8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib - FOTO
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Öncə Dövlət Himni səsləndirilib və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onların xatirələni bir dəqiqəlik sükutla yad edilib. Sonra söz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib. İcra başçısı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Rayon rəhbəri çıxışında bildirib ki, “Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıllmış olduğu şəhərlərindən biridir!” Vətən müharibəsində ermənilər tərəfindən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozularaq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri- yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 16 nəfər qətlə yetirilmiş, 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki,onların arasında qadın və uşaqlar da var. Vətən müharibəsində rayonumuzda 46 hərbi qulluqçu şəhid olub, 57 nəfər hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib.1554 Vətən müharibəsi veteranımız var. Ancaq tərtərlilər ön cəbhədə olduğu kimi arxa cəbhədə də şəhidlər versələr də, evləri dağıdılsa da bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Sonra Milli Məclisin deputatı Anar Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, Vətən Müharibəsi Qəhramanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, Vətən Müharibəsi şəhidi, gizir Mirzəli Rəşadın anası Afidə Mirzəyeva, Azərbaycan Bayrağı Ordenli, Vətən Müharibəsi iştirakçısı Elnur Salahov, Gənc Qazilər İctimai Birliyinin sədr müavini, qazi Baris Əliyev, Goranboy rayon Ağsaqqallar Şurasının sədr müavini Aqil Abbasov, Goranboy rayon ağsaqqalı Eldəniz Abbasov, digər çıxış edən şəhid ailələrinin üzvləri və qazilər 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söhbət açıblar, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub. 8 Noyabr Zəfər Günü münasibəti ilə rayon icra hakimiyyəti və Milli Məclisin deputatı Anar Məmmədovun şəhid ailələri, qazi və müharibə veteranlarının şərəfinə təşkil etdikləri bayram süfrəsi arxasında tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramına baxıblar. Şəhid ailələri və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 8 noyabr Şuşa şəhəri günüdür - MƏQALƏ
Bu gün, 19:12 |
|
|
|
• COP29-un media tərəfdaşları açıqlanıb
Bu gün, 19:09 |
|
|
|
• Əliyev İrəvana sərt xəbərdarlıq mesajı verdi: - Paşinyan xoflandı, Makrondan dəstək istədi
Bu gün, 18:28 |
|
|
|
• "Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq" - deputat
Bu gün, 18:27 |
|
|
|
• Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama - NƏ BAŞ VERİR?
Bu gün, 18:15 |
|
|
|
• 44 günlük müharibə həyatımın dönüş nöqtəsidir - Amin Musayev
Bu gün, 18:12 |
|
|
|
• Hər dövlətin Trampdan özəl gözləntisi var - Görünəni odur ki...
Bu gün, 17:56 |
|
|
|
• Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...” - GƏLİŞMƏ
Bu gün, 17:54 |
|
|
|
• “İrəvanın Trampa ümidi azdır, Ermənistan özünü qorumalıdır” - Qriqor Balasanyan
Bu gün, 17:51 |
|
|
|
• Nəsimi rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 17:45 |
|
|
|
• ABŞ-da hakimiyyət dəyişikliyi Paşinyanı çıxılmaz duruma salıb - İrəvan mühüm dəstəyini itirir
Bu gün, 17:41 |
|
|
|
• 8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib - FOTO
Bu gün, 17:31 |
|
|
|
• Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub
Bu gün, 17:29 |
|
|
|
• Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar
Bu gün, 15:19 |
|
|
|
• Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
Bu gün, 12:00 |
|
|
|
• "Çox böyük zəhmətlərdən keçdik" - deputat
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan Ərdoğanla görüşdü - Dunay boyu velosiped sürdü...
Bu gün, 11:43 |
|
|
|
• Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:38 |
|
|
|
• Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır - KİV
Bu gün, 11:35 |
|
|
|
• Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:24 |
|
|
|
• "Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." - Ekspert danışır...
Bu gün, 11:12 |
|
|
|
• `Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - GİLEY
Bu gün, 11:08 |
|
|
|
• Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı - FOTO
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü - TƏFƏRRÜAT
Bu gün, 10:58 |
|
|
|
• “Türk NATO”su qurmaq mümkün olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 10:34 |
|
|
|
• DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...
Bu gün, 10:28 |
|
|
|
• Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik? - Aqşin Yenisey
Bu gün, 10:21 |
|
|
|
• Tramp gəldi: nə, necə dəyişəcək? -RƏYLƏR
Bu gün, 10:17 |
|
|
|
• “Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” - Rauf Arifoğlu
Bu gün, 10:09 |
|
|
|
• “Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib
Bu gün, 10:02 |
|
|
|
• "Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"
Bu gün, 09:57 |
|
|
|
• Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi - MƏQALƏ
Bu gün, 09:49 |
|
|
|
• İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:48 |
|
|
|
• Regionda tam yeni reallıq yaradan Bəyanat - İsrafil Kərimovun yazısı
Bu gün, 09:44 |
|
|
|
• Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək - GƏLİŞMƏ
Bu gün, 09:37 |
|
|
|
• Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib - MƏTN
Bu gün, 09:34 |
|
|
|
• Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi -“Məhkəmə qərarını saya salmır”
Bu gün, 09:31 |
|
|
|
• "Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" - deputat
Bu gün, 09:25 |
|
|
|
• Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:22 |
|
|
|
• Ermənistanın xarici siyasəti yenə iflas etdi - FAKT BUDUR!
Bu gün, 09:21 |
|
|
|
• İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19 |
|
|
|
• Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST - FOTO
Bu gün, 09:01 |
|
|
|
• Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:54 |
|
|
|
• 8 milyona satılan restoran hansı keçmiş məmurundur? - FOTO
Bu gün, 08:46 |
|
|
|
• «BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 08:43 |
|
|
|
• Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:39 |
|
|
|
• Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• Ömürlük əlillik pensiyası almaq üçün 6 min rüşvət... - AXI NİYƏ?..
Bu gün, 08:30 |
|
|
|
• “Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR...
Bu gün, 08:25 |
|
|
|
|