“Türk NATO”su qurmaq mümkün olacaqmı? - İNCƏLƏMƏ
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) önəmi haqqında fikirləri bu qurumun gələcək vizyonunun nələrdən ibarət olacağını ortaya qoyan yol xəritəsidir. Qarabağ Zəfəri ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan Türk Dövlətləri Təşkilatı kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində səylərini artırır.
Prezident İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında diqqətçəkən məqama da toxunub. Dövlət başçısı deyib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, TDT-nin təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı böyük əhəmiyyət daşıyır: “Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.
TDT heç bir quruma, birliyə və ölkəyə qarşı qurulmuş təşkilat deyil. Çağdaş dünyada gedən proseslərə hakim olmaq, müəyyən qlobal məsələləri həll etmək üçün TDT-nin daha da güclənməsinə ehtiyac var. Məhz bu səbəbdən də dövlət başçısı hazırda dünyada artan təhlükələrə vurğu edərək müdafiə, TDT-nin təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığını qabardıb. Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Qeyd edək ki, “Birləşdik-2024" əməliyyat-taktiki komanda-qərargah təlimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən Qazaxıstanın Aktau şəhərində keçirilib. Sosial Tədqiqatlar Mərkəzinin iyunda keçirdiyi rəy sorğusunda iştirak edənlərin 84.2%-i TDT-nin iqtisadi və mədəni əlaqələrlə yanaşı, hərbi-siyasi əməkdaşlıq formatında qurulmasını istədiyini bildirib. Yəni hərbi birlik formatı həm də sosial tələbdir. Prezident İlham Əliyev TDT-nin hərbi bir strukturunun yaranmasının labudlüyünü bir neçə dəfə dilə gətirib. Bu baxımdan hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının tərkibində hərbi bir strukturun yaranma ehtimalı kifayət qədər böyükdür.
“Razıyam ki, Turan ordusu yaradılmasına doğru getməliyik. Niyə də "Türk NATO"su olmasın?! Dünyada müdafiə blokları təhlükəsizliyə qarşı güclərini artırırlar, türk dünyası da özünün hərbi strukturunu yarada bilər. Sadəcə, bunun tezliklə reallaşmasını ləngidən səbəblər var" - hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a şərhində belə deyir. Onun sözlərinə görə, hazırda birgə təlimlər keçirilməsi ilə prosesi inkişaf etdirmək mümkündür, lakin TDT-nin hərbi qanadının olması üçün böyük bir yol edilməlidir: “Əvvəla, nəzərə almaq lazımdır ki, Qazaxıstan və Qırğızıstan artıq hərbi blokda təmsil olunur. Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gedir. Burada söz sahibi Rusiyadır. Türkiyə isə bu blokdan tamamilə uzaq və hətta münaqişə səbəbindən düşmən olan hərbi blokda yer alır - NATO üzvüdür. Azərbaycan və Özbəkistan KTMT-ni çoxdan tərk edib, biz Qoşulmama Hərəkatına sədrlik edirik və üzvük, heç bir hərbi bloka da qoşulmuruq. Əlqərəz, kifayət qədər ziddiyyətli bir reallıq var və bu ölkələr Türk Dövlətləri Təşkilatına üzvdürlər. Təbii ki, bütün bu faktlar təşkilatın hərbi gücünün yaradılmasına əsl maneə olmur”.
Hərbi analitik hesab edir ki, əgər bu struktur hərbi blok şəklində yaradılacaqsa, Rusiya və İranın, eləcə də Qərbin reaksiyası diqqətlə izlənilməlidir. Eyni zamanda Azərbaycanın da artıq Qoşulmama Hərəkatından çıxmasını ehtiva edəcək. Lakin R.Məmmədli TDT-nin hərbi-texniki əməkdaşlıq şəklində birgə mərkəzinin yaradılmasını istisna etmir: “Üzv ölkələr hərbi müttəfiqlik bəyannaməsi bağlaya bilərlər ki, gələcəkdə təhdidlər olanda bir-birinə dəstək ifadə etsinlər. Türkiyə ilə artıq belə bir sənədimiz var. Əgər müdafiə blokuna çevriləcəksə, o zaman Rusiyanın xoşuna gəlməyəcəyini söyləmək lazımdır. O zaman KTMT daha da əhəmiyyətini itirmiş olacaq. Hesab edirəm ki, Türkiyənin NATO üzvü olması da nəzərə alınmalıdır. Yəni Ankara ikinci hərbi bloka qoşulmuş olacaq ki, bu çox da Amerikanı narahat etməməlidir. Məncə, təşkilatın daha çox əməkdaşlıq səviyyəsində hərbi gücünün yaradılması məqsədəuyğundur”.
