Əsas Səhifə > Güney Press, Manşet > `Bakı Kart`dakı problemlərin DAHA BİR NƏDƏNİ...
`Bakı Kart`dakı problemlərin DAHA BİR NƏDƏNİ...17-09-2024, 16:38 |
Neçə müddətdir ki, müştərilərinə problem yaradan "Bakı kart"la bağlı yeni iddia səslənib. Dia-Az.İnfo bildirir ki, bu barədə özünün "facebook" səhifəsində açıqlama verən jurnalist Elnurə Abuşova deyir ki, sən demə, "Bakı kart"la bağlı yaranmış problemlər səbəbsiz deyilmiş... Jurnalist yazır: "Deməli, Azərbaycan Beynəlxalq Bankı sərnişinlərə yaxşılıq etmək istəmişdi. 20 faiz bonus verirdi... "Bakıkart"-a kartdan onlayn ödəniş edəndə. 50 manat vuranda 10 manat bonus qayıdırdı, gediş 40 qəpiyə düşürdü. Bunu eşidəndən "Bakıkart" mobil tətbiqi bağladı. İşləmir. Müştərilər cəmi 1 ay bu xidmətdən yararlana bildi. "Bakıkart", düşmən kəsilmisiz xalqa?" Geri qayıt |