Ermənistandan Bakıya kimlər gələcək? .....                     Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi .....                     8 noyabr Şuşa şəhəri günüdür .....                     COP29-un media tərəfdaşları açıqlanıb .....                     Əliyev İrəvana sərt xəbərdarlıq mesajı verdi: .....                     "Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq" .....                     Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama .....                     44 günlük müharibə həyatımın dönüş nöqtəsidir .....                     Hər dövlətin Trampdan özəl gözləntisi var .....                     Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...” .....                     “İrəvanın Trampa ümidi azdır, Ermənistan özünü qorumalıdır” .....                     Nəsimi rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib .....                     ABŞ-da hakimiyyət dəyişikliyi Paşinyanı çıxılmaz duruma salıb .....                     8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib .....                     Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub .....                     Media qurumlarının rəhbərləri və nümayəndələri .....                     Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır .....                     Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır .....                     "Çox böyük zəhmətlərdən keçdik" .....                     Paşinyan Ərdoğanla görüşdü .....                     Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil .....                     Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır .....                     Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? .....                     "Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." .....                     `Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı .....                     Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü .....                     “Türk NATO”su qurmaq mümkün olacaqmı? .....                     DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” .....                     Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik? .....                     Tramp gəldi: nə, necə dəyişəcək? .....                     “Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” .....                     “Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib .....                     "Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib" .....                     Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi .....                     İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... .....                     Regionda tam yeni reallıq yaradan Bəyanat .....                     Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək .....                     Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib .....                     Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi .....                 

Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi - MƏQALƏ
Tarix: Bu gün, 20:23 | Çap et
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Hələ iki əsr əvvəl - Çar Rusiyası zamanı əzəli Azərbaycan torpaqlarına köçürülən yurdsuz ermənilər yerli azərbaycanlıları incitməyə, sıxışdırmağa başlayaraq ev-eşiklərindən köçməyə məcbur etməyə başlamışlar. Sonralar isə zaman-zaman yerli əhaliyə qarşı qanlı qırğınlar törədərək torpaqlarımızın bir hissəsini mənimsəmişlər.

Azərbaycan torpaqlarında Ermənistan respublikası yaradan ermənilər bununla da kifayətlənməmişlər və getdikcə Azərbaycan torpaqları hesabına ərazilərini daha da genişləndirməyə çalışmışlar.

90-cı illərdə isə ermənilər xarici havadarlarına güvənərək Azərbaycanın 20 faizdən artıq ərazisini işğal etmiş, dinc əhaliyə hücum edərək qocaları, qadınları, uşaqları işgəncə ilə qətlə yetirmişlər, Xocalı qırğını törətmişlər. Bir sıra kənd və qəsəbələrimiz erməni vandalları tərəfindən demək olar ki, yer üzündən silinmişdir. 30 il işğal altında olan torpaqlarımızdan tariximizin izlərini silmək məqsədilə düşmən tarixi yerlərimizi, məscidlərimizi, mədəniyyət mərkəzlərimizi, muzeylərimizi, qəbiristanlıqlarımızı talan etmiş, dağıtmışdır. Ölkəmizin iqtisadiyyatına və mənəvi irsinə ağır zərbə vurmuş və eyni zamanda ölkəmizə milyardlarla dollar ziyan vurmuşdur.

Bir milyondan artıq yerli əhali öz doğma ev-eşiyindən didərgin düşmüş və bu illər ərzində heç vaxt ümidini itirməyərək öz yurd-yuvalarına dönmək arzusu ilə acınacaqlı qaçqın həyatı yaşamışdır.

Dövlətimizin prioritet məsələlərindən ən ümdəsi torpaqlarımızı erməni cinayətkarlarından azad etmək, üçrəngli bayrağımızı öz torpaqlarımızda ucaltmaq olub. Bunun üçün isə bizə güclü, yenilməz ordu lazım idi. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaratdı.

Bütün bu illər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı. Ölkəmizin hərbi qüdrəti ilbəil artırıldı.

Artıq Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir.

Azərbaycan münaqişə boyunca eyni zamanda bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.
Münaqişəsinin nizamlanması üçün təsis olunmuş ATƏT-in Minsk Qrupu öz uzunmüddətli fəaliyyəti dövründə məsələnin dondurulmasına və nəticə etibarı ilə Ermənistanın xeyrinə həll olunmasına çalışmışdır. BMT Təhlükəsizlik Şurasının isə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır. Ermənistan silahlı qüvvələri tərəfindən isə təmas nöqtələrimiz durmadan atəşə tutulurdu. Artıq müharibə qaçılmaz idi. Öz torpaqlarımızı özümüz azad etməli idik.

2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. Xalqımız müharibə dövründə birlik nümayiş etdirdi. On minlərlə insan orduya könüllü yazılmaq üçün hərbi komissarlıqların qarşısına yığıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın güclənməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”

“Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, etnik qruplar vətən uğrunda müharibəyə yollandılar. Müharibənin ilk dəqiqələrindən belə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər an Azərbaycanın yanında olduğunu söyləmişdi. Bu, Azərbaycan xalqını döyüşə daha da ruhlandırmışdı.

