Kartdan karta köçürməyə QADAĞA gəlirsə... .....                     Prezidentə müraciət olundu .....                     Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək .....                     Xurafat fanatizmi necə qidalandırır? .....                     Kəndlini kənddə saxlamaq üçün: .....                     Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib .....                     Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi .....                     "Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" .....                     Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU .....                     İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir .....                     ​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses .....                     Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Azərbaycanda 2 gəmiçilik şirkəti .....                     Onlar vəzifədən azad olundu .....                     “Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib .....                     "Unibank"da yeni sədr təyinatı olub .....                     Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək .....                     Nəriman Axundzadə Türkiyə klubuna keçir .....                     Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: .....                     Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? .....                     Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır .....                     Ordumuzun polkovnikinə vəzifə veriləcək .....                     “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” .....                     İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb .....                     Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır .....                     SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni .....                     Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib .....                     “Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” .....                     "Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" .....                     Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Tanınmış aktyor ADY-dan narazı qaldı: .....                     "Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib .....                     Rusiyada ağır vəziyyətdəki azərbaycanlını .....                     Melaniya Paşinyanın mətbuat katibi təyin edildi .....                     10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar .....                     Komitə sədri bu idarəyə rəis təyin etdi .....                     Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? .....                     Mülayim şərq küləyi əsəcək .....                     Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu .....                 

Goranboyun icra başçısı sahibkarı həbs etdirib? - BU NƏDİ BELƏ?..
Tarix: 1-11-2024, 08:34 | Çap et
Goranboyun icra başçısı sahibkarı həbs etdirib?
Goranboy sakini, rayonda sahibkarlıq fəaliyyətilə məşğul olan 68 yaşlı Məhəmməd Böyükkişiyev 8 aydır ki, həbsdədir. 10 gün əvvəl Goranboy Rayon Məhkəməsinin hakimi Taleh Mustafayev ona 2 il həbs cəzası kəsilməsi barədə hökm çıxarıb.

Lakin sahibkarın özü də, yaxınları da bildirir ki, bu hökm əsassızdır. Məhəmməd Böyukkişiyev deyir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sifarişi ilə həbs olunub. Onun sözlərinə görə, səbəb Goranboyun Qızılhacılı qəsəbəsindəki şadlıq evində keçirilən vətəndaş qəbulunda icra başçısına iradlar bildirməsi olub.

“Onlara dedim ki, qoçusunuz?”

“O görüşdə başqa rayonların da rəhbər şəxsləri iştirak edirdi. 1000 nəfərə yaxın adam vardı. Orada dedim ki, Prezident hərənizə 3000 manatdan yuxarı maaş verir ki, xalqa xidmət edəsiniz, siz isə xalqı saymırsınız. Hətta həmin vaxt Qızılhacılı qəsəbəsi üzrə icra nümayəndəsi Elnur və icra başçısının müavini, işçiləri mənimlə qəbul keçirənlər arasında sədd çəkdilər. Buna etiraz elədim. Onlara dedim ki, “qoçusunuz?” Orada Qızılhacılı bələdiyyəsinin sədrinin əməllərindən, mənim başıma açdığı oyunlardan, torpağı əlimdən alıb, pula görə başqasına verməsindən danışdım”, – Məhəmməd Böyükkişiyev Goranboyda öz məhkəməsində bunları danışıb.

Yaxınları Meydan TV-yə danışır ki, Məhəmməd Böyükkişiyev icra başçısının bu qəbulundan bir gün sonra – martın 13-də saxlanılıb. İddia olunub ki, 68 yaşlı sahibkar torpaqla bağlı mübahisəyə görə Qızılhacılı bələdiyyəsinin binasında bələdiyyə sədri Səbinə Həsənovanı təhqir edib, stulu qoluna vurub, masanın üstündəki kitab-dəftəri, əşyaları dağıdıb.

Ona qarşı Cinayət Məcəlləsinin 188.3 (kənd təsərrüfatı təyinatlı torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Məhəmməd Böyükkişiyev isə bildirir ki, bu ittihamlar əsassızdır. Yaxınlarının dediyinə görə, o, uzun müddət torpaq problemilə əlaqədar şikayət edib, lakin tədbir görülməyib. Bu üzdən martın 12-də icra başçısının vətəndaşlarla görüşündə ona kəskin şəkildə iradını bildirib, bələdiyyə sədri haqqında həqiqətləri çatdırıb. Ertəsi gün də prokurorluğa şikayətə gedəndə elə oradan polislər tutub aparıblar:

“Bələdiyyənin sədrinin qanunsuz hərəkətlərindən şikayət eləmək üçün Goranboy Rayon Prokurorluğuna gedib, prokurorla görüşmək istəyib. Bir az sonra prokurorluğun binasına polislər gəlib, onu tutub, şöbəyə aparıblar”.

“Dəfələrlə bələdiyyəyə müraciət etdi”

Torpaq probleminin konkret nədən ibarət olmasına gəlincə, ailə üzvləri deyir ki, Məhəmməd Böyükkişiyev 2018-ci ildə hərrac yolu ilə Qızılhacılı bələdiyyəsinə məxsus 2,8 hektar torpaq sahəsini alsa da, indiyədək ondan istifadə edə bilmir. Bununla əlaqədar keçmiş bələdiyyə sədrinə çoxsaylı müraciətləri nəticəsiz qalmışdı. Yeni sədr Səbinə Həsənovaya müraciətlər də nəticə verməyib. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı yerli ərazi idarəsinə üz tutub. Bu idarəyə müraciətindən sonra həmin idarənin əməkdaşları gəlib torpaq sahəsini ölçüblər. Məlum olub ki, “Qarağaclıq” zolağına düşdüyü üçün ona başqa yerdən torpaq sahəsi verilməlidir.

“Bununla əlaqədar dəfələrlə Qızılhacılı bələdiyyəsinin sədrinə müraciət elədi. Yenə də cavab verilmədi. Yəni yeni torpaq sahəsi verilməsi məsələsindən xəbər çıxmadı. Bir daha Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı ərazi idarəsinə üz tutdu, yenə oradan əməkdaşlar gəldi. Qızılhacılı bələdiyyəsinin mülkiyətinə aid 1,20 hektar torpaq sahəsinin ona verilməsi ilə bağlı dönmə nöqtələrini müəyyənləşdirdilər, akt tərtib elədilər. Bundan sonra, məlum oldu ki, həmin torpaq sahəsini başqa şəxs istifadə edir. Yenə də dəfələrlə bələdiyyəyə müraciət etdi…”, – ailə üzvləri deyib.

Bələdiyyə sədri Səbinə Həsənova isə məhkəmədə zərərçəkmiş qismində ifadə verərkən deyib ki, Məhəmməd Böyükkişiyevlə ədavəti, düşmənçiliyi yoxdur. Onun sözlərinə görə, sahibkar müxtəlif dövlət orqanlarına daim haqsız şikayətlər göndərirdi.

Bələdiyyə sədri iddia edib ki, Məhəmməd Böyükkişiyev martın 12-də icra başçısının vətəndaşlarla görüşü zamanı davranışı ilə orada iştirak edən şəxslərə qarşı hörmətsizlik edib.

O vurğulayıb ki, təqsirləndirilən sahibkar gəlib bələdiyyə binasındakı otağında masanın üstündəkiləri dağıdıb, özünə də xəsarət yetirib, nalayiq ifadələr işlədib. Buna baxmayaraq, ondan şikayətçi deyil və yüngül cəza verilməsini istəyir.

Hökumət də sahibkarın hüquqlarının pozulduğunu etiraf edib

Məhəmməd Böyükkişiyevin vəkili Zabil Qəhrəmanov Meydan TV-yə bildirib ki, müvəkkilinin 2 il azadlıqdan məhrum edilməsi barədə Goranboy Rayon Məhkəməsinin hökmünü ədalətsiz və əsassız hesab edir. Hökmdən apelyasiya şikayəti verəcək:

“Cinayət işinin materiallarında Məhəmməd Böyükkişiyevin təqsirsizliyini təsdiqləyən kifayət qədər faktlar var. Təkcə elə telefon zənglərini təhlil eləmək kifayət idi”.

Məhəmməd Böyükkişiyevə məxsus ikimərtəbəli ticarət obyektinin məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən sökülməsilə əlaqədar da bir neçə ildir ki, onunla icra hakimiyyəti arasında çəkişmə gedib. O, mülkiyyət hüququnun pozuntusu ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdi. Həbsdə olduğu dövrdə – sentyabrda məlum olub ki, Azərbaycan hökuməti ərizəçiyə münasibətdə ədalətli araşdırma hüququnun pozuntusunu tanıyıb və işə yenidən baxılması barədə üzərinə öhdəlik götürüb. Həmçinin mənəvi zərərə görə 3600 avro, hüquqi yardıma görə 500 avro kompensasiya təklif edib.

“Pozuntu açıq-aşkar olanda üzv dövlət onu məhkəmədə mübahisələndirmir, yenidən baxılması barədə öhdəlik götürür. Sevindirici haldır ki, Azərbaycan höküməti də şikayətlərə baxılmasında bu metoda keçir. Ümid edək ki, işə təkrar baxılması formal olmayacaq”, – sahibkarın Avropa Məhkəməsində vəkili olmuş Əsabəli Mustafayev bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kartdan karta köçürməyə QADAĞA gəlirsə... - AKTUAL
Bu gün, 02:28
Prezidentə müraciət olundu - TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 02:23
Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08
Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04
Kəndlini kənddə saxlamaq üçün: - İş, məktəb, pul, ev, əyləncə...
Dünən, 17:59
Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib - Tramp
Dünən, 17:54
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
Dünən, 17:53
"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Dünən, 17:49
Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU - TƏFƏRRÜAT
Dünən, 17:47
İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir - Pezeşkian
Dünən, 17:44
​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
Dünən, 17:42
Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib - KİV
Dünən, 17:35
Azərbaycanda 2 gəmiçilik şirkəti – BAĞLANIR
Dünən, 17:30
Onlar vəzifədən azad olundu - BUNDAN SONRA...
Dünən, 17:27
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib - TƏFƏRRÜAT
Dünən, 17:21
"Unibank"da yeni sədr təyinatı olub - FOTO
Dünən, 17:19
Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək - Elməddin Cəfərovla MÜSAHİBƏ
Dünən, 17:17
Nəriman Axundzadə Türkiyə klubuna keçir
Dünən, 17:15
Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: - Rusiyaya “Ermənistandan dərhal çıx” mesajı verildi
Dünən, 17:12
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:14
Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır - GİLEY
Dünən, 16:05
Ordumuzun polkovnikinə vəzifə veriləcək - DETALLAR
Dünən, 16:00
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - TƏFƏRRÜAT
Dünən, 15:51
İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb - MALƏSƏF...
Dünən, 15:46
Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
Dünən, 15:22
SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni AÇIQLAMA
Dünən, 15:20
Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib
Dünən, 15:12
“Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” - Sərxan Kərəmoğlu
Dünən, 13:28
"Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" - Şeyx Əbdül
Dünən, 13:25
Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 13:23
Tanınmış aktyor ADY-dan narazı qaldı: - “Yekə adamlarsız”
Dünən, 13:20
"Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ?
Dünən, 13:13
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT
Dünən, 13:00
Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi
Dünən, 12:52
Melaniya Paşinyanın mətbuat katibi təyin edildi
Dünən, 12:44
10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar - AXI NİYƏ...
Dünən, 12:42
Komitə sədri bu idarəyə rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:38
Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? - RƏSMİ İZAHAT
Dünən, 12:33
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:27
Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu - Gəncədə kuryoz hadisə
Dünən, 12:25
“Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” - Aqşin Yenisey
Dünən, 12:21
ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ – Bakının narahatlığı
Dünən, 12:19
İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur - İNCƏLƏMƏ
Dünən, 12:03
Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... - NARAZILIQ VAR...
Dünən, 11:59
Başçı deputatın adamından da QORXUR? - BU NƏDİ BELƏ?
Dünən, 11:47
Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı - FOTO
Dünən, 11:41
“Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” - Şəfəq Abdullayeva
Dünən, 11:39
Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu – AĞIR CƏZA
Dünən, 11:37
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
Dünən, 11:34
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
Dünən, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru