Bərdənin yollarının təmiri bu şirkətə .....                     Agentlik 1 milyon manatlıq dəftərxana mallarını .....                     "Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir .....                     Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... .....                     Bakıda 1100 bina sökülərsə: Nə dəyişəcək? .....                     İrəvan kontrastları və Kayman timsahının göz yaşları .....                     Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi .....                     Bu ölkələrdə uşaqların sosial mediadan istifadəsinə qadağalar var: .....                     "Hədəf "Hizbullah"ı əzmək idi, lakin..." .....                     Günün fotosu: .....                     Trampın sülh planı: 1300 km demarkasiya xətti .....                     Vasif Məhərrəmlini QINADILAR: .....                     Bu da müştəriyə `Kontakt Home` üsullu xidmət... .....                     İki lider Ukraynadakı müharibəni dayandıra bilər .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib .....                     Azərbaycanlı general və şəriki tərliklə on milyonlarla pul yuyub .....                     Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində .....                     Tələbələrin aqibəti necə olacaq? .....                     Deputat çılpaq “qadından” elə şeylər yazdı ki… .....                     Pezeşkianın Bakıya gəlməməsinin səbəbi açıqlandı .....                     COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın... .....                     Dövlət Fondunun binasının təmir və bərpasına 18 milyon manat .....                     ABŞ-dən Bakıya SÜRPRİZ: NASA astronavtları Azərbaycanı təbrik etdilər .....                     FIFA prezidenti Azərbaycan liderinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top təqdim edib .....                     “Kürd kartı” kimin “əlinə oynayır”? .....                     Dövlət Xidməti 4,4 milyon manatlıq avtomobillər aldı .....                     “ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər” .....                     Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi .....                     Seçildikdən sonra hədəfə çevrildik... .....                     "`City Net` bezdirib məni...." .....                     Xaçmaz icra hakimiyyətinin COP29 ANLAYIŞI... .....                     Bu, bizim ölkəyə hörmət əlamətidir .....                     Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi .....                     Agentlik tədbirlərin təşkili ilə bağlı 912 min manatlıq tenderə .....                     Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var .....                     Nöqsanlı işçi NECƏ BAŞ HƏKİM OLUR? .....                     Bir ipdə iki kəndirbaz: .....                     Azərbaycan COP29-da bunu nümayiş etdirir .....                     Dünyanın diqqəti Bakıda: qaralama kampaniyası fiaskoya uğradı .....                     İsmayıllıda yolların təmiri 1 milyon manata .....                 

Trampın ikinci zühuru: Azərbaycanı və dünyanı nə gözləyir? - İNCƏLƏMƏ
Tarix: 9-11-2024, 06:29 | Çap et
Trampın ikinci zühuru: Azərbaycanı və dünyanı nə gözləyir?
Donald Tramp gərgin mübarizədə qalib gələrək, 4 illik fasilədən sonra ikinci dəfə planetin ən güclü dövlətinin prezidenti seçilib. Aydındır ki, ABŞ beynəlxalq gündəmdə olan bir çox məsələlərdə öz iradəsini birbaşa və ya dolayı yolla digər ölkələrə diktə edir. Bu səbəbdən, qeyri-adi şəxs sayılan yeni/köhnə prezidentlə bağlı ölkəmizdə cavabı maraqla gözlənilən üç sual ortaya çıxır:

- Tramp Azərbaycanla Ermənistan arasında sülhün bağlanması və münasibətlərin normallaşması məsələsində özünü necə aparacaq;

- ABŞ prezidenti Rusiyanın Ukraynaya qarşı təcavüzünün hərbi mərhələsinə son qoymaq istəyirmi;

- O, Yaxın Şərqdə müharibəni dayandırmaq və ya bitirmək üçün nə edə bilər.

Tanınmış analitiklər Pressklub.az-a açıqlamalarında bununla bağlı fikirlərini bildiriblər.

İsrailli siyasi ekspert və publisist Aviqdor Eskin (Yerusəlim) hesab edir ki, Donald Tramp təkcə Ağ Ev uğrunda mübarizədə qalib gəlməyib, həm də Senat və Konqresə nəzarəti ələ keçirib. Buna görə də, prezident Tramp bu dəfə daha çox fəaliyyət azadlığına malik olacaq.

