Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın ildönümündə etdiyi paylaşım birmənalı qarşılanmayıb.
Globalinfo.az xəbər verir ki, Akopyan və böyük qızı Məryəm Paşinyan sosial şəbəkə səhifələrində tətildən fotolar paylaşıblar.
Ermənistanın kapitulyasiya aktının imzaladığı bir gündə baş nazirin həyat yoldaşı və qızının tətilə çıxması, heç nə olmamış kimi foto paylaşması tənqidlə qarşılanıb.
Sosial şəbəkələrin erməni seqmenti və Ermənistan KİV-də bu məsələ narazılığa səbəb olub. Erməni xalqının faciə hesab edərək yas saxladığı günlərdə ölkənin birinci xanımı və qızının davranışı kəskin şəkildə qınanılıb. Onun tətil fotoları əvəzinə, ən azından müharibənin ildönümü və ölən ermənilərlə bağlı paylaşım etməsinin gözlənildiyi bildirilib.
Fotoları təqdim edirik: