Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır .....                     "Çox böyük zəhmətlərdən keçdik" .....                     Paşinyan Ərdoğanla görüşdü .....                     Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil .....                     Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır .....                     Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? .....                     "Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." .....                     `Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı .....                     Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü .....                     “Türk NATO”su qurmaq mümkün olacaqmı? .....                     DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” .....                     Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik? .....                     Tramp gəldi: nə, necə dəyişəcək? .....                     “Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” .....                     “Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib .....                     "Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib" .....                     Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi .....                     İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... .....                     Regionda tam yeni reallıq yaradan Bəyanat .....                     Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək .....                     Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib .....                     Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi .....                     "Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" .....                     Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı .....                     Ermənistanın xarici siyasəti yenə iflas etdi .....                     İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... .....                     Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST .....                     Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... .....                     8 milyona satılan restoran hansı keçmiş məmurundur? .....                     «BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı .....                     Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq .....                     Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi .....                     Ömürlük əlillik pensiyası almaq üçün 6 min rüşvət... .....                     “Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ .....                     Rektor öz təsərrüfatına texnika alır... xərci universitetə yükləyir... .....                     “Azəravtoyol”a məxsus şirkət Gömrükdə "ilişdi" .....                     “Veysəloğlu”nun mətbuatla bağlı layihələri olacaq .....                     Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir .....                     Bayden Çinin şirkətlərinə ABŞ-yə sərmayə yatırmaq qadağasını bir il uzadıb .....                 

DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...
Tarix: Bu gün, 10:28 | Çap et
DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ”
Bir atalar sözündə deyildiyi kimi, “aşığın sözü qurtaranda dalay-dalay deyər”. Azərbaycan parlamentində belə “aşıqlar” hər zaman olub və təəssüf ki, bu gün də var və yəqin ki, hələ uzun illər də olacaq...

Sahib Alıyev adında 4 dəfə dalbadal parlamentə düşən deputat ötən gün Milli Məclisdə “dahiyanə” təkliflə çıxış edib. Nəhayət, dördüncü dəfədən Azərbaycanın “başlılca dərdini”, “problemini” anlamağa müvəffəq olan deputat deyib ki, Azərbaycanda göyərçinləri yemləyənlər, sən demə, böyük qəbahət sahibləridir, az qala bütün bəlalarımız, problemlərimiz də bu “əcaib quşlardan” və onları yemləyənlərdən gəlir. Ona görə də belələri mütləq cərimə olunmalıdır. Sonra aləm dəyib bir-birinə, digər millət vəkilləri bunun əleyhinə çıxıblar, deyiblər ki, bu, göyərçinlərə qarşı (onları yemləyənlərə qarşı yox ha) qeyri-humanist addım olar və sair. Söhbətə hətta parlament sədri də qarışıb və deputata haqq qazandırıb. Deyib ki, göyərçinlər infeksiya daşıyıcısı ola bilər. Yəni, göyərçinlər anti-sanitariya mənbəyidir. Bir sözlə, sözün qurtardığı, dilin ağızda yanıb quruduğu yer...

Əvvəlcə qeyd edək ki, doğrudan da bir çox dünya ölkələrində, xüsusilə də Avropada turistlərin kütləvi axın etdikləri dünya şöhrətli, çoxsaylı qədim abidələri, tarixi binaları olan və eyni zamanda da mərkəzi meydanlarına həddindən çox göyərçin və digər quşlar toplaşan şəhərlərdə göyərçinləri yemləmək qadağandır və buna görə cərimələr nəzərdə tutulub (ancaq əksər hallarda bu qadağa formal xarakter daşıyır). Bu da onunla bağlıdır ki, göyərçinlər çox olduğundan tarixi abidələri, heykəlləri və s. korlayırlar.