“İlk dövrdə onun siyasətinin prioritet istiqaməti Yaxın Şərq və Ukrayna olacaq.

Trampın İranı tamamilə zərərsizləşdirmək, həmçinin ən qısa zamanda HAMAS və Hizbullah təhlükəsinə son qoymaq üçün İsrailə kömək edəcəyini düşünməyə bütün əsaslar var. Və o, paralel olaraq İsrail və ərəb ölkələri arasında yeni sülh sazişi üzərində fəal işləyəcək. Gələcəyə baxsaq, ehtimal etmək olar ki, yaxın illərdə Qüdslə Tehran arasında diplomatik münasibətlər də bərpa oluna bilər”, – publisist deyir.

O, hesab edir ki, əgər prezident Tramp Ukraynada atəşkəsə və Rusiya ilə münasibətlərdəki gərginliyin azalmasına nail ola bilsə, Azərbaycan və Ermənistana tam sülhün bağlanmasına və əməkdaşlığa keçməsinə kömək etmək daha asan olacaq. “Trampın əvvəlki prezidentliyinin təcrübəsi göstərir ki, Qafqaz onun üçün prioritet region olmayıb. Buna görə də, Amerika təşəbbüsünün ortaya çıxması üçün geniş diplomatik və lobbiçilik səyləri tələb olunacaq. Vaşinqtonun müvafiq strukturlarına təsir göstərmək və beynəlxalq mediada Qafqazda sülhün vacibliyini təbliğ etmək üçün fəal səylərlə belə bir ssenariyə nail olmaq mümkündür”, - Eskin qeyd edib.

Siyasi elmlər doktoru, QAFSAM-ın (Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi) sədr müavini Nazim Cəfərsoy bildirib ki, Tramp administrasiyası da Qafqazda sülh prosesində maraqlı olacaq.

“Lakin ermənilərə daha çox rəğbət bəsləyən Bayden administrasiyasından fərqli olaraq, onun Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində daha balanslı mövqe nümayiş etdirəcəyini gözləmək olar. Digər tərəfdən, Bayden administrasiyası sülh danışıqlarına Rusiya ilə rəqabətin tərkib hissəsi kimi baxdığını gizlətmirdi və bu, açıq şəkildə həyata keçirilirdi. Düşünürəm ki, Tramp bu prosesdə Rusiya ilə daha balanslı siyasət aparacaq.

Digər məqam ondan ibarətdir ki, Tramp İranın bu prosesə mane olmaq cəhdlərinə Baydendən daha açıq və sərt cavab verəcək. Trampın Qafqazda sülh prosesində Türkiyə ilə daha fəal əməkdaşlıq edəcəyi də gözlənilir. Düşünürəm ki, Tramp bu sülh prosesində Çinin təsirinə daha həssas yanaşacaq”, - deyə politologiya doktoru bildirib.

O qeyd edib ki, Tramp və komandasının bəzi üzvləri əvvəlki açıqlamalarında Ukraynada sülhün əldə olunmasında maraqlı olduqlarını vurğulayıblar. “Düşünürəm ki, Tramp bu yanaşmanı praktikada tətbiq edəcək. Lakin Tramp seçki kampaniyası zamanı “müharibəni bir gündə dayandıra biləcəyini” və “Ukraynaya maliyyə dəstəyini dayandıracağını” desə belə, bu proses o qədər də sürətli olmayacaq.

Əvvəla, unutmayaq ki, Tramp rəsmi olaraq prezident vəzifəsinin icrasına 3,5 ay sonra - 2024-cü il yanvarın 20-də başlayacaq! Üstəlik, yeni komandanın sistemi texniki baxımdan mənimsəməsi üçün 2-3 ay vaxt lazımdır. Yəni qərarların qəbulu prosesi ən azı 5-6 ay çəkəcək.

İkincisi, Tramp üçün Ukrayna müharibəsi Rusiya, Avropa İttifaqı, Ukrayna və hətta Çinlə münasibətlərdə və müzakirələrdə çox ciddi kartdır. Dünya supergücü sayılan ABŞ-ın prezidenti, çox uğurlu iş adamı və çox ağıllı insan olan Tramp belə strateji kartı ciddi düşünmədən heç kimə, ələlxüsus da tarixi rəqibi Rusiya prezidenti Putinə verməz!

