Rusiya Baş naziri Mixail Mişustin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında məlumat verilib.
Nümayəndə heyətinin rəhbəri Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev təyin olunub.
Nümayəndə heyəti rəhbərinin müavini Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin başçısı İqor Şumakov təyin edilib.
Qeyd edək ki, daha öncə Rusiya Prezident Vladimir Putin COP29 iqlim konfransında Rusiya nümayəndə heyətinə Baş nazir Mixail Mişustinin rəhbərlik edəcəyini bildirmişdi.