Hüquq müdafiəçisi Çingiz Qənizadə isə dünyada hərbi eskalasiya risklərinin, təhdidlərin artdığı zamanda Azərbaycan Prezidentinin təklifini müsbət dəyərləndirir, bu ideyanın reallaşmasını labüd sayır. Ç.Qənizadənin fikrincə, yerləşdiyimiz coğrafiyanın hərbi-siyasi əhəmiyyəti nəzərə alınmalı, bölgədə kövrək və həssas proseslərin getdiyi diqqətdən qaçmamalıdır: “Bu baxımdan, Azərbaycan Prezidenti kifayət qədər mühüm təşəbbüslə çıxış edib. Türk dövlətlərinin hərbi qüdrəti, potensialı bir araya gətiriləndə xain güclər də, bölgədə məkrli oyunlar həyata keçirmək istəyənlər də gücümüzü görəcəklər, qiymətləndirəcəklər. Hazırda təkcə NATO və KTMT deyil, məsələn, ABŞ, Britaniya, Kanada, Avstraliyanın yaratdığı bir hərbi platforma da var. Yəni dünyada müttəfiqlər daha da əlaqələri yüksəldirlər. Bu təşkilata üzv ölkələrin də başda qardaş Türkiyənin ordusu olmaqla, yetərincə böyük gücü var. Söhbət ondan getmir ki, hərbi struktur müharibəyə hazırlaşacaq, sadəcə, artan təhdidlər fonunda belə bir birliyə zərurət var”.
Hüquq müdafiəçisi TDT-nin böyük bir perspektivini görür: “Cənab İlham Əliyev və hörmətli Ərdoğan bu prosesin ən aparıcı liderləridir. Bu gün türkdilli ölkələr arasında yaxınlaşma sürətlənib, görüşlər intensivləşib, təmaslar artıb, müxtəlif səviyyəli tədbirlər təşkil olunur, Qarabağın bərpasına mümkün qədər dəstək olurlar... Yəni bu platforma zərurətdir, heç vaxt olmadığı qədər Türk dünyasının bir yaxınlaşması səhifəsi açılıb, prosesi sürətləndirmək lazımdır. Bu ölkələr təşkilatda ən müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndiriblərsə, təşkilatın hərbi strukturunun qurulması da mümkündür, ortada siyasi iradə də var”.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Türk Dövlətləri Təşkilatının (TDT) artıq yeni bayrağı qəbul edilib. Bayrağın dizaynında mavi fon üzərində səkkizbucaqlı, aypara və ulduz, mərkəzdə düz şüaları olan günəş təsvir edilib. Mavi fon təmiz səmanı, sülhü və rifahı simvolizə edir. Monoxrom fon türk xalqlarının birliyini ifadə edir. Tarixən mavi rəng türk mədəniyyəti və ənənələri ilə əlaqələndirilib ki, bu da onun mədəni əhəmiyyətini daha da gücləndirir. Səkkizbucaqlı əsrlərlə mövcud olan türk dövlətçiliyini təmsil edir, respublikanın (hürriyyət) təsdiqi, sabitlik, qarşılıqlı əlaqə və ümumi türk mədəni irsindən qaynaqlanan gücün rəmzi kimi çıxış edir. Türk və islam ənənələrində səkkizbucaqlı rəhbərlik və müdriklik rəmzidir, təşkilatın gələcək yoluna mayak rolunu oynayır.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
Bu gün, 12:00 |
|
|
|
• "Çox böyük zəhmətlərdən keçdik" - deputat
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan Ərdoğanla görüşdü - Dunay boyu velosiped sürdü...