Üçüncüsü, Tramp hərbi və maliyyə baxımından Ukrayna hərbi prosesindən tədricən geri çəkilə bilər, lakin siyasi və diplomatik baxımdan bölgədə ciddi aktivlik nümayiş etdirəcək. Çünki sürətli geri çəkilmə Rusiyanın, hətta Çinin də geosiyasi boşluğu doldurması deməkdir.

Dördüncüsü, Ukrayna geosiyasi mövqeyi, təbii sərvətləri, iqtisadi potensialı, demoqrafik xüsusiyyətləri və müharibə şəraitində hərbi dözümlülüyü ilə Avrasiya coğrafiyasında çox mühüm ölkədir. Tramp Ukraynanı itirməkdənsə, müttəfiq kimi saxlamağa çalışan kurs təyin edəcək. Amma o, bunu müharibəni davam etdirməklə deyil, Ukrayna üçün daha əlverişli şərtlərlə sülh əldə etməyə çalışmaqla edəcək”, - ekspert hesab edir.

O xatırladıb ki, Tramp seçki kampaniyası zamanı müharibələri dayandırmaq istədiyinə dair mesajlar verib və ABŞ ordusunun bu proseslərdə iştirakına qarşı çıxıb. “Trampın Yaxın Şərqdəki müharibə ilə bağlı mövqeyi əsasən bu çərçivədə idi. Lakin Trampın İsraillə, xüsusən də onun hazırkı baş naziri Netanyahu ilə sıx əlaqələri var. İsrail faktoru bütün ABŞ prezidentləri üçün xüsusi əhəmiyyət kəsb edən mövzu olaraq qalır.

Bununla belə, düşünmürəm ki, Tramp vəzifədə olduğu müddətdə Qəzzada mövcud vəziyyətin davam etməsində maraqlıdır. Buna görə də, Tramp Netanyahu hökumətinin bu müharibəni yanvara qədər həll etməsini istəyəcək. O, hətta prezidentliyinin əvvəlində bu prosesi sülh yolu ilə sona çatdırmağa çalışaraq qlobal reputasiyasını artırmaq üçün bir vasitə kimi istifadə edə bilər.