Prezident İlham Əliyev tərəfindən xarici jurnalistlərə verilmiş müsahibənin hər biri Azərbaycan diplomatiyasının uğuru idi. Ali Baş Komandan müsahibələrində Azərbaycan haqqında həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırırdı. Verdiyi müsahibələrlə dünya ictimaiyyətinin Azərbaycan haqqında fikrini tamamilə dəyişdirməyə müvəffəq oldu.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Şuşanın azad olunmasından sonra isə müharibənin taleyi demək olar ki, həll olundu.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

44 gün ərzində bütün dünya Azərbaycanın gücünü, qüdrətini gördü. Azərbaycan Ordusu bu müddət ərzində yeni uğurlara imza ataraq, daim irəliləyirdi. Fəxr etməli bir haldır ki, Azərbaycan Ordusundan bir nəfər belə fərari olmadı. 11 min nəfər fərarisi olan, silahı atıb qaçan ermənilərin isə özləri haqqında yaratdıqları mif darmadağın oldu.

Azərbaycan öz haqq savaşında zəfər çaldı. Müzəffər Azərbaycan Ordusunun döyüş təcrübəsi və texnikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir.

Bakıda Hərbi Qənimətlər Parkı açıldı. 5 hektar ərazini əhatə edən Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir.

Bütün bunlara baxmayaraq Azərbaycan xalqı sülh istəyir. “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.” – Prezident İlham Əliyev.

Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azərbaycanın quruculuq missiyası başlanır. Böyük qayıdış davam edir. Torpaqlarından didərgin düşmüş soydaşlarımız öz doğma yerlərinə qayıdırlar.

Bu gün şəhidlərimizin ruhu şaddır. Onların azad etdikləri vətən torpaqlarında həyat qaynayır. Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır və daim yaşayacaq. Onların ailələri dövlətimiz tərəfində qayğı ilə əhatə olunur. “Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.” – Prezident İlham Əliyev.

Nizami Zalov
Abşeron rayon Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası
"DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistandan Bakıya kimlər gələcək? - Nazirlər, deputatlar...
Bu gün, 20:26
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi - MƏQALƏ
Bu gün, 20:23
8 noyabr Şuşa şəhəri günüdür - MƏQALƏ
Bu gün, 19:12
COP29-un media tərəfdaşları açıqlanıb
Bu gün, 19:09
Əliyev İrəvana sərt xəbərdarlıq mesajı verdi: - Paşinyan xoflandı, Makrondan dəstək istədi
Bu gün, 18:28
"Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq" - deputat
Bu gün, 18:27
Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama - NƏ BAŞ VERİR?
Bu gün, 18:15
44 günlük müharibə həyatımın dönüş nöqtəsidir - Amin Musayev
Bu gün, 18:12
Hər dövlətin Trampdan özəl gözləntisi var - Görünəni odur ki...
Bu gün, 17:56
Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...” - GƏLİŞMƏ
Bu gün, 17:54
“İrəvanın Trampa ümidi azdır, Ermənistan özünü qorumalıdır” - Qriqor Balasanyan
Bu gün, 17:51
Nəsimi rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 17:45
ABŞ-da hakimiyyət dəyişikliyi Paşinyanı çıxılmaz duruma salıb - İrəvan mühüm dəstəyini itirir
Bu gün, 17:41
8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib - FOTO
Bu gün, 17:31
Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub
Bu gün, 17:29
Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar
Bu gün, 15:19
Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır - AKTUAL
Bu gün, 14:00
Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
Bu gün, 12:00
"Çox böyük zəhmətlərdən keçdik" - deputat
Bu gün, 11:52
Paşinyan Ərdoğanla görüşdü - Dunay boyu velosiped sürdü...
Bu gün, 11:43
Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:38
Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır - KİV
Bu gün, 11:35
Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:24
"Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." - Ekspert danışır...
Bu gün, 11:12
`Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - GİLEY
Bu gün, 11:08
Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı - FOTO
Bu gün, 11:00
Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü - TƏFƏRRÜAT
Bu gün, 10:58
“Türk NATO”su qurmaq mümkün olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 10:34
DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...
Bu gün, 10:28
Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik? - Aqşin Yenisey
Bu gün, 10:21
Tramp gəldi: nə, necə dəyişəcək? -RƏYLƏR
Bu gün, 10:17
“Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” - Rauf Arifoğlu
Bu gün, 10:09
“Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib
Bu gün, 10:02
"Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"
Bu gün, 09:57
Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi - MƏQALƏ
Bu gün, 09:49
İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:48
Regionda tam yeni reallıq yaradan Bəyanat - İsrafil Kərimovun yazısı
Bu gün, 09:44
Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək - GƏLİŞMƏ
Bu gün, 09:37
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib - MƏTN
Bu gün, 09:34
Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi -“Məhkəmə qərarını saya salmır”
Bu gün, 09:31
"Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" - deputat
Bu gün, 09:25
Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:22
Ermənistanın xarici siyasəti yenə iflas etdi - FAKT BUDUR!
Bu gün, 09:21
İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19
Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST - FOTO
Bu gün, 09:01
Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
8 milyona satılan restoran hansı keçmiş məmurundur? - FOTO
Bu gün, 08:46
«BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 08:43
Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:39
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru