Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ictimai birlikdir və Qiymətləndiricilər Palatası formalaşdırıldıqdan sonra bu birlik təlim-tədris istiqamətində, ölkədəki qiymətləndiricilərin assosiativ birliyi formasında fəaliyyətini davam etdirəcək.
Bunu İqtisadiyyat.az-a müsahibəsində AQC-nin sədri Vüqar Oruc deyib.
O, bildirib ki, hansısa inzibati orqanın yaradılması bu istiqamətdə fəaliyət göstərən assosiasiyaların sıradan çıxması demək deyil:
“Əksinə, həmin inzibati orqanın assosiativ təşkilatlara çox böyük ehtiyacı var ki, qarşılıqlı əməkdaşlıq nəticəsində sektorun mənafeyini tam qorumağa nail olsun və assosiasiyalardan təkliflər alaraq öz fəaliyyətini daha yüksək səviyyədə qursun. Bununla bağlı Azərbaycanda çox nümunələr var. Palata şəhadətnamələrin, fəaliyyət icazəsinin verilməsi məsələlərini tənzimləyəcək. AQC isə qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin artırılması, onların hüquqlarının müdafiəsi, birliyinin reallaşdırılması, sektorun ümumi mənafelərinə aid məsələlərin dövlət qurumları, o cümlədən Palata qarşısında qaldırılması istiqamətlərində fəaliyyətini davam etdirəcək. Cəmiyyətin keçirdiyi sertifikatlaşma kursları da davamlı olacaq. Bu kurslar indi də keçirilir. İmtahanlara hazırlıqla bağlı da AQC-nin kursları davam edir. Palatanın yaradılması ilə AQC-nin fəaliyyəti daha da inkişaf edəcək və imkanları daha da artacaq”.
V.Oruc qeyd edib ki, Qiymətləndiricilər Palatası ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlərə ixtisas şəhadətnaməsi verəcəksə, AQC də qiymətləndiricilərin peşəkarlıq səviyyəsini öz sertifikatları ilə təsdiqləyəcək:
“Bir var rəsmi fəaliyyət icazəsi əldə etmək, bir də var kurslarda iştirak edib peşəkarlıq səviyyəsini artırmaq. Bu, dünya təcrübəsində görünmüş bir haldır və biri digərini təkzib etmir. Əksinə, sertifikatların şəhadətnamələrin alınmasına və qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə olduqca böyük təsiri var. Hesab edirəm ki, sertifikatlaşma prosesi bundan sonra davamlı olacaq. Palata olaraq altı ay ardıcıl imtahanlar keçirəcəyik. Artıq ilk imtahan keçirilib. İkinci imtahan 18 dekabrda olacaq. Növbəti imtahanların keçirilməsi hər imtahan baş tutduqdan sonra 45 gün ərzində elan olunacaq. Bu proses təqribən 10 ay müddəti əhatə edəcək. Bu müddətdə altı dəfə imtahandan keçən qiymətləndiricilər sektorda müxtəlif sahələr üzrə fəaliyyət icazəsi alacaqlar. Bundan sonra isə ildə iki dəfə imtahan keçiriləcək. Həmin imtahanlarda müsbət nəticə əldə etmiş şəxslər qiymətləndirici kimi ölkədə fəaliyyət göstərmək icazəsi əldə edəcəklər. Fəaliyyət icazəsi əldə etmək bir başqa məsələdir, həmin fəaliyyətin yüksək səviyyədə olmasını göstərən sertifikat əldə etmək başqa məsələ. Yəni Palata fəaliyyətə rəsmi icazəni təmin edəcək, AQC isə bu istiqamətdə fəaliyyətin peşəkarlıq səviyyəsini və keyfiyyətini öz sertifikatları ilə təsdiq edəcək”.
Qeyd edək ki, ötən il Azərbaycanda “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni Qanun qəbul edilib. Qanuna əsasən, ölkədə Qiymətləndiricilər Palatasının yaradılması ilə bağlı işlərə start verilib. Proseslərin tərkib hissəsi olaraq bu il 27 oktyabr tarixində Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib. İmtahandan keçənlər ölkədə qiymətləndirmə fəaliyyəti göstərmək üçün ixtisas şəhadətnaməsi, yəni rəsmi icazə əldə edir və Qiymətləndiricilər Palatasının üzvü olurlar. Hazırda imtahandan keçmiş şəxslərdən ibarət Qiymətləndiricilər Palatasının formalaşdırılması prosesi gedir. Növbəti imtahan isə bu il 18 dekabrda baş tutacaq. Bunlara paralel olaraq uzun illərdir ki, AQC tərəfindən qiymətləndiricilər üçün peşə hazırlıq kursları təşkil edilir. Bu kurslarda iştirak edənlər qiymətləndirmə fəaliyyəti barədə biliklərə yiyələnir, peşəkar səviyyələrini artırır və yekunda sertifikatla təmin olunurlar.
Qeyd edək ki, müsahibənin geniş variantı ilə bu linkdən tanış ola bilərsiniz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
Bu gün, 12:00 |
|
|
|
• "Çox böyük zəhmətlərdən keçdik" - deputat
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan Ərdoğanla görüşdü - Dunay boyu velosiped sürdü...
Bu gün, 11:43 |
|
|
|
• Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:38 |
|
|
|
• Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır - KİV
Bu gün, 11:35 |
|
|
|
• Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:24 |
|
|
|
• "Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." - Ekspert danışır...
Bu gün, 11:12 |
|
|
|
• `Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - GİLEY
Bu gün, 11:08 |
|
|
|
• Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı - FOTO
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü - TƏFƏRRÜAT
Bu gün, 10:58 |
|
|
|
• “Türk NATO”su qurmaq mümkün olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 10:34 |
|
|
|
• DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...
Bu gün, 10:28 |
|
|
|
• Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik? - Aqşin Yenisey
Bu gün, 10:21 |
|
|
|
• Tramp gəldi: nə, necə dəyişəcək? -RƏYLƏR
Bu gün, 10:17 |
|
|
|
• “Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” - Rauf Arifoğlu
Bu gün, 10:09 |
|
|
|
• “Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib
Bu gün, 10:02 |
|
|
|
• "Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"
Bu gün, 09:57 |
|
|
|
• Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi - MƏQALƏ
Bu gün, 09:49 |
|
|
|
• İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:48 |
|
|
|
• Regionda tam yeni reallıq yaradan Bəyanat - İsrafil Kərimovun yazısı
Bu gün, 09:44 |
|
|
|
• Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək - GƏLİŞMƏ
Bu gün, 09:37 |
|
|
|
• Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib - MƏTN
Bu gün, 09:34 |
|
|
|
• Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi -“Məhkəmə qərarını saya salmır”
Bu gün, 09:31 |
|
|
|
• "Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" - deputat
Bu gün, 09:25 |
|
|
|
• Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:22 |
|
|
|
• Ermənistanın xarici siyasəti yenə iflas etdi - FAKT BUDUR!
Bu gün, 09:21 |
|
|
|
• İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19 |
|
|
|
• Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST - FOTO
Bu gün, 09:01 |
|
|
|
• Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:54 |
|
|
|
• 8 milyona satılan restoran hansı keçmiş məmurundur? - FOTO
Bu gün, 08:46 |
|
|
|
• «BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 08:43 |
|
|
|
• Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:39 |
|
|
|
• Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• Ömürlük əlillik pensiyası almaq üçün 6 min rüşvət... - AXI NİYƏ?..
Bu gün, 08:30 |
|
|
|
• “Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR...
Bu gün, 08:25 |
|
|
|
• Rektor öz təsərrüfatına texnika alır... xərci universitetə yükləyir... - İTTİHAM VAR...
Bu gün, 08:20 |
|
|
|
• “Azəravtoyol”a məxsus şirkət Gömrükdə "ilişdi" - 4.2 milyonluq vergi borcu da varmış
Bu gün, 08:14 |
|
|
|
• “Veysəloğlu”nun mətbuatla bağlı layihələri olacaq - FOTO
Bu gün, 08:10 |
|
|
|
• Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTO
Bu gün, 08:05 |
|
|
|
• Bayden Çinin şirkətlərinə ABŞ-yə sərmayə yatırmaq qadağasını bir il uzadıb
Bu gün, 07:59 |
|
|
|
• “Puta-Nəqliyyat-2” ASC ləğv olunur
Bu gün, 00:02 |
|
|
|
• Tarixi Zəfər: - Təkcə bayram yox, həm də milli hesabat
Bu gün, 00:00 |
|
|
|
• Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI
Dünən, 19:00 |
|
|
|
• Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 18:58 |
|
|
|
• ABŞ siyasətində YENİ DÖNƏM – Ukrayna sülhə məcbur edilir, İran və Çin isə...
Dünən, 18:17 |
|
|
|
• Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib - SƏRƏNCAM
Dünən, 18:15 |
|
|
|
• Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN
Dünən, 18:13 |
|
|
|
• Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub - VİDEO
Dünən, 18:10 |
|
|
|
• Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar – Azərbaycana gələn fransızların sayı artır
Dünən, 18:04 |
|
|
|
|