Bilisuvar rayonunun Əmənkənd kənd sakini İntizam Rəhmanov kənd yollarının bərbad vəziyyətdə olmasından şikayətçidir. "DİA-AZ"ın məlumatına görə, Rəhmanov deyir ki, yağış -qar yağanda yollar bağlanır, uşaqlar məktəbə gedə bilmir, xəstə olanda təcili yardım gələ bilmir.
Vətəndaş bildirir ki, bununla bağlı dəfələrlə adiyyatı qrumlara müraciət etsə də, nəticəsi olmayıb.
Şikayətçi aidiyyatı qurumlara müraciət edərək onların kəndinin yol probleminin həll edilməsi üçün tapşırıq verməsini xahiş edir...