Ermənistan Avropa İttifaqının (Aİ) dəstəyi ilə Türkiyə və Azərbaycanla sərhəd bölgələri arasında kommunikasiyanı təmin edəcək yeni nəqliyyat marşrutlarının layihələndirilməsinə başlayır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində xüsusilə Türkiyə ilə sərhəddə yerləşən "Axurik" və "Marqara" məntəqələrini ölkənin şimal-şərqində – Azərbaycanla sərhəddə yerləşən "Kayan" istiqaməti ilə birləşdirən marşrutların hazırlanması nəzərdə tutulur.