Birincisi, Bakı müxtəlif məlum səbəblərdən heç də Roma, Paris, Venesiya və digər şəhərlər qədər kütləvi turist axınına məruz qalmayıb, paytaxtın mərkəzi meydanlarında bir o qədər seyrçi cəlb edən tarixi abidələr və heykəllər yoxdur. Heç göyərçinlər də çox deyil. Bu reallıqlar nəzərə alındıqda göyərçinləri yemləyənlərə cərimə tətbiqi, yumşaq desək, gülməli görünür. Bu məsələnin Milli Məclisə çıxarılması, üstəlik, onun ətrafında polemika aparılması isə gülməli olduğu qədər də ağlamalıdır. Sanki bu ölkənin, onun əhalisini təmsil etməli olan parlamentin başqa işi-gücü, dərdi-səri yoxdur. Sanki onu “seçən” Ağdaş camaatının parlamentdə deyiləcək sözü yoxdur, Sahib Alıyevi isə parlamentə “göyərçin uçurmağa” göndərib...

Əgər bu deputatı anti-sanitariya maraqlandırırsa, elə təmsil etdiyi Ağdaş rayonunda və onun kəndlərindəki vəziyyətə baxsın, problemlərini dilə gətirsin. Azərbaycanın nəinki kəndlərində, bir çox rayon mərkəzlərində belə mərkəzləşdirilmiş kanalizasiya sistemləri ya yoxdur, ya da evlərin çoxu bu sistemlərdən kənardadır. Hərə öz məhləsində bir quyu qazıb. Orta əsrlərdəki kimi. Kəndlərdən isə ümumiyyətlə danışmağa dəymir. Zibil daşınmır, camaat kəndin bir tərəfində quyu qazıb zibili ora atır. Hələ çaylara, arxlara axıdılan çirkab suları, məişət tullantları və s. demirik. Alıyev anti-sanitariya görmək istəyirsə, oralara getsin...

Elə paytaxt Bakının özündə də bir çox ərazilərdə, xüsusilə də kənar qəsəbələrdə zibil, kanalizasiya problemləri xirtdəyə dirənib. Bütün bunlar bir tərəfdə qala-qala, göyərçinlər başlıca anti-sanitariya mənbəyinə çevrildi? Ümumiyyətlə, dərd təkcə zibil, “göyərçinlərdən gələn anti-sanitariya” dərdidir? Alıyev özünü bəlkə də inkişaf etmiş, əhalisi yüksək həyat səviyyəsinə malik, “başqa dərdi-səri olmayan” İngiltərə, Almaniya, Avstriya kimi ölkələrin parlamentlərnin təmsilçisi yerində görə bilər. Amma faktiki olaraq o, xəstə səhiyyəyə, təhsilsiz təhsilə, təminatsız sosial təminata və s. malik bir ölkənin “ya zəlzələdən, ya vəlvələdən” parlamentə düşən vətəndaşıdır. Əsl anti-sanitariya tender adı ilə büdcəni dağıdan nazirliklərdə, komitələrdə, icra hakimyyətlərində, səhiyyədə, gömrükdə, vergidə, hüquq-mühafizə orqanlarında və digər idarəetmə qurumlarındadır. Odur ki, Alıyevin hansı xidmətlərinə görəsə dördüncü dəfə(!) düşdüyü parlamentin müzakirə və həll etməli olduğu qat-qat daha çox ciddi problemlər var...

Bir də ki, bu ölkədə zatən cərimələrin sayı-hesabı yoxdur, cərimə üstünə cərimə gəlir. Onların məbləği isə heç bir adekvat izahat verilmədən günü-gündən artırılır. Vətəndaş vergidən tutmuş yol polisinə qədər hara ayaq bassa cərimə, sanksiya, cəza görür. Görünür, hökumətdə kimsə düşünür ki, cərimə ilə büdcə doldurmaq və ”ağ günə çıxmaq” olar. Alıyev kimi deputatlar da “ələkçinin qıl verəni” kimi yeni cərimə növləri təklif edirlər. Özü də dünya təcrübəsinə istinad etməklə. Amma nədənsə, bu dünya təcrübəsi əhali üçün xeyirli, onun güzəranını yaxşılaşdıran, sosial vəziyyətinə müsbət təsir edən güzəştli kreditlər, mənzillər, sosial müavinətlər, yüksək maaş və pensiyalar, “uşaq pulu” və digər bu kimi məsələlərdə qətiyyən yada düşmür...

Alıyev kimi cərimə və qadağa həvəskarları üçün dünya təcrübəsindən bəzi nümunələr: Sinqapurda saqqız çeynəməyin cəriməsi 1000 ABŞ dollarıdır, ABŞ-nin Pensilvaniya ştatında atları qorxutmağa görə, qonşu ştatda isə küçədə vedrədən pivə içməyə görə(!) cərimə oluna bilərsiz, Tailandda meymunları yemləməyə görə, Şri-Lankada heykəlləri qucaqlamağa görə, İtaliyada brend geyimlərin saxtasını geyinməyə görə, Tailandda elektron siqaret çəkməyə görə və s. böyük məbləğlərdə cərimələr nəzərdə tutulub.

Əla cərimə növləridir, qazanc mənbəyidir – çörəkdi e, çörək! Yığın, gətirin Azərbaycana!

Cəlal Məmmədov
“AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
Bu gün, 12:00
"Çox böyük zəhmətlərdən keçdik" - deputat
Bu gün, 11:52
Paşinyan Ərdoğanla görüşdü - Dunay boyu velosiped sürdü...
Bu gün, 11:43
Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:38
Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır - KİV
Bu gün, 11:35
Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:24
"Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." - Ekspert danışır...
Bu gün, 11:12
`Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - GİLEY
Bu gün, 11:08
Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı - FOTO
Bu gün, 11:00
Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü - TƏFƏRRÜAT
Bu gün, 10:58
“Türk NATO”su qurmaq mümkün olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 10:34
DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...
Bu gün, 10:28
Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik? - Aqşin Yenisey
Bu gün, 10:21
Tramp gəldi: nə, necə dəyişəcək? -RƏYLƏR
Bu gün, 10:17
“Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” - Rauf Arifoğlu
Bu gün, 10:09
“Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib
Bu gün, 10:02
"Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"
Bu gün, 09:57
Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi - MƏQALƏ
Bu gün, 09:49
İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:48
Regionda tam yeni reallıq yaradan Bəyanat - İsrafil Kərimovun yazısı
Bu gün, 09:44
Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək - GƏLİŞMƏ
Bu gün, 09:37
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib - MƏTN
Bu gün, 09:34
Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi -“Məhkəmə qərarını saya salmır”
Bu gün, 09:31
"Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" - deputat
Bu gün, 09:25
Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:22
Ermənistanın xarici siyasəti yenə iflas etdi - FAKT BUDUR!
Bu gün, 09:21
İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19
Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST - FOTO
Bu gün, 09:01
Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
8 milyona satılan restoran hansı keçmiş məmurundur? - FOTO
Bu gün, 08:46
«BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 08:43
Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:39
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 08:35
Ömürlük əlillik pensiyası almaq üçün 6 min rüşvət... - AXI NİYƏ?..
Bu gün, 08:30
“Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR...
Bu gün, 08:25
Rektor öz təsərrüfatına texnika alır... xərci universitetə yükləyir... - İTTİHAM VAR...
Bu gün, 08:20
“Azəravtoyol”a məxsus şirkət Gömrükdə "ilişdi" - 4.2 milyonluq vergi borcu da varmış
Bu gün, 08:14
“Veysəloğlu”nun mətbuatla bağlı layihələri olacaq - FOTO
Bu gün, 08:10
Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTO
Bu gün, 08:05
Bayden Çinin şirkətlərinə ABŞ-yə sərmayə yatırmaq qadağasını bir il uzadıb
Bu gün, 07:59
“Puta-Nəqliyyat-2” ASC ləğv olunur
Bu gün, 00:02
Tarixi Zəfər: - Təkcə bayram yox, həm də milli hesabat
Bu gün, 00:00
Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI
Dünən, 19:00
Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 18:58
ABŞ siyasətində YENİ DÖNƏM – Ukrayna sülhə məcbur edilir, İran və Çin isə...
Dünən, 18:17
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib - SƏRƏNCAM
Dünən, 18:15
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN
Dünən, 18:13
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub - VİDEO
Dünən, 18:10
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar – Azərbaycana gələn fransızların sayı artır
Dünən, 18:04
Sabahdan məktəblilərin 17 günlük tətili başlayır - DİQQƏT
Dünən, 18:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru