`Yango` müştərilərlə BELƏ MƏZƏLƏNİR... - Bunun başqa ADI YOXDUR...
Tarix: 9-12-2024, 08:06 |
Çap et
Tanınmış jurnalist Kamil Əmirli "Yango"dan şikayətçidir.
Ajans.az-ın xəbərinə görə o, bu barədə oz sosial media hesabında paylaşım edib.
Onun şikayəti Yango şirkətinin yemək çatdırılması ilə bağlıdır:
"Yango çatdırılma qədər biabırçı şirkətlə qarşılaşmamışdım bəlkə də. Artıq ikinci dəfə məyus edirlər!
18:50-də verilən yemək sifarişi 19:12-də hazır olub və 25 dəqiqə kuryer gözləyib. Burada bir partiya soyuyub.
Kuryer də nə olsa, yaxşıdır?! Piyada kuryer! Deyirlər ki, məsafə yaxındır deyə, piyada kuryer təyin edilib. Məsafə nə qədər olsa, yaxşı? 6 km-dən çox məsafə.
Bir müddət əvvəl Yango-nun ölkədən gedəcəyilə bağlı xəbər yayılmışdı. Kaş doğru olardı.