Bu gün, 11:43 |
|
|
|
• Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:38 |
|
|
|
• Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır - KİV
Bu gün, 11:35 |
|
|
|
• Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:24 |
|
|
|
• "Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." - Ekspert danışır...
Bu gün, 11:12 |
|
|
|
• `Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - GİLEY
Bu gün, 11:08 |
|
|
|
• Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı - FOTO
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü - TƏFƏRRÜAT
Bu gün, 10:58 |
|
|
|
• “Türk NATO”su qurmaq mümkün olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 10:34 |
|
|
|
• DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...
Bu gün, 10:28 |
|
|
|
• Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik? - Aqşin Yenisey
Bu gün, 10:21 |
|
|
|
• Tramp gəldi: nə, necə dəyişəcək? -RƏYLƏR
Bu gün, 10:17 |
|
|
|
• “Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” - Rauf Arifoğlu
Bu gün, 10:09 |
|
|
|
• “Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib
Bu gün, 10:02 |
|
|
|
• "Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"
Bu gün, 09:57 |
|
|
|
• Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi - MƏQALƏ
Bu gün, 09:49 |
|
|
|
• İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:48 |
|
|
|
• Regionda tam yeni reallıq yaradan Bəyanat - İsrafil Kərimovun yazısı
Bu gün, 09:44 |
|
|
|
• Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək - GƏLİŞMƏ
Bu gün, 09:37 |
|
|
|
• Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib - MƏTN
Bu gün, 09:34 |
|
|
|
• Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi -“Məhkəmə qərarını saya salmır”
Bu gün, 09:31 |
|
|
|
• "Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" - deputat
Bu gün, 09:25 |
|
|
|
• Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:22 |
|
|
|
• Ermənistanın xarici siyasəti yenə iflas etdi - FAKT BUDUR!
Bu gün, 09:21 |
|
|
|
• İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19 |
|
|
|
• Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST - FOTO
Bu gün, 09:01 |
|
|
|
• Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:54 |
|
|
|
• 8 milyona satılan restoran hansı keçmiş məmurundur? - FOTO
Bu gün, 08:46 |
|
|
|
• «BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 08:43 |
|
|
|
• Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:39 |
|
|
|
• Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• Ömürlük əlillik pensiyası almaq üçün 6 min rüşvət... - AXI NİYƏ?..
Bu gün, 08:30 |
|
|
|
• “Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR...
Bu gün, 08:25 |
|
|
|
• Rektor öz təsərrüfatına texnika alır... xərci universitetə yükləyir... - İTTİHAM VAR...
Bu gün, 08:20 |
|
|
|
• “Azəravtoyol”a məxsus şirkət Gömrükdə "ilişdi" - 4.2 milyonluq vergi borcu da varmış
Bu gün, 08:14 |
|
|
|
• “Veysəloğlu”nun mətbuatla bağlı layihələri olacaq - FOTO
Bu gün, 08:10 |
|
|
|
• Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTO
Bu gün, 08:05 |
|
|
|
• Bayden Çinin şirkətlərinə ABŞ-yə sərmayə yatırmaq qadağasını bir il uzadıb
Bu gün, 07:59 |
|
|
|
• “Puta-Nəqliyyat-2” ASC ləğv olunur
Bu gün, 00:02 |
|
|
|
• Tarixi Zəfər: - Təkcə bayram yox, həm də milli hesabat
Bu gün, 00:00 |
|
|
|
• Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI
Dünən, 19:00 |
|
|
|
• Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 18:58 |
|
|
|
• ABŞ siyasətində YENİ DÖNƏM – Ukrayna sülhə məcbur edilir, İran və Çin isə...
Dünən, 18:17 |
|
|
|
• Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib - SƏRƏNCAM
Dünən, 18:15 |
|
|
|
• Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN
Dünən, 18:13 |
|
|
|
• Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub - VİDEO
Dünən, 18:10 |
|
|
|
• Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar – Azərbaycana gələn fransızların sayı artır
Dünən, 18:04 |
|
|
|
• Sabahdan məktəblilərin 17 günlük tətili başlayır - DİQQƏT
Dünən, 18:02 |
|
|
|
|