Digər tərəfdən, Tramp İrana qarşı sərt mövqe nümayiş etdirir. Trampın bu xətti davam etdirməsi Yaxın Şərqdə yeni qlobal qarşıdurma yarada bilər. ABŞ-İran hərbi gərginliyinin artması Azərbaycanın təhlükəsizliyi üçün müəyyən risklər yaradır”, - Cəfərsoy vurğulayıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdənin yollarının təmiri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Agentlik 1 milyon manatlıq dəftərxana mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:02
"Qoca qitə" təhlükəsizlik "vakuum"una düşür, böhran dərinləşir - Tramp Avropa Birliyinin "kabus"una çevrilir
Dünən, 19:12
Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
Dünən, 19:02
Bakıda 1100 bina sökülərsə: Nə dəyişəcək? - AKTUAL
Dünən, 19:00
İrəvan kontrastları və Kayman timsahının göz yaşları - Ermənistan COP29-a niyə gəlmədi?
Dünən, 18:00
Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi - TƏFƏRRÜAT
Dünən, 17:51
Bu ölkələrdə uşaqların sosial mediadan istifadəsinə qadağalar var: - Azərbaycanda isə...
Dünən, 17:49
"Hədəf "Hizbullah"ı əzmək idi, lakin..." - Ekspert danışır...
Dünən, 17:45
Günün fotosu: - BƏLİ... BU BİZİK!!!
Dünən, 17:38
Trampın sülh planı: 1300 km demarkasiya xətti – Bu ərazi “alınır”
Dünən, 17:16
Vasif Məhərrəmlini QINADILAR: - “O sözü yumorla demişdim, yazdılar ki...”
Dünən, 17:13
Bu da müştəriyə `Kontakt Home` üsullu xidmət... - "AYIBDIR..."
Dünən, 17:07
İki lider Ukraynadakı müharibəni dayandıra bilər - KİV
Dünən, 17:02
Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 16:58
Azərbaycanlı general və şəriki tərliklə on milyonlarla pul yuyub - TƏFƏRRÜAT
Dünən, 16:57
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Dünən, 16:51
Tələbələrin aqibəti necə olacaq? - Qiyabi təhsil ləğv edilsə…
Dünən, 15:08
Deputat çılpaq “qadından” elə şeylər yazdı ki… – İnanılmaz məlumatlar
Dünən, 15:06
Pezeşkianın Bakıya gəlməməsinin səbəbi açıqlandı - İRNA
Dünən, 15:00
COP29-a gəlməyən dövlətlər: kənar qalanlar utansın... - ŞƏRH
Dünən, 14:56
Dövlət Fondunun binasının təmir və bərpasına 18 milyon manat - SƏRF EDİLƏCƏK
Dünən, 14:54
ABŞ-dən Bakıya SÜRPRİZ: NASA astronavtları Azərbaycanı təbrik etdilər - VİDEO
Dünən, 14:49
FIFA prezidenti Azərbaycan liderinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top təqdim edib - FOTO
Dünən, 14:43
“Kürd kartı” kimin “əlinə oynayır”? - İNCƏLƏMƏ
Dünən, 14:00
Dövlət Xidməti 4,4 milyon manatlıq avtomobillər aldı - SİYAHI
Dünən, 13:56
“ABŞ-nin Dövlət katibi Mark Rubio ola bilər” - Reuters
Dünən, 13:00
Hikmət Hacıyev BBC-nin “qiymət oyunu”na belə cavab verdi - "...peşəkar hesab etmirəm"
Dünən, 12:53
Seçildikdən sonra hədəfə çevrildik... – İlham Əliyev
Dünən, 12:51
"`City Net` bezdirib məni...." - GİLEY
Dünən, 12:48
Xaçmaz icra hakimiyyətinin COP29 ANLAYIŞI... BUDURMU?
Dünən, 12:34
Bu, bizim ölkəyə hörmət əlamətidir – İlham Əliyev
Dünən, 12:26
Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi - İLGİNC FAKTLAR...
Dünən, 12:15
Agentlik tədbirlərin təşkili ilə bağlı 912 min manatlıq tenderə - YEKUN VURDU
Dünən, 12:15
Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:14
Nöqsanlı işçi NECƏ BAŞ HƏKİM OLUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:12
Bir ipdə iki kəndirbaz: - Tramp və Maskın arası dəyəcəkmi?
Dünən, 11:58
Azərbaycan COP29-da bunu nümayiş etdirir - ABŞ səfiri
Dünən, 11:55
Dünyanın diqqəti Bakıda: qaralama kampaniyası fiaskoya uğradı - FAKT BUDUR!
Dünən, 11:51
İsmayıllıda yolların təmiri 1 milyon manata - BAŞA GƏLƏCƏK
Dünən, 11:44
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək - MƏQALƏ
Dünən, 11:41
105 ildən sonra bütün dünya Bakıdadır - VİDEO
Dünən, 11:32
Kollec direktorunun xınayaxdıda "hakışta" deyən tələbələrinə fərqli münasibəti - BU NƏDİ BELƏ?..
Dünən, 11:16
İcra başçısı polkovnik-leytenant Elçin Məmmədovun anasının dəfn mərasimində iştirak edib - FOTO
Dünən, 11:12
“Tramp Kremlə “sürpriz” edə bilər” - Qallyamov
Dünən, 11:03
Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib - FOTO
Dünən, 10:59
Dövlət qurumu abadlıq və təmir işlərinə yarım milyon manat - XƏRCLƏYƏCƏK
Dünən, 10:57
Pensiyalar gecikdirilir? - Nazirdən AÇIQLAMA
Dünən, 10:51
“İri kampuslu universitetlər yaradılmalıdır” - ÇAĞIRIŞ
Dünən, 10:40
'Sifariş veririk, İrandan mal gətirirlər... bunu da monopoliyaya alıblar' - Astarada sahibkardan ETİRAZ
Dünən, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru