÜRPRİZ: NASA astronavtları Azərbaycanı təbrik etdilər - VİDEO
Dünən, 14:49 |
|
|
|
• FIFA prezidenti Azərbaycan liderinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top təqdim edib - FOTO
Dünən, 14:43 |
|
|
|
• “Kürd kartı” kimin “əlinə oynayır”? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• Dövlət Xidməti 4,4 milyon manatlıq avtomobillər aldı - SİYAHI
Dünən, 13:56 |
|
|
|
• “ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər” - Reuters
Dünən, 13:00 |
|
|
|
• Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi - "...peşəkar hesab etmirəm"
Dünən, 12:53 |
|
|
|
• Seçildikdən sonra hədəfə çevrildik... – İlham Əliyev
Dünən, 12:51 |
|
|
|
• "`City Net` bezdirib məni...." - GİLEY
Dünən, 12:48 |
|
|
|
• Xaçmaz icra hakimiyyətinin COP29 ANLAYIŞI... BUDURMU?
Dünən, 12:34 |
|
|
|
• Bu, bizim ölkəyə hörmət əlamətidir – İlham Əliyev
Dünən, 12:26 |
|
|
|
• Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi - İLGİNC FAKTLAR...
Dünən, 12:15 |
|
|
|
• Agentlik tədbirlərin təşkili ilə bağlı 912 min manatlıq tenderə - YEKUN VURDU
Dünən, 12:15 |
|
|
|
• Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:14 |
|
|
|
• Nöqsanlı işçi NECƏ BAŞ HƏKİM OLUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:12 |
|
|
|
• Bir ipdə iki kəndirbaz: - Tramp və Maskın arası dəyəcəkmi?
Dünən, 11:58 |
|
|
|
• Azərbaycan COP29-da bunu nümayiş etdirir - ABŞ səfiri
Dünən, 11:55 |
|
|
|
• Dünyanın diqqəti Bakıda: qaralama kampaniyası fiaskoya uğradı - FAKT BUDUR!
Dünən, 11:51 |
|
|
|
• İsmayıllıda yolların təmiri 1 milyon manata - BAŞA GƏLƏCƏK
Dünən, 11:44 |
|
|
|
• Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək - MƏQALƏ
Dünən, 11:41 |
|
|
|
• 105 ildən sonra bütün dünya Bakıdadır - VİDEO
Dünən, 11:32 |
|
|
|
• Kollec direktorunun xınayaxdıda "hakışta" deyən tələbələrinə fərqli münasibəti - BU NƏDİ BELƏ?..
Dünən, 11:16 |
|
|
|
• İcra başçısı polkovnik-leytenant Elçin Məmmədovun anasının dəfn mərasimində iştirak edib - FOTO
Dünən, 11:12 |
|
|
|
• “Tramp Kremlə “sürpriz” edə bilər” - Qallyamov
Dünən, 11:03 |
|
|
|
• Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib - FOTO
Dünən, 10:59 |
|
|
|
• Dövlət qurumu abadlıq və təmir işlərinə yarım milyon manat - XƏRCLƏYƏCƏK
Dünən, 10:57 |
|
|
|
• Pensiyalar gecikdirilir? - Nazirdən AÇIQLAMA
Dünən, 10:51 |
|
|
|
• “İri kampuslu universitetlər yaradılmalıdır” - ÇAĞIRIŞ
Dünən, 10:40 |
|
|
|
• 'Sifariş veririk, İrandan mal gətirirlər... bunu da monopoliyaya alıblar' - Astarada sahibkardan ETİRAZ
Dünən, 10:37 |
|
|
|
|