`Bakı Kart`dakı problemlərin DAHA BİR NƏDƏNİ... - "...düşmən kəsilmisiz xalqa?"
Tarix: 17-09-2024, 16:38 |
Çap et
Neçə müddətdir ki, müştərilərinə problem yaradan "Bakı kart"la bağlı yeni iddia səslənib. Dia-Az.İnfo bildirir ki, bu barədə özünün "facebook" səhifəsində açıqlama verən jurnalist Elnurə Abuşova deyir ki, sən demə, "Bakı kart"la bağlı yaranmış problemlər səbəbsiz deyilmiş...
Jurnalist yazır:
"Deməli, Azərbaycan Beynəlxalq Bankı sərnişinlərə yaxşılıq etmək istəmişdi.
20 faiz bonus verirdi... "Bakıkart"-a kartdan onlayn ödəniş edəndə.
50 manat vuranda 10 manat bonus qayıdırdı, gediş 40 qəpiyə düşürdü.
Bunu eşidəndən "Bakıkart" mobil tətbiqi bağladı. İşləmir. Müştərilər cəmi 1 ay bu xidmətdən yararlana bildi.
"Bakıkart", düşmən kəsilmisiz xalqa?"