Mərkəzi Bank ABB-nin qarşısında ACİZ QALIB? - BU NƏDİ BELƏ?..
Tarix: 9-11-2024, 09:06 |
Çap et
"Mərkəzi Banka Azərbaycan Beynəlxalq Bankından şikayət etmişəm. Mərkəzi Bankda bu işə baxan xanımla 1 aydı telefonda danışıram (ABB-ə sorğu göndərmişdilər ki 7 iş günü ərzində bunu cavablandırın) özü bildirir ki ABB nin cavabında “manual key entry” bloklamaqları üçün səbəb yoxdur..." "DİA-AZ" bildirir ki, bu barədə Ayaz Səmədzadə adlı sosial şəbəkə istifadəçisi giley edir.
Narazı vətəndaş daha sonra deyir: "Səbəb göstərilməyib. Bunu edə bilməzlər. Hətta bildirir ki, Onların ətraflı cavab vermələri üçün ətraflı cavablarını gözləyirəm. Yenidən 2 gün əvvəl danışıram deyir ABB nin mərkəzi bankla işləyən əməkdaşı məzuniyyətdədir. Danışa bilmirik onunla. Ondan sonra mənə bu məktubu atıblarlar ki Bankla vətəndaş arasında olan mübahisələrə Məhkəmələr baxır. Gedin verin məhkəməyə.
Azərbaycan Respublikasının Mərkəzi Bankı. Buradan mərkəzi bankın Rəhbərlərinə elə Taleh Kazımova bir iki sualım var.
1. Əgər ki vətəndaşın Bankla yaranmış olan mübahisəsinə məhkəmə baxırsa Vətəndaşı 1 ay gözlətməyin mənası nədir? Elə müraciətə dərhal cavab vermək olmur ki, Get məhkəməyə ver biz baxmırıq?
2. Əgər müraciətimə məhkəmə baxırdısa o zaman siz niyə əziyyət çəkib Məsələnin nə olduğunu bilmək üçün ABB ə sorğu göndərirsiz?
3. Əslində bu məsələnin həlli sizin əlinizdə olduğu halda( bankların qaydalar çərçivəsində işləməsini siz tənzimləyirsiz) niyə vətəndaşı yubadıb sonrada məhkəməyə göndərirsiz?
4. Cavab məktubunuzda niyə araşdırmanın nəticəsini təqdim etmirsiz? O boyda ABB ni vətəndaş qarşısında borclu çıxartmağa utandınız